Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-988/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli 22-M-1-0-247-15 saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 4013,73 ABŞ dolları əsas borc və 1397,23 ABŞ dolları faiz borcu, cəmi 5410,96 ABŞ dolları, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulun "xxxx" X1 (hazırkı İddiaçı ASC) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13537/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə 4013,73 ABŞ dolları əsas borc və 1397,23 ABŞ dolları faiz borcu, cəmi 5410,96 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan manata məzənnə ilə Azərbaycan Respublikası Manatı və 20 manat məbləğində dövlət rüsumu xx.xx.1973-cü il tarixdə Şəki rayonu, Qayabaşı kəndində doğulmuş, Şəki rayonu, Turan qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1977-ci il tarixdə ünvan 2 ünvanıda qeydiyyatda olan Cavabdeh2 alınaraq ünvan 3 ünvanında yerləşən "xxxx" İKB-yə ödənilməsi əmr edilmişdir. Cavabdeh2 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-13537/2016 saylı əmrindən etiraz verilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə adıçəkilən məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddiaçı sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 1625,67 ABŞ dolları əsas borc, 2499,6 ABŞ dolları faiz borcu, 807.53 ABŞ dolları cərimə borcu olmaqla, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış fayda 703,35 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 5636,15 ABŞ dolları borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2015-ci il tarixli 22-M-1-0-247-15 nömrəli kredit müqaviləsinə əsasən borc alana 5000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticəsində onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh2 ilə bağlanan xx.xx.2015-ci il tarixli 22-M-1-0-247-15 nömrəli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdürlər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 22-M-1-0-247-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 biznes-mikro ekspress məqsədləri üçün 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 5000 USD məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.3.1-ci maddəsindən görünür ki, zamin Cavabdeh2 kredit mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla, borcalanla eyni həcmdə bank qarşısında birgə cavabdehdir. İş materiallarından görünür ki, "xxxx" İKB tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan, xx.xx.2016-cı il tarixli 164 nömrəli “A” formatlı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsi ilə bağlı ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 1625,67 ABŞ dolları əsas borcu, 2499,6 ABŞ dolları faiz borcu, 807,53 ABŞ dolları cərimə borcu, əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 703,35 ABŞ dolları olmaqla, ümumilikdə 5636,15 ABŞ dolları borcu vardır. Əsas borcdan 3374,33 ABŞ dolları, faiz borcdan isə 455,12 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 müqavilə üzrə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-988/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/205 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim eidlmiş mülki işin 5-7-ci vərəqlərində "xxxx" İKB ASC-nin 10 saylı filialı ilə Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında olan 22-M-1-0-247-15 nömrəli xx.xx.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinin 1-ci, 2-ci vərəqlərində “Zamin” qrafalarındakı imzalar, 3-cü vərəqində “18.3.Zamin: Cavabdeh2” yazılarından aşağı sol hissəsində “İmza” qrafasındakı imza və həmin vərəiqn sonunda “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-988/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7041 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixdə bağlanmış 22-M- 1-0-247-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsi şərtləri əsas götürülməklə, Cavabdeh1 banka olan borcu xx.xx.2017-ci il tarixə (müqavilənin bitmə tarixi) əsas borc üzrə 3567,97 ABŞ dolları, faiz borcu üzrə 1818,72 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1625,67 ABŞ dolları, faiz borcu üzrə 1818,7 ABŞ dolları, faiz borcu üzrə (5 faizlə) 675,38 ABŞ dolları müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə bağlanan tarixə qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin müqavilə bağlanan tarixə qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-988/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7041 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixdə bağlanmış 22-M- 1-0-247-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsi şərtləri əsas götürülməklə, Cavabdeh1 banka olan borcu xx.xx.2017-ci il tarixə (müqavilənin bitmə tarixi) əsas borc üzrə 3567,97 ABŞ dolları, faiz borcu üzrə 1818,72 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1625,67 ABŞ dolları, faiz borcu üzrə 1818,7 ABŞ dolları, faiz borcu üzrə (5 faizlə) 675,38 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, əsas və faiz borcunun hesablanması xüsusi bilik tələb etdiyindən iş üzrə verilmiş ekspert rəyi mötəbər sübut kimi qiymətlədirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehlərdən xx.xx.2023-cü il tarixə, yəni sonradan iddia tələblərinin dəqiqləşdirildiyi tarixə olan əsas borc üzrə 1625,67 ABŞ dolları, faiz borcu üzrə 1818,7 ABŞ dolları, faiz borcu üzrə (5 faizlə) 675,38 ABŞ dolları tutulmadır. Məhkəmə həmçinin iddia tələblərinin gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində pulun tutulması hissəsində iddia tələbləri əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) Qeyd olunmalıdır ki, banklar (bank olmayan kredit təşkilatları) əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə habelə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, əsas borc üzrə 1625,67 ABŞ dolları, faiz borcu üzrə 1818,7 ABŞ dolları manat faiz borca münasibətdə cavabdehdən 807,53 ABŞ dolları cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 ABŞ dolları cərimə tutulmalıdır. Bundan başqa məhkəmə Cavabdeh1 təərfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət olaraq bildirir ki, ərizə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, kredit müqaviləsi xx.xx.2015-ci il tarixində bağlanılmış, müqavilənin müddətinin bitmə tarizi xx.xx.2017-ci il olmuş, bank tərəfindən isə xx.xx.2016-cı ildə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi bank məhkəməyə hətta müqavilənin icra müddəti bitmədən müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (ABŞ dolları və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 10-cu bəndinə qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1625,67 ABŞ dolları əsas, 1818,7 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu, 675,38 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 4169,75 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olaraq 125 manat məbləğində pul vəsaiti Cavabdeh1, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manat X2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 1625,67 (min altı yüz iyirmi beş dollar altmış yeddi sent) ABŞ dolları əsas, 1818,7 (min səkkiz yüz on səkkiz ABŞ dolları yetmiş sent) ABŞ dolları faiz, 50 (əlli ) ABŞ dolları cərimə borcu, 675,38 (altı yüz yetmiş beş dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz məbləğində borc olmaqla, cəmi 4169,75 (dörd min yüz altmış doqquz dollar, yetmiş beş sent) ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh2, 125 (yüz iyirmi beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-988/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-988/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver