Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1/2024 07.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X1 kаtibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, İlk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh6 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil1, İlk iddia ərizəsi üzrə Cavabdeh5 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması tələbinə dаir ilkin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X4 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, "xxxx" QSC-yə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması tələbinə dаir ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. "xxxx" MMC isə öz növbəsində, «X4 Azərbaycan» QSC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli 24273/1 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 24273/1 saylı kredit müqaviləsinə dair 5 saylı kredit sazişinin dəyişdirilməsi, 1 ABŞ dollarının 0.7836 manat ekvivalentində hesablanaraq "xxxx" MMC tərəfindən «X4 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı «X4 Azərbaycan» QSC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair bir neçə dəfə ərizə vermiş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 746300.72 ABŞ dolları əsas, 793400.39 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 1428677.31 ABŞ dolları cərimə, 12.50 manat poçt xərci, 180 manat ipotekaya dair bildirişin qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 2968378.42 ABŞ dolları və 222.50 manat borcun ödənilməsi, tələbin ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksindəki 0.1117 ha torpaq sahəsində yerləşən ev A/55, 2) 0.1261 ha torpaq sahəsində yerləşən ev B/06, 3) 0.1216 ha torpaq sahəsində yerləşən ev B/06, 4) 0.0865 ha torpaq sahəsində yerləşən ev B/38, 5) 0.1427 ha torpaq sahəsində yerləşən ev B/56 və 6) 0.1305 ha torpaq sahəsində yerləşən ev C/20 ünvanındakı yaşayış sahələrinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, tərəflər arasında razılaşdırılmış 1) 240000 manat, 2) 262000 manat, 3) 262000 manat, 4) 262000 manat, 5) 262000 manat və 6) 310000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlakları hesabına təmin edilməsi, mübahisəli yaşayış evlərində qeydiyyatda olan və yaşayanların istifadə hüquqlarına xitam verilməklə həmin ünvanlardan çıxarılmaları və həmin yaşayış evlərinin boşadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi bununla əsaslandırılmışdır ki, 26 iyul 2013-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Kredit xətti müqaviləsinin şərtlərinə görə "xxxx" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə 941160 (doqquz yüz qırx bir min yüz altmış) manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqaviləyə) dair 5 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 8 (səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 14% (on dörd faiz) olmaqla 1153873.25 dolları (bir milyon yüz əlli üç min səkkiz yüz yetmiş üç ABŞ dolları iyirmi beş sent) məbləğində kredit verilmişdir. Borcalanın 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 29 iyul 2013-cü il tarixində bank ilə borclalan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqavilələləri bağlanmışdır. Bağlanmış İpoteka müqavilələlərinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 1) 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 2) 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 3) 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 4) 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 5) 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi, 6) 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi «X4 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 01,08.2013-cü il tarixili yüklülük barədə RX seriyalı 0229144, 0229146, 0229145, 0229104, 0229147, ******* saylı müvafiq çıxarışlar təqdim edilmişdir. Bununla yanaşı, borcalanın 24273/1 saylı kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 tlham oğlu və "xxxx" QSC ilə bank arasında 26 iyul 2013-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağa dair öhdəlik götürmüşlər. «X4 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, "xxxx" MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyalann) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X4 Azərbaycan» QSC-ə olan borclarını ödəməmişlər. Borcalanın «X4 Azərbaycan» QSC-yə 26 iyul 2013-cü il tarixli 24273/1 saylı Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə əsas borcu -896820.83 USD (səkkiz yüz doxsan altı min səkkiz yüz iyirmi ABŞ dolları səksən üç sent); əsas məbləğə hesablanmış faiz borcu -164397.40 USD (bir yüz altmış dörd min üç yüz doxsan yeddi ABŞ dolları qırx sent); hər gecikdirilmiş günə görə cərimə borcu -242 722.51 USD (iki yüz qırx iki min yeddi yüz İyirmi iki ABŞ dolları əlli bir sent); cəmi borc: 1 303 940.74 USD (bir milion üç yüz üç min doqquz yüz qırx ABŞ dolları yetmiş dörd sent) təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 iyul 2013-cü il tarixdə “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətti "xxxx" MMC-yə 24 ay müddətinə 941160 manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsinə dair 5 №-li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə göər "xxxx" MMC-yə 8 ay müddətinə kreditdən istifadəyə görə illik 14% olmaqla 1153873,25 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kreditlər üçün borcalana bərpa edilən kredit xətti açmış, borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarılmasını öhdəsinə götürmüşdür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra borcalana bu müqavilənin 1.2 və 1.3-cü maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi imkanı başa düşülür. Kredit borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə əsasən hissə-hissə verilir. Qarşılıqlı razılığa əsasən kreditlər daxilində AR Mərkəzi Bankının həmin günə olan rəsmi məzənnəsinə müvafiq konvertasiya edilərək digər valyutalarda da verilə bilər. Müqavilə bağlandıqdan sonra ilk iddia üzrə iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək pul məbləğini vaxtında ödəmişdir. Ona görə də 01 may 2014-cü il tarixdə “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında yeni bir müqavilə bağlanmış və kredit xəttinin məbləği artırılmışdır. Lakin 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan Respublikasında manatın devalvasiyasının olması səbəbindən ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən özündən asılı olmayan səbəblərdən ödənişlərdə müəyyən gecikmələr yaranmışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən müqvilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı iddia üzrə cavabdeh “X4 Azərbaycan” QSC ilə dəfələrlə şifahi danışıqlar aparılsa da heç bir nəticə əldə edilməmişdir. Tərəflər arşında müqavilə bağlanarkən 1 ABŞ dolları 0.7836 manat ekvivalentində olmuşdur. Hər kəsə bəllidir ki, 2015-ci il ərzində 2 dəfə devalvasiya olmuş və ABŞ dollarının manat nisbətində məzənnəsi kəskin artmışdır. Bu hal qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-ni ağır maddi durum qarşısında qoymuşdur. Müqavilə bağlanarkən ABŞ dollarının manat qarşısında kəskin bahalaşması və bir il ərzində iki dəfə devalvasiyanın baş verməsi ilə bağlı dəyişikliyin olmasını "xxxx" MMC 26 iyul 2013-cü il tarixli və 01 may 2014-cü il tarixli müqavilələrini bağlayarkən nəzərə ala bilməzdi. Müqavilə bağlandıqdan sonra bir il ərzində ABŞ dollarının kəskin bahalaşması ilə bağlı olan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi "xxxx" MMC-ni müqavilə bağlanarkən əldə edəcəklərindən məhrum etməklə, öz öhdəliklərini yerinə yetriməyə imkan vermir. Müqavilə bağlanarkən "xxxx" MMC-yə ABŞ dollarının kəskin bahalaşması bəlli olsaydı, müqaviləni fərqli şərtlərlə bağlayardı və yaxud həmin şərtlərlə, ümumiyyətlə bağlamazdı. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh “X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini müdafiə edib təmin olunması, qarşılıqlı iddia ərizəsini isə qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh6 və "xxxx" QSC-nin nümayəndəsi-vəkili Vəkil1 ilk iddia ərizəsini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi üzrə Cavabdeh5 nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclasında ilk iddia tələbini Cavabdeh5 münasibətdə qəbul etmədiyini və onun rədd olunmasını xahiş edərək, əlavə etdi ki, Cavabdeh5 "xxxx" MMC-nin təsisşilərindən biridir və sırf bu xüsusata görə o, zaminlik öhdəliyini öz üzərinə formal götürmüşdür. Təsisçi Cəmiyyətin kredit borcuna görə maddi məsuliyyət daşıya bilməz və buna görə də o, zaminlikdən azad olunmalıdır. İş üzrə digər cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən (kredit xəttinin açlması barədə müqavilədən) görünür ki, «X4 Azərbaycan» QSC itərəfindən "xxxx" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə 941160 (doqquz yüz qırx bir min yüz altmış) manat məbləğində kredit xətti ayrılmışdır. - 26 iyul 2013-cü il tarixli 4 ədəd zaminlik müqaviləsindən görünür ki, «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 bank qarşısında maddi məsuliyyəti öz üzərlərinə götürmüşlər. - 26 iyul 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi və 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi «X4 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada tərdiq edilmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. - 01 may 2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 24273/1 saylı kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqaviləyə) dair 5 saylı kredit sazişindən görünür ki, bank tərəfindən "xxxx" MMC-yə 8 (səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 14% (on dörd faiz) olmaqla 1153873.25 dolları (bir milyon yüz əlli üç min səkkiz yüz yetmiş üç ABŞ dolları 25 sent) məbləğində kredit verilmişdir. Sazişə əlavə edilmiş ödəmə qrafikindən görünür ki, götürülmüş kredit 8 ay ərzində hər ay 125433,93 ABŞ dolları (sonuncu ay 163804,58 ABŞ dolları) olmaqla qaytarılmalıdır. -işdə olan MA ******* saylı, xx.xx.2011-ci il tarixli, MA ******* saylı, xx.xx.2011-ci il tarixli, MA ******* saylı, xx.xx.2011-ci il tarixli, MA ******* saylı, xx.xx.2011-ci il tarixli, MA ******* saylı, xx.xx.2011-ci il tarixli və MA ******* saylı, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışların surətlərindən görünür ki, 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi və 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. -işdə olan xx.xx.2013-cü il tarixli, RX 0229143, RX 0229147, RX 0229104, RX 0229145, RX ******* və RX ******* saylı reyestrdən çıxarışların surətlərindən görünür ki, «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi və 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinə dair «X4 Azərbaycan» QSC-nin ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. -işdə olan xx.xx.2015-ci il tarixli bildirişlərdən (pretenziya) görünür ki, «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər barədə "xxxx" MMC, Cavabdeh4,Cavabdeh6 və "xxxx" QSC məlumatlandırılmışlar. -işdə olan xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, «X4 Azərbaycan» QSC ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə onların mülkiyyətçisi Cavabdeh1 məlumatlandırmışdır. -işdə olan xx.xx.2015-ci il tarixli ərizələrdən görünür ki, «X4 Azərbaycan» QSC ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. -işdə olan xx.xx.2015 və xx.xx.2015-ci il tarixli məktublardan görünür ki, 6 ədəd ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən «X4 Azərbaycan» QSC məlumat verilmişdir. -işdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, 01 may 2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 5 saylı kredit sazişinə əsasən "xxxx" MMC-nin banka 732180.72 ABŞ dolları əsas, 371943.52 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 645971.68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1770095.92 ABŞ dolları borcu vardır. -işdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, 01 may 2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 5 saylı kredit sazişinə əsasən "xxxx" MMC-nin banka 746300.72 ABŞ dolları əsas, 377793.81 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 656836.52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1780931.05 ABŞ dolları borcu vardır. -işdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, 01 may 2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 5 saylı kredit sazişinə əsasən "xxxx" MMC-nin banka 746300.72 ABŞ dolları əsas, 389402.93 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 678396.32 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1814099.97 ABŞ dolları borcu vardır. -işdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 01 may 2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 5 saylı kredit sazişinə əsasən "xxxx" MMC-nin banka 746300.72 ABŞ dolları əsas, 793400.39 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 1428677.31 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2968378.42 ABŞ dolları borcu vardır. -işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.12.201-ci il tarixli, 2(102)- 6534/2021 saylı qərarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6075/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh6 «X4 Azərbaycan» QSC-yə qarşı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh5 zaminlik müqaviləsinə xitam verilməsi barədə iddia ərizələri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh6 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(006)-3844/2018 saylı qətnaməsinin mübahisələndirilən hissədə - Cavabdeh6 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh6 iddia tələbinin təmin edilməsi, «X4 Azərbaycan» QSC ilə Cavabdeh6 arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış, 24273/04 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh6 zaminliyinə xitam verilməsi qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə cavabdeh «X4 Azərbaycan» QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-443/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh6 və üçüncü şəxs Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh6 və üçüncü şəxs Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən, yəni iddiaçı Cavabdeh6 aid hissədə ləğv edilməsi, iddiaçı Cavabdeh6 cavabdeh «X4 Azərbaycan» QSC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5075/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6075/2021 saylı qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3844/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 iddia tələbinin rədd edilməsi qət edilmişdir. -"xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli qərarının surətindən görünür ki, MMC-nin təsisçiləri Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 “Meqa Makina» MMC-nin maliyyə (dövriyyə) imkanlarını genişləndirmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən “X4 Azərbaycan” QSC-yə 1.200.000 ABŞ dolları (bir milyon iki yüz min dollar) məbləğində kredit vəsaitinin alınması üçün müraciət edilməsini, kreditin geri qaytarılmasının təminatı kimi "xxxx" zəmanətinin təklif edilməsini, kredit alma prosessinde banka və notariusa bütün zəruri sənədlərin təqdim edilməsi və imzalanması, o cümlədən "xxxx" MMC adından bankla kredit və ipoteka (girov) müqavilələrinin (bağlanması) imzalanması səlahiyyətimim Cavabdeh4 verilməsini qərara almışlar. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3550 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin krediti üzrə “X4 Azərbaycan” QSC-nə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, 24273/1 saylı Kredit Xətti Müqaviləsinin, xx.xx.2014-cü il tarixli, 5 saylı Kredit Sazişinin şərtləri nəzərə alınmaqla və müqavilə müddətində illik 14% ilə, müqavilə müddəti bitdikdən sonra isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014 il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği olmaqla, "xxxx" MMC-nin “X4 Azərbaycan” QSC-nə xx.xx.2022- ci il tarixə (sualda göstərilən və maliyyə arayışında göstərilən tarix) olan əsas və faiz borcu ümumilkdə 867.932,27 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: 711299.98 ABŞ dollar əsas borc, 0 ABŞ dolları (illik 14%) faiz borcu, 156632.29 ABŞ dolları (illik 5%) faiz borcu. -işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4083 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin krediti üzrə “X4 Azərbaycan” QSC-nə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, 24273/1 saylı Kredit Xətti Müqaviləsinin, xx.xx.2014-cü il tarixli, 5 saylı Kredit Sazişinin şərtləri nəzərə alınmaqla və müqavilə müddətində illik 14% ilə, müqavilə müddəti bitdikdən sonra isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014 il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği olmaqla, "xxxx" MMC-nin “X4 Azərbaycan” QSC-nə xx.xx.2022-ci il tarixə (sualda göstərilən və maliyyə arayışında göstərilən tarix) olan əsas və faiz borcu ümumilkdə 867.932,27 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: 711299.98 ABŞ dollar əsas borc, 0 ABŞ dolları (illik 14%) faiz borcu, 156632.29 ABŞ dolları (illik 5%) faiz borcu. -işdə olan "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli, ƏEM/D 11-824122 saylı rəyindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi Villa badam yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 nömrəli fərdi yaşayış evlərinin 05 dekabr 2022-ci il tarixinə bazar və likvid dəyəri aşağıdakı cədvələ uyğun olmuşdur: ünvan 8 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1261 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-bazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat, ünvan 9 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1427 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-bazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat, ünvan 10 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1216 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evibazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat, ünvan 11 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1305 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 323,7 kv. m. olan fərdi yaşayış evi-bazar dəyəri 648000 manat, likvid dəyəri 596160 manat, ünvan 12 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1117 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 236,48 kv. m. olan fərdi yaşayış evi-bazar dəyəri 473000 manat, likvid dəyəri 435160 manat, ünvan 13 ünvanında, xüsusi mülkiyyətdə olan 0,0865 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-bazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat. Beləliklə də, Abşeron rayonu Saray qəsəbəsi "Villa Badam" yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 nömrəli fərdi yaşayış evlərinin 05 dekabr 2022-ci il tarixinə bazar dəyəri: 3 297 000,00 (üç milyon iki yüz doxsan yeddi min) manat, likvid dəyəri: 3 033 240 (üç milyon otuz üç min iki yüz ırx) manat təşkil edir. -işdə olan “X3” MMC-nin 15 may 2023-cü il tarixli, LBC-008/2023 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 saylı fərdi yaşayış evlərinin hal-hazıra olan bazar qiymətləri aşağıdakı kimidir: ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1261 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 272,1 kvm. olan fərdi yaşayış evi-490000 manat, ünvan 5 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1427 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 272,1 kvm. olan fərdi yaşayış evi-490000 manat, ünvan 15 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1216 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 272,1 kvm. olan fərdi yaşayış evi-490000 manat, ünvan 6 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1305 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 323,7 kvm. olan fərdi yaşayış evi-583000 manat, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1117 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 236,48 kvm. olan fərdi yaşayış evi-426000 manat, ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan, 0,0865 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 272,1 kvm. olan fərdi yaşayış evi-490000 manat. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilə üzrə cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 26 iyul 2013-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Kredit xətti müqaviləsinin şərtlərinə görə "xxxx" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə 941160 (doqquz yüz qırx bir min yüz altmış) manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqaviləyə) dair 5 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 8 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 1153873.25 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 29 iyul 2013-cü il tarixində bank ilə borclalan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ioteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 1) 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 2) 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 3) 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 4) 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 5) 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi, 6) 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi «X4 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 01,08.2013-cü il tarixili yüklülük barədə RX seriyalı 0229144, 0229146, 0229145, 0229104, 0229147, ******* saylı müvafiq çıxarışlar təqdim edilmişdir. Bununla yanaşı, borcalanın 24273/1 saylı kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" MMC-nin 3 nəfər təsisçisi Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, o cümlədən "xxxx" QSC ilə bank arasında 26 iyul 2013-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən işə əlavə olunmuş bilidirişlərdən, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, "xxxx" MMC-nin iddiaçı banka borcu yaranmışdır. Bank yaranmış borcu özünün maliyyə arayışları ilə (sonuncu xx.xx.2022-ci il tarixli) hesablamışdır. Lakin işin daha obyektiv həll edilməsi baxımından məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və məlum olmuşdur ki, məlum kredit müqaviləsi və sazişi üzrə əsas borc 711299,98 ABŞ dolları təşkil edir və bu müqavilə üzrə faiz borcu yoxdur. Məhkəmə ekspert rəyini hazırki mübahisə üzrə mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, yaranmış borc rəydə göstərilən məbləğdədir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 1428677,31 ABŞ dolları cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə sözügedən müqaviləyə əsasən, 711299,98 ABŞ dolları əsas borc üzrə hesablanmış 1428677,31 ABŞ dolları cərimənin azaldılaraq 8700,02 ABŞ dolları müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəllənin: 472.1 maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3 maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçı «X4 Azərbaycan» QSC ilə borcalan "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi və sazişi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 tlham oğlunun, o cümlədən "xxxx" QSCnin bank ilə bağladıqları zaminlik müqavilələrinə əsasən cavabdehin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması öz təsdiqini tapdığından, .məhkəmə cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, o cümlədən "xxxx" QSC-dən müştərək qaydada iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə əsas borca görə 711299,98 ABŞ dolları və cəriməyə görə 8700,02 ABŞ dolları olmaqla, cəmi 720000 ABŞ dolları borcun tutulması qənaətinə gəlir. İş materialları ilə müəyyən olunur ki, zaminlərdən Cavabdeh4 və Cavabdeh5 tərəfindən daha əvvəllər zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və ona xitam verilməsi barədə məhkəmədə iddia qaldırılmış və son nəticədə bu iddialar rədd edilmişdir. Ona görə də məhkəmə MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından ilk iddia üzrə cavabdehlərin hazırda bu barədə dəlillərinə heç bir münasibət bildirmir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq) 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 saylı fərdi yaşayış evlərini iddiaçı «X4 Azərbaycan» QSC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3cü bəndinə əsasən, ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. “İpoteka haqqında Qanun”un 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh1 məxsus fərdi yaşayış evlərinin ilkin satış qiyməti göstərilmədiyindən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin müəyyən edilməsindən keçən 11 il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə “"xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli, ƏEM/D 11-824122 saylı və “X3” MMC-nin 15 may 2023-cü il tarixli, LBC-008/2023 saylı rəylərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, parallel şəkildə qiymətləndirib nəzərə alır və ipoteka predmeti olan daşınmaz əmlakların 05 dekabr 2022-ci il tarixli rəydəki likvid qiymətləri götürülməklə açıq hərracda satılması qərarına gəlir. Belə ki, Ali Məhkəmə Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında Qanun”un 47.4-cü maddəsinə əsasən, həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ müştərək qaydada tutulmalıdır. “İpoteka haqqında Qanun”un: 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 saylı fərdi yaşayış evləri açıq hərraca çıxarılıb satıldıqdan bir ay sonra fərdi yaşayış evlərindən Cavabdeh1 çıxarılmalı, fərdi yaşayış evləri boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “yaşayış evlərində qeydiyyatda olan və yaşayanların istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan 6 ədəd mübahisəli daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestrdən çıxarışlara əsasən, fərdi yaşayış evləri «X4 Azərbaycan»QSC-nin adına ipoteka ilə yüklü edilsə də hazırda da, Cavabdeh1 mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un: 59.1. maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3.1. maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələblərindən göründüyü kimi, kreditin qaytarılması məqsədilə bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka münasibətdə tutmanın yönəldilməsi və onun açıq hərracda satılması həmin daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilməsi üçün deyil, onların çıxarılması üçün əsasdır. İşdən həmçinin görünür ki, "xxxx" MMC «X4 Azərbaycan» QSC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli 24273/1 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixdə «X4 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 24273/1 saylı kredit müqaviləsinə dair 5 saylı kredit sazişinin dəyişdirilməsi, 1 ABŞ dollarının 0.7836 manat ekvivalentində hesablanaraq "xxxx" MMC tərəfindən «X4 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman, "xxxx" MMC ona istinad etmişdir ki, 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan Respublikasında manatın devalvasiyasının olması səbəbindən ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən özündən asılı olmayan səbəblərdən ödənişlərdə müəyyən gecikmələr yaranmışdır. Tərəflər arşında müqavilə bağlanarkən 1 ABŞ dolları 0.7836 manat ekvivalentində olmuşdur. 2015-ci il ərzində 2 dəfə devalvasiya olmuş və ABŞ dollarının manat nisbətində məzənnəsi kəskin artmışdır. Bu hal "xxxx" MMC-ni ağır maddi durum qarşısında qoymuşdur. Müqavilə bağlandıqdan sonra bir il ərzində ABŞ dollarının kəskin bahalaşması ilə bağlı olan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi "xxxx" MMC-ni müqavilə bağlanarkən əldə edəcəklərindən məhrum etməklə, öz öhdəliklərini yerinə yetriməyə imkan vermir. Göründüyü kimi, qarşılıqlı iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 422-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Beləliklə də, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı göstərdiyi hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, manatın devalvasiyası nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə "xxxx" MMC-nin dəlilini əsaslı hesab etmir və hesab edir ki, bu barədə qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən "xxxx" MMC iddiaçı «X4 Azərbaycan» QSC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, zaminlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 tlham oğlunun, o cümlədən "xxxx" QSC isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da, cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də «X4 Azərbaycan» QSC-nin xeyrinə müştərək qaydada xx.xx.2013-cü il tarixli 24273/1 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 5 saylı kredit sazişi üzrə əsas borca görə 711299,98 ABŞ dolları və cəriməyə görə 8700,02 ABŞ dolları olmaqla, cəmi 720000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 saylı fərdi yaşayış evlərinə yönəldilməli, həmin fərdi yaşayış evləri açıq hərracda satılmalı, ipoteka predmetlərinin ilkin satış qiyməti "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli, ƏEM/D 11-824122 saylı rəyindəkimi ümumilikdə ******* manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə, 720000 ABŞ dolları borc ödənilməli, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, fərdi yaşayış evlərinə tutma yönəldikdə və onlar satıldıqda bir ay sonra fərdi yaşayış evləri boşaldılmalı, ödənilmiş 222.50 manat məhkəmə xərclərinin (dövlət rüsumu 30 manat, 12.50 manat poçt xərci, 180 manat ipotekaya dair bildirişin qeydiyyata alınması üçün çəkilmiş xərc) müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, ekspertiza və qiymətləndirmə tədqiqatları üçün tələb edilən cəmi 2100 (200+100+900+900) manat cavabdehlərdən müştərək qaydada alınaraq müvafiq qurumlara ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərin başqa əmlaklarına yönəldilməsi barədə tələb əsassızdır, çünki qüvvədə olan qanunvericilik bu tip mübahisələr üzrə tutmanın yalnız ipoteka predmetlərinə yönəldilməsini nəzərdə tutmuşdur. Məhkəmə eyni zamanda, ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər əsas borca görə 711299,98 ABŞ dolları (yeddi yüz on bir min iki yüz doxsan doqquz dollar doxsan səkkiz sent) və cəriməyə görə 8700,02 ABŞ dolları (səkkiz min yeddi yüz dollar iki sent) olmaqla, cəmi 720000 ABŞ dolları (yeddi yüz iyirmi min dollar) (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və məhkəmə xərclərinə görə cəmi 222,50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat pul vəsaiti iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində olan 0,1261 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 500480 manat, ünvan 9 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1427 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 500480 manat, ünvan 10 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1216 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 500480 manat, ünvan 11 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1305 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 323,7 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 596160 manat, ünvan 12 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1117 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 236,48 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 435160 manat, ünvan 13 ünvanında, xüsusi mülkiyyətdə olan 0,0865 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 500480 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 720000 ABŞ dollar borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və məhkəmə xərclərinə görə cəmi 222,50 manat pul vəsaiti «X4 Azərbaycan» QSC-nin hesabına keçirilsin, «X4 Azərbaycan» QSC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Qeyd edilən fərdi yaşayış evlərinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 ipoteka predmetləri olan fərdi yaşayış evlərini boşaldaraq 1 (bir) ay sonra həmin fərdi yaşayış evindən çıxarılsın. Ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 300 (üç yüz) (200+100) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, 900 (doqquz yüz) manat "xxxx" MMC-nin, 900 (doqquz yüz) manat “X3” MMC-nin hesabına köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov