Məhkəmə qərarları › İş №2(012)-1000/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1000/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1000/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh **********5750 saylı hesab nömrəsi üzrə əsas borc üzrə 1543 manat, faiz borcuna görə 417 manat, cərimə borcuna görə 40,88 manat olmaqla cəmi 2000,88 manat məbləğində borcun, **********0849 saylı hesab nömrəsi üzrə əsas borc üzrə 933 USD, faiz borcuna görə 237 USD, cərimə borcuna görə 32,49 USD olmaqla, cəmi 1202,49 USD məbləğində borcun və 60,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MM QBKTnın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,44 və 23,40 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1800 manat və 1090 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 120 manat və 73 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsi 22.08.2016-cı il tarixli **********5750 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1543 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsi 22.08.2016-cı il tarixli **********0849 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 933 USD, faiz 0,00 USD, cərimə 0,00 USD müəyyən edilmişdir. Beləliklə, 03.12.2021-ci il tarixli, **********5750 saylı olan maliyyə arayışına əsasən Cavabdeh borc məbləği, əsas borc üzrə 1543 manat əsas, faiz borcu üzrə 417 manat, cərimə borcuna görə 40,88 manat olmaqla, cəmi 2000,88 manat təşkil edir. 03.12.2021-ci il tarixli **********0849 saylı olan maliyyə arayışına əsasən Cavabdeh borc məbləği, əsas borc üzrə 933 USD əsas, faiz borcu üzrə 237 USD, cərimə borcuna görə 32,49 USD olmaqla, cəmi 1202,49 USD təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT tərəfindən Cavabdeh şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,44 və 23,40 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1800 manat və 1090 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 120 manat və 73 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarında olan 22.08.2016-cı il tarixli **********5750 hesab nömrəli sazişdən görünür ki, 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1543 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. İş materiallarında olan 22.08.2016-cı il tarixli **********0849 saylı hesab nömrəli sazişdən görünür ki, 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 933 USD, faiz 0,00 USD, cərimə 0,00 USD müəyyən edilmişdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli, **********5750 saylı olan maliyyə arayışından görünür ki, Cavabdeh borc məbləği, əsas borc üzrə 1543 manat əsas, faiz borcu üzrə 417 manat, cərimə borcuna görə 40,88 manat olmaqla, cəmi 2000,88 manat təşkil edir. İş materiallarında olan 03.12.2021-ci il tarixli **********0849 saylı olan maliyyə arayışından görünür ki, əsasən Cavabdeh borc məbləği, əsas borc üzrə 933 USD əsas, faiz borcu üzrə 237 USD, cərimə borcuna görə 32,49 USD olmaqla, cəmi 1202,49 USD təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanılıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh ilə iddiaçı «FİNCA Azerbaijan» MM QBKT arasında bağlanılmış 14.03.2016-ci il tarixli, 947865 saylı kredit müqaviləsi üzrə cavabdeh (kredit alan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 60,44 manat da cavabdehlərdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh **********5750 saylı hesab nömrəsi üzrə əsas borc üzrə 1543 manat, faiz borcuna görə 417 manat, cərimə borcuna görə 40,88 manat olmaqla cəmi 2000,88 manat məbləğində borc, **********0849 saylı hesab nömrəsi üzrə əsas borc üzrə 933 USD, faiz borcuna görə 237 USD, cərimə borcuna görə 32,49 USD olmaqla, cəmi 1202,49 USD məbləğində borc və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 60,44 manat məbləğində ödənilmiş dövlət rüsumu «FİNCA Azerbaijan» MM QBKT-nın xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar