Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1013/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.06.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 464 manat əsas borc, 139 manat cərimə, cəmi 603 manat, 10.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 1368 manat əsas borc, 410 manat cərimə, cəmi 1778 manat, 30.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 778 manat əsas borc, 233 manat cərimə, cəmi 1011 manat, ümumilikdə hər üç müqavilə üzrə 3392 manat borcun və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06.06.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Samsung» markalı televizora görə 15 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 699 manat 10.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı «Samsung» markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla, cəmi 1449 manat, 30.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Samsung A705» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla, cəmi 849 manat, ümumilikdə hər üç müqavilə üzrə 2997 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə heç bir ödəniş etməmiş, 06.06.2019-cu il tarixli müqavilə üzrə 464 manat, 10.08.2019-cu il tarixli müqavilə üzrə 1368 manat və 30.07.2019-cu il tarixli müqavilə üzrə 778 manat əsas borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 da iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 06.06.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən nisyə olaraq «Samsung» markalı televizor almış və 15 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 699 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 10.08.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən nisyə olaraq «Samsung» markalı televizor almış və 18 ay ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla, cəmi 1449 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 30.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən nisyə olaraq «Samsung A705» markalı mobil telefon almış və 12 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla, cəmi 849 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 08.10.2020-ci il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, Cavabdeh «xxxx» MMC-yə olan borcu 06.06.2019-cu il tarixli müqavilə üzrə 464 manat əsas borc, 139 manat cərimə, cəmi 603 manat, 10.08.2019-cu il tarixli müqavilə üzrə 1368 manat əsas borc, 410 manat cərimə, cəmi 1778 manat və 30.07.2019cu il tarixli müqavilə üzrə 778 manat əsas borc, 233 manat cərimə, cəmi 1011 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 06.06.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 139 manat dəbbənin məbləği azaldılmalı,15 manat müəyyən edilməli, 10.08.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 410 manat dəbbənin məbləği azaldılmalı, 40 manat müəyyən edilməli, 30.07.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 233 manat dəbbənin məbləği azaldılmalı, 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında 06.06.2019-cu il tarixli ********* saylı, 10.08.2019-cu il tarixli ********* saylı və 30.07.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmasına baxmayaraq, cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bu halda, iddia qismən təmin edilməli,Cavabdeh 06.06.2019-cu il tarixli müqavilə üzrə 464 manat əsas borc, 15 manat cərimə, cəmi 479 manat, 10.08.2019-cu il tarixli müqavilə üzrə 1368 manat əsas borc, 40 manat cərimə, cəmi 1408 manat, 30.07.2019-cu il tarixli müqavilə üzrə 778 manat əsas borc, 20 manat cərimə, cəmi 798 manat olmaqla, ümumilikdə 2685 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, «xxxx» MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, onun 20 manat məbləğindəki hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06.06.2019-cu il tarixli müqavilə üzrə 464 manat əsas borc, 15 manat cərimə, cəmi 479 manat, 10.08.2019-cu il tarixli müqavilə üzrə 1368 manat əsas borc, 40 manat cərimə, cəmi 1408 manat, 30.07.2019-cu il tarixli müqavilə üzrə 778 manat əsas borc, 20 manat cərimə, cəmi 798 manat olmaqla, ümumilikdə 2685 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səfiyeva Cəmilə
Məhkəmə qərarları › İş №2(012)-1013/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1013/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver