Məhkəmə qərarları › İş №2(012)-1021/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1021/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1021/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və onun vəkili Abuzərov Heydər Saleh oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobil alınmasına görə ödənilən 13.000 ABŞ dollarının manata məzənnəsi və dövlət rüsumu üçün ödənilən 30 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(005)-4936/2017 saylı qətnaməsi ilə 13.800 ABŞ dollarının manata məzənnəsinin və dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq X3 ödənilməsi qət edilmişdir. Qətnaməyə görə o, Uluxanov Məmmədə 13.800 ABŞ dolları qarşılığında **-UL-*** dqn-lı, “BMV X5” markalı avtomobil satmışdır. Sonuncu bir müddət avtomobili etibarnamə ilə idarə etsə də, sonradan onu mülkiyyətinə keçirmək istədikdə avtomobil üzərində məhkəmə tərəfindən məhdudiyyətlər qoyulduğu aşkar olunmuşdur. Geri qaytarmaq istədikdə bu mümkün olmamış, məhkəmə qaydasında ödənilən pul geri alınmışdır. İşin həqiqi halı isə bundan ibarətdir ki, avtomobil alqı-satqısı ilə məşğul olan İddiaçı həmin avtomobili 23.05.2014-cü il tarixdə etibarnamə əsasında Cavabdeh 13.000 ABŞ dolları qiymətinə satmaq üçün ondan almışdır. İddiaçı bir gün sonra həmin avtomobili həmin məbləğdə Azər adlı şəxsə satmışdır. 4 ay sonra Azər Rusiyaya getməsi ilə əlaqədar olaraq həmin avtomobili ona 13.500 manata təklif etmiş, həmin qiymətə avtomobili Azərdən etibarnamə əsasında almışdır. Növbəti gün iddiaçı avtomobili Uluxanov Kamrana bütün səlahiyyətlər verilməklə etibarnamə əsasında 14.500 manata satmışdır. Kamranın atası Uluxanov Məmmədə isə avtomobili yalnız idarə etmək üçün etibarnamə vermişdir. Notariat orqanında həmin vaxt avtomobilin məhdudiyyətinin olmaması müəyyən edilmişdir. Avtomobil satıldıqdan sonra qətnaməni alan günə- 23.10.2020-ci il tarixədək onlar avtomobillə bağlı hansısa bir problemin olması barədə iddiaçıya məlumat verməmişlər. Hazırda isə məhkəmə qətnaməsi ilə qət edilən pul məbləğini tərəflərə qaytarmaq üçün cavabdeh iddiaçının ona ödədiyi 13.000 ABŞ dolları pulu ona geri qaytarmalıdır. İddiaçı cavabdehin təqsirinə görə ziyan çəkdiyindən hazıki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, avtomobili Anardan 19000 manata almışdır. Əliyə 10000 manata satmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(005)-4936/2017 saylı qətnaməsindən müəyyən edilir ki, 13.800 ABŞ dollarının manata məzzənnəsinin və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq X3 ödənilməsi qət edilmişdir. Mülki işin materiallarından olan “Elektron Notariat” X1 Çıxarışdan müəyyən edilir ki, 11.07.2014-cü il tarixdə mülkiyyətçisi X2 olan “BMV X5” minik markalı, **-UL-*** dqn-lı, 2001-ci il istehsalı avtomobil Cavabdeh tərəfindən İddiaçı etibarnamə əsasında 23.05.2015-ci il tarixədək verilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, mülkiyyətçisi X2 olan “BMV X5” minik markalı, **-UL-*** dqn-lı, 2001-ci il istehsalı avtomobil mülkiyyətçisinin adından verilən ümumi etibarnamələr əsasında “alqı-satqı” predmeti olmuş, o cümlədən Cavabdeh həmin avtomobili etibarnamə ilə iddiaçıya “sataraq”ondan 10000 manat aldığını məhkəmə iclasında etiraf etmişdir.Lakin həmin avtomobil üzərində məhkəmə qərarı ilə məhdudiyyət qoyulduğundan avtomobili özgəninkiləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən 10000 manat məbləğində etiraf olunduğundan, iddiaçı tərəfindən isə iddia olunan məbləğ barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Cavabdeh 10.000 (on min) manat və dövlət rüsumu üçün ödənilən 30 (otuz) manatın 20 manat hissəsi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat və 20 (iyirmi) manat rüsuma görə pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar