Məhkəmə qərarları › İş №2(012)-1033/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1033/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1033/2021 11.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 mart 2018-ci il tarixli 62 saylı alqı-satqı müqaviləsi üzrə 624 manat əsas borc və 312 manat cərimə borcu olmaqla cəmi 936 manat məbləğində borc, göstərilmiş təmir xidmətinə görə 160 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə aralarında bağlanmış 30 mart 2018-ci il tarixli 62 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 750 (yeddi yüz əlli) manat məbləğində kredit üsulu ilə hər ay 62,5 manat ödəməklə cavabdehə Samsung J730 markalı mobil telefon satmışdır. Cavabdeh 30 mart 2018-ci il tarixli 62 saylı alqı-satqı müqaviləsi üzrə borcu ödəməmiş və bunun nəticəsində cavabdehin 624 manat əsas borc və 312 manat cərimə borcu olmaqla cəmi 936 manat borcu yaranmışdır. Əlavə olaraq Cavabdeh 160 manat məbləğində servis (təmir) xidməti göstərilmişdir. Borcun qaytarılması barədə cavabdəhə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.03.2018-ci il tarixli 62 nömrəli alqı-satqı müqaviləsindən və alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı qiyməti 750 manat olan Samsung J730 markalı mobil telefonu 12 ay müddətinə, hər ay 62,5 manat ödəmək şərti ilə almışdır. Ödəniş cədvəlinə görə 11.06.2018-ci il tarixdə alıcı tərəfindən 126 manat ilk ödəniş edilmiş və qalıq borcu 624 manat qalmış, ödəniş olmamışdır. -Həmin müqavilənin 8.1 maddəsinə əsasən Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 2 (iki) % cərimə ödəyir. -AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 02.06.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. -30.03.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 30.03.2018-ci il tarixli alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliklərin icrasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh 30.03.2018-ci il tarixli 62 nömrəli alqı-satqı müqaviləsinə əsasən qiyməti 750 manat olan Samsung J730 markalı mobil telefonu almış və nəticədə onun 624 (altı yüz iyirmi dörd) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 30.03.2018-ci il tarixli 62 nömrəli alqı-satqı müqaviləsi üzrə 624 manat əsas borc üzrə hesablanmış 312 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Eyni zamanda iddia tələbindən görünür ki, əlavə olaraq Cavabdeh 160 manat məbləğində servis (təmir) xidməti göstərilmişdir. Məhkəmə tələblə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən 160 manat məbləğində servis (təmir) xidməti haqqını tələb etsə də tələbinin əsaslığını sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin tələb əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Samsung J730 markalı mobil telefon üçün 30.03.2018-ci il tarixli 62 nömrəli alqı-satqı müqaviləsi üzrə 624 (altı yüz iyimi dörd) manat əsas borc, 10 (on) manat cərimə borcu, cəmi 634 (altı yüz otuz dörd) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. 07.01.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qısmən təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Samsung J730 markalı mobil telefon üçün 30.03.2018-ci il tarixli 62 nömrəli alqı-satqı müqaviləsi üzrə 624 (altı yüz iyimi dörd) manat əsas borc, 10 (on) manat cərimə borcu, cəmi 634 (altı yüz otuz dörd) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnаmədən, qətnаmə işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Abşeron Rаyоn Məhkəməsi vаsitəsi ilə Sumqayıt Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar