Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1034/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4200 manat məbləğində pulun alınıb ona verilməsi və ödədiyi 62 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, özünə ev almaq üçün internet vasitəsi ilə X1 ilə tanış olmuşdur. Əli Nəcəfov ona ev almaqda kömək edəcəyini bildirmişdir. Əli Nəcəfov onu Cavabdeh ilə tanış etmişdir. Onlar görüşmüş birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidibad məhəlləsində yerləşən evə baxmışlar. Belə razılığa gəlmişlər ki, cavabdeh dəyəri 19000 manat olan evi kredit yolu ilə ilkin 6800 manat ödəməklə, yerdə qalan məbləği 33 ay ərzində aylıq hər ay 375 manat ödəməklə ona satır. Həmçinin razılaşmaya əsasən, 25 sentyabr 2022-ci il tarixə kimi əlavə tikinti-təmir işləri də görülüb, ev yaşamaq üçün tam hazır vəziyyətdə ona təhvil verməli idi. O bu barədə xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə müqavilə bağlamışlar. Növbəti ay o, 400 manat da ödəniş etmişdir. Həmin vaxtdan bir müddət sonra evin təmir-tikinti işləri ilə maraqlananda ona təmir işlərinin yubandığı bildirilmişdir. O gedib evə baxanda təmir işlərinin getmədiyini görmüşdür. Belə olan halda Cavabdeh pulumu geri tələb etmişdir. Cavabdeh ona 3000 manat pul qaytarmış, yerdə qalan 4200 manat pulu isə xx.xx.2022-ci il tarixə kimi qaytaracağı barədə söz vermişdir. Lakin həmin vaxtdan indiyə kimi Cavabdeh dəfələrlə müraciət edib 4200 manat pulu qaytarmasını tələb etsə də, o, bugünədək onun pulunu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etməli oldmuşdur. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbini qəbul edir. İddiaçının dedikləri həqiqətə uyğundur. Onun iddiaçıya 4200 manat borcu vardır. İş materiallarında olan 26 avqust 2022-ci il tarixində bağlanmış İddiaçı və Cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 19000 manat olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidibad məhəlləsində yerləşən evin 25 sentyabr 2022-ci ildə tikiləcəyini və hazır olacağını bildirmiş, evi ilkin 6800 manat ödəməklə, yerdə qalan məbləği 33 ay ərzində aylıq hər ay 370 manat ödəməklə İddiaçı satmış, İddiaçı isə ev üçün 100 manat beh və əlavə olaraq 6700 manat pulu Cavabdeh vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, 26 avqust 2022-ci il tarixində bağlanmış İddiaçı və Cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh dəyəri 19000 manat olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidibad məhəlləsində yerləşən evin 25 sentyabr 2022-ci ildə tikiləcəyini və hazır olacağını bildirmiş, evi ilkin 6800 manat ödəməklə, yerdə qalan məbləği 33 ay ərzində aylıq hər ay 370 manat ödəməklə İddiaçı satmış, İddiaçı isə ev üçün 100 manat beh və əlavə olaraq 6700 manat pulu Cavabdeh vermişdir. İddiaçı isə ev üçün əlavə 400 manat olmaqla ümumilikdə 7200 manat pulu Cavabdeh vermişdir. Ev hazır olmadığından tərəflər arasındakı razılıq pozulmuş və iddiaçı evi almaqdan imtina etmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən ödənilən pulun 3000 manatını iddiaçıya qaytarsa da, qalan 4200 manat məbləği bügunədək ödəməmişdir. Qeyd ediilən hallar Cavabdeh məhkəmədə verdiyi izahat ilə öz təsdiqini tapır. Odur ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh 4200 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 62 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4200 manat pul və 62 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1034/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1034/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver