Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1042/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə şərtlərinin icrası tələbinə dair mülki işə məhkəmənin inzibati binasında , açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilə şərtlərinin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı almış olduğu 2450 manat əsas borcun və illik 5.0 bank faizi hesabı ilə yeddi il doqquz ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 949 manat 37 qəpik olmaqla, ümumilikdə 3399 manat 37 qəpik və 50 manat dövlət rüsumuna görə pulun tutularaq (20 manat notariat, 30 manat məhkəmə) İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1 maddəsinə görə işin icraatına xitam verilməlidir. Belə ki, işin materiallarından olan notarial qaydada təsdiq olunan xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh xx xxxxx 2013-cü il tarixinədək qaytarmaq şərtilə 2450 manat məbləğində borc pul vermişdir. İşin materiallarından olan Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusu tərəfindən göndərilən xx.xx.2014-cü il tarixli, 141 №-li məktubdan müəyyən edilir ki, Cavabdeh borcun qaytarılması üçün müqavilə ilə müəyyən edilən müddətin bitməsi səbəbindən borcunu ödəməsi üçün notariat kontoruna çağırılmışdır. İşin materiallarından olan Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusu tərəfindən göndərilən xx.xx.2019-cu il tarixli, 08 №-li məktubdan müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə imzalanan və notariat kontorunda təsdiq olunan borc müqaviləsinə qoyulan müddət bitdiyindən və borclu götürdüyü borcu qoyulan müddətdə qaytarmadığı üçün həmin borc müqaviləsinə icra qeydi aparılır və icra olunmaq üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilir. İşin materiallarından olan olan Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli icra qeydindən müəyyən edilir ki, Cavabdeh İddiaçı xeyrinə 2470 manat məbləğində pulun tutulması qeyd edilib. İddiaçı tərəfindən hazırda məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair Qərar əsasən icra qeydi tələbkarın ərizəsinə əsasən geri qaytarılmışdır. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanan xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə dair Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusu tərəfindən xx xxxxxx 2019-cu il tarixli icra qeydi verilmiş və icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra qeydi xx.xx.2019-cu il tarixdə icraata qəbul edilmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra icra qeydinin geri qaytarılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş və icra qeydi geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Həmin qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanan xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə dair Abşeron rayonu 2 saylı notariatın xüsusi notariusu tərəfindən xx xxxxxx 2019-cu il tarixli icra qeydi verildiyindən, hazırkı iddia ərizəsində həmin kredit müqaviləsi barədə olduğundan MPM-nin 261.0.1 maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, iddiaçıya icra qeydinin icraya yönəldilməsini tələb etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilə şərtlərinin icrası tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1042/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1042/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver