Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1083/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbi barədə mülki iş üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil ərizəsinə 14 yanvar 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi İddiaçı nümayəndəsi-vəkili Vəkil ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbi barədə iddiaçıların iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1083/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1083/2022
14.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver