Məhkəmə qərarları › İş №2(012)-1084/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1084/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1084/2020 16.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun alınması tələbinə dair Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməklə, Cavabdeh 4654.85 (dörd min altı yüz əlli dörd manat 85 qəpik) manat əsas borcun, 421.10 (dörd yüz iyirmi bir manat 10 qəpik) manat faiz borcunun, cəmi 5075.95 (beş min yetmiş beş manat 95 qəpik) manat borcun və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməklə, Cavabdeh 4654.85 (dörd min altı yüz əlli dörd manat 85 qəpik) manat əsas borcun, 706.85 (yeddi yüz altı manat 85 qəpik) manat faiz borcunun, cəmi 5361.70 (beş min üç yüz altmış bir manat 70 qəpik) manat borcun və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini artırılmış həcmdə müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 (beş min) manat məbləğində kredit verilmiş, bununla bağlı "xxxx" ASC ilə Cavabdeh arasında 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.5-ci bəndinə əsasən Bank «Kredit Müqaviləsi»ndə müəyyən edilmiş faiz həddlərinə əsasən hesablanmış, lakin vaxtında ödənilməmiş faizləri kapitallaşdıraraq Borcalanın borcunu artıra bilər».Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 17 noyabr 2019cu il tarixinə olan əsas borcu 4654.85 (dörd min altı yüz əlli dörd manat 85 qəpik) manat, faiz borcu 421.10 (dörd yüz iyirmi bir manat 10 qəpik) manat, cəmi 5075.95 (beş min yetmiş beş manat 95 qəpik) manat təşkil etmişdir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hal-hazırda cavabdehin Kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixə olan 4654.85 (dörd min altı yüz əlli dörd manat 85 qəpik) manat əsas borcu, 706.85 (yeddi yüz altı manat 85 qəpik) manat faiz borcu, cəmi 5361.70 (beş min üç yüz altmış bir manat 70 qəpik) manat borcu təşkil edir ki, bu borcun da borclu tərəfindən ödənilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli, ******* №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1. bəndinə əsasən Bank tərəfindən sonucuya şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə (xx.xx.2021-dək) olmaqla 5000 (beş min) manat məbləğində kredit verməyi, borc alan isə aldığı kredit məbləğinə müvafiq olaraq Bank tərəfindən bu Müqavilənin Əlavə 1-də müəyyən edilmiş ödəniş qrafikinə uyğun şəkildə əsas və ona hesablanmış faizləri borclarını ödəməyi öhdəsinə götürmüşdür. -Qeyd edilən müqavilənin 3.1. bəndindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixədək 5000 manat əsas, 1.107.51 manat faiz borcu olmaqla, ümumilikdə 6107.51 manat borcundan hər ay banka 254.48 manat ödəməklə qaytarmalıdır. -xx.xx.2020-ci il tarixli maliyyə arayışından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh 05 aprel 2019-cu il tarixli, ******* №-li kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əsas borcundan 345.15 manat, faiz borcundan 174.69 manat ödəniş etmiş, nəticədə həmin tarixə Banka olan əsas borcu 4654.85 manat, faiz borcu 706.85 manat, cəmi borc 5361.7 manat təşkil etmişdir. -xx.xx.2019-xx.xx.2021 tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh axırıncı ödənişi xx.xx.2019-cu il tarixdə etmişdir. -05 aprel 2019-cu il tarixli kassa məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh, 5000 (beş min) manat məbləğində krediti həmin tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən imza edərək qəbul etmişdir. -xx.xx.2019-cu il tarixli pretenziyadan və poçt qəbzinin surətlərindən görünür ki, Cavabdeh öhdəliyini 5 (beş) iş günü müddətində icra edilməsi tələb edilmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən əsas borcu olan Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən müqavilə və ona əlavə edilmiş ödəniş cədvəlini, kassa məxaric orderini, hesabdan çıxarışı və maliyyə arayışını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut növü kimi qiymətləndirib, belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilmiş borc tələbini həmin sənədlər tam təsdiq edir. Tərəflər araşında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, müştəri müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə "xxxx" ASC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi müqavilə şərtlərinə uyğundur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, tərəflər arasında bağlanmış istehlak krediti müqaviləsinin şərtlərini, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunun yuxarıda qeyd edilən göstərişlərini nəzərə alaraq belə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixinə olan 4654.85 (dörd min altı yüz əlli dörd manat 85 qəpik) əsas borcun, 706.85 (yeddi yüz altı manat 85 qəpik) manat faiz borcunun, cəmi 5361.70 (beş min üç yuz altmış bir manat 70 qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5391.70 (beş min üç yuz doxsan bir manat 70 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh xx.xx.2020-ci il tarixinə olan 4654.85 (dörd min altı yüz əlli dörd manat səksən beş qəpik) əsas borcun, 706.85 (yeddi yüz altı manat səksən beş qəpik) manat faiz borcunun, cəmi 5361.70 (beş min üç yüz altmış bir manat yetmiş qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5391.70 (beş min üç yüz doxsan bir manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar