Məhkəmə qərarları › İş №2(012)-1086/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1086/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1086/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsəi üzrə 859,75 ABŞ dolları faiz borcu və 6,59 ABŞ dolları cərimə borcu, ümumi olaraq 866,34 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxxxx» İKB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 Yunis oğlu xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsin əsasən, “xxxxxx” İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 6000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır.xx xxxxxx 2019-cu il tarixədək Cavabdeh2 Yunis oğlunun banka xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsəi üzrə 859,75 ABŞ dolları faiz borcu və 6,59 ABŞ dolları cərimə borcu, ümumi olaraq 866,34 ABŞ dolları borcu vardır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o, 2013-cü ildə Sumqayıtdan salondan maşın əldə etmiş, lakin 6000 ABŞ dolları məbləğində pulu bankdan götürmüşdür. 10 ay müddətinə 3000 manat pul ödəmişdir. Lakin işdən çıxdığına görə pulu ödəyə bilməmiş və maşını ondan götürmüşlər. O, bankda müqavilə bağlamamış, salonda müqaviləyə imza çəkmişdir. İş materiallarındakı kredit müqaviləsindəki imza ona məxsusdur. O, Prezidentin fərmanına düşməmişdir. İddiaçı onun adına saxta qol çəkib, pul götürmüşdür. Çünki həmin vaxt o heç bir yerdə işləməmişdir. Və belə olan halda bankın ona kredit verməsi mümkün deyildir. O, hətta buna görə bankı məhkəməyə vermişdir. Ona 5 ildən sonra sənədlərin arxivdə saxlanılmadığı deyildiyinə görə isə müqaviləni tapa bilməmişdir. O sadəcə bir dəfə maşını girov qoymuşdur. Bank tərəfindən ona borcunun silinəcəyi deyilmişdir. Lakin 7 il keçməsinə baxmayaraq iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Bunlara əsasən, o, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməyin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 4-M-1-0-984-13 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 həqiqətən də İddiaçı MMC-nin Sumqayıt filialından 24 ay müddətinə, illik 30 faiz olmaqla 6000 ABŞ dolları məbləğində kredit almışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 4-M-1-0-984-13 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 öhdəliyinin tam və ya qismən yerinə yetirilməməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə olan cəmi borc məbləği 866,34 ABŞ dollar təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən qeyd olunan borc məbləği üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, sözügedən müqavilə üzrə cavabdeh tərəfindən axırıncı dəfə 2016-cı ilin aprel ayında ödəniş edilmiş, bu faktı iddiaçı təşkiılatın nümayəndəsi məhkəmə iclasında izahatında da təstiq etmişdir. Belə olan halda məhkəmə hesab edi ki, Cavabdeh2 iddia müddətin tətbiqi barədə ərizəsinin qanuni əsasları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-cu maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cu maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar