Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1091/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 manat pulun, maddi və mənəvi zərərin əvəzi kimi 2000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayından tanışı Cavabdeh müxtəlif vaxtlarda qaytaracağı adı altında inam və etibarından istifadə edib onu aldadaraq ümumilikdə 4400 manat pulunu almış, lakin hazırki vaxtadək qaytarmamışdır. O, məcbur qalıb DİN-nin 102 Çağrı Mərkəzinə zəng edərək şikayət vermişdir. Polis orqanlarının apardığı tədqiqat nəticəsində qərar qəbul edilmiş və cinayət işinin başlanılması rədd edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan Sumqayıt şəhər Pİ 3-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı 4400 manat pulun qaytarılmamasına görə Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahat vermişdir ki, Rəqsanə ilə 2023-cü il may ayında tanış olmuş və qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. Rəqsanənin həyat yoldaşı öldüyü üçün və iki azyaşlı uşaqları olduğundan mütəmadi olaraq ona maddi cəhətdən köməklik göstəmişdir. Rəqsanə ilə birlikdə 2023-cü ilin avqust ayında Sumqayıt şəhərində “Kapitalbank’’ ASC-dən Rəqsanənin razılığı və iştirakı ilə Rəqsanənin adına 700 manat pul götürmüş və pul Rəqsanədə qalmışdır. Rəqsanə həmin puldan ona verməmişdir və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 2023-cü il sentyabr və oktyabr ayları ərzində Rəqsanə özünə məxsus “ABB" tərəfindən verilmiş 4127 2211 2213 1735 saylı kartı ona vermiş, o, həmin kart hesabından iki dəfəyə ümumilikdə 1000 manat olmaqla, ayrıayrılıqda 500 manat çıxaraq Rəqsanənin özünə vermişdir. 2023-cü il oktyabr ayında "xxxx" QSC-dən onunla birlikdə öz adına 2700 manat pul götürmüşdür. Rəqsanə həmin pullardan ona verməmişdir, sadəcə yaşadığı evin kirayəsinə və digər ehtiyaclara xərcləmişdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında yaxın münasibətlər olmuş, 2023-cü il sentyabr və oktyabr ayları ərzində cavabdeh iddiaçıya məxsus bank kartından cəmi 1000 manat pul çıxarmış, lakin həmin pulu ona verməmişdir. İddianın bu məbləğdə əsaslı olması iş materialları ilə, cavabdehin polis orqanlarında verdiyi izahatla tamamilə təsdiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı məxsus 1000 manat vəsaiti xərclədiyindən, yəni əsassız varlandığından həmin vəsait ondan tutularaq iddiaçıya qaytarılmalı, bununla da iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdehin dəlili iş materialları ilə təsdiq olunmur. Cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehə 3400 manat məbləğində borc verməsi, habelə ona 2000 manat məbləğində maddi və mənəvi zərər vurulması barədə isə iddiaçı tərəf məhkəməyə hər hansı legitim sübut təqdim edə bilməmişdir. İş materialları ilə təsdiq olunur ki, cavabdeh iddiaçının məhz 1000 manat məbləğində vəsaiti ilə əsassız varlanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş pulun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1091/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1091/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver