Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-11/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X6, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə 11 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış 17.10.2014-cü il tarixli L-BK-0030562-F saylı Kredit və BK- 0020284, BK-0020285 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməmiş 2.025,58 (iki min iyirmi beş ABŞ dolları 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 610,54 (altı yüz on ABŞ dolları 54 sent) ABŞ dolları faiz borcu, cəmi 2.636,12 (iki min altı yüz otuz altı ABŞ dolları 12 sent) ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə“ MMC-nə verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında 17.10.2014-cü il tarixli L-BK-0030562- F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Dövriyyə kapitalı” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 2.5%, illik 30% olmaqla 6250 (altı min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq borclunun zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq BK-0020284, BK-0020285 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 17.10.2014-cü il tarixindən bu günə qədər borclu tərəfindən 6.250,00 (altı min iki yüz əlli ABŞ dolları 00 sent) ABŞ dolları məbləğində əsas borcun 4.224,42 (dörd min-iki yüz iyirmi dörd ABŞ dolları 42 sent) ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1.836,88 (bir min səkkiz yüz otuz altı ABŞ dolları 88 sent) ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 4.3-cü bəndinə əsasən 523,31 (beş yüz iyirmi üç ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində cərimə cəmi 6.584,61 (altı min beş yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun təşkilata ödənilməmiş 2.025,58 (iki min iyirmi beş ABŞ dolları 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 610,54 (altı yüz on ABŞ dolları 54 sent) ABŞ dolları faiz borcu, cəmi 2.636,12 (iki min altı yüz otuz altı ABŞ dolları 12 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(012)-2756/2028 saylı əmri ilə xx.xx.1964-cü ildə ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan X1ndan və xx.xx.1970-ci ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan borclu Cavabdeh2 və xx.xx.1990-cı il tarixdə ünvan 3 kəndində anadan olmuş, Laçın rayonu. Qarakeçdi kəndi ünvanında qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada kreditor Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, P-3 m, 6-cı mərtəbə ünvanında yerləşən Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 2.025,58 ABŞ dolları əsas, 610,54 ABŞ dolları faiz, ümumilikdə 2.636,12 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. X1 həmin məhkəmə əmrinin ləğv edilməsi üçün etirazla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(012)-2756/2018 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(012)-2756/2028 saylı məhkəmə əmrinin ləğv edilməsi, materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC sonradan iddia tələbinə dəqiqləşdirmə vermişdir. Həmin dəqiqləşmə bildirilmişdir ki, cavabdehlər X4 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə mübahisə olunan kredit borcu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının əhatə dairəsinə düşmüşdür. "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 4.3.1-ci maddəsinə əsasən, 2534,30 (iki min beş yüz otuz dörd manat 06 qəpik) AZN (1490,76 ABŞ Dolları) məbləğində kompensasiya hesablanaraq, X3 borcunun azaldılması üçün "xxxx" MMC-nə ödənilmişdir. Bundan əlavə, həmin Qaydanın 5.2.2 maddəsinə uyğun olaraq ödənilmiş kompensasiyanın əsas kredit borcuna nisbətini təşkil edən 449,34 ABŞ Dolları məbləğindəki faiz borcu "xxxx" MMC tərəfindən silinmişdir. Hal-hazırda X3 ödənilməmiş 534,82 (beş yüz otuz dörd dollar 82 sent) ABŞ Dolları məbləğində əsas məbləğ üzrə borcu, 161,20 (bir yüz altmış bir dollar 20 sent) ABŞ Dolları faiz borcu olmaqla cəmi 696,02 (altı yüz doxsan altı dollar 02 sent) ABŞ Dolları məbləğində borcu qalmışdır. Odur ki, X4, Cavabdeh2 və Cavabdeh3 534,82 (beş yüz otuz dörd dollar 82 sent) ABŞ Dolları məbləğində əsas məbləğ üzrə borcu, 161,20 (bir yüz altmış bir dollar 20 sent) ABŞ Dolları faiz borcu olmaqla cəmi 696,02 (altı yüz doxsan altı dollar 02 sent) ABŞ Dolları məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, banka 909 manat borcu qalmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanına düşmüşdür. Həmin Fərmanın 2-ci bəndinə əsasən 5% ilə ödəniş etməlidir. Lakin Bank ilə bu barədə razılığa gələ bilmirlər. Banka dəfələrlə müraciət etməyinə baxmayaraq bir nəticə əldə etməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan kredit müqaviləsindən müəyyən edilir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 ilə bağlanmış 17 oktyabr 2014-cü il tarixli L-BK-0030562-F saylı kredit müqaviləsinə əsasən, ödəniş planına uyğun olaraq 18 ay müddətində aylıq 2.5%, illik 30% olmaqla 6250 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan müqaviləyə əlavə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 17.11.2014-cü il tarixdən 18.04.2016-cı il tarixədək 6250 ABŞ dolları kredit məbləği, 1614,35 ABŞ dolları faiz məbləği olmaqla 7864,35 ABŞ dolları ödəniş etməlidir. Mülki işin materiallarında olan 17.10.2014-cü il tarixli zaminlik müqavilələrindən müəyyən edilir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 ilə BK- 00020284 və Cavabdeh3 ilə BK-00020285 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatına zamin durmuşdur. Mülki işin materiallarında olan 23.02.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ödənilməmiş 2025,58 (iki min iyirmi beş ABŞ dolları 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 610,54 (altı yüz on ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 2636,12 (iki min altı yüz otuz altı ABŞ dolları 12 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd: 17.10.14-cü il tarixli L-BK-0030562 saylı kredit müqaviləsi üzrə faiz hesablanması 18.04.16-cı il tarixində dayandırılmışdır. Cavabdeh tərəfindən təqdim edilən hesablanmış kompensasiya çıxarışdan müəyyən edilir ki, 01 mart 2019-cu il tarixinə 909,19 manat borcu qalmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulan pul məbləği Cavabdeh1 verilsə də, lakin Cavabdeh1 müqavilənin şərtlərini pozmaqla öhdəlikləri icra etməmişdir. Mübahisə olunan kredit borcu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının əhatə dairəsinə düşmüşdür. "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 4.3.1-ci maddəsinə əsasən, 2534,30 (iki min beş yüz otuz dörd manat 06 qəpik) AZN (1490,76 ABŞ Dolları) məbləğində kompensasiya hesablanaraq, X3 borcunun azaldılması üçün "xxxx" MMC-nə ödənilmişdir. Bundan əlavə, həmin Qaydanın 5.2.2 maddəsinə uyğun olaraq ödənilmiş kompensasiyanın əsas kredit borcuna nisbətini təşkil edən 449,34 ABŞ Dolları məbləğindəki faiz borcu "xxxx" MMC tərəfindən silinmişdir. Halhazırda X3 ödənilməmiş 534,82 (beş yüz otuz dörd dollar 82 sent) ABŞ Dolları məbləğində əsas məbləğ üzrə borcu, 161,20 (bir yüz altmış bir dollar 20 sent) ABŞ Dolları faiz borcu olmaqla cəmi 696,02 (altı yüz doxsan altı dollar 02 sent) ABŞ Dolları məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh1 ödənilməmiş 534,82 (beş yüz otuz dörd dollar 82 sent) ABŞ Dolları məbləğində əsas məbləğ üzrə borcu, 161,20 (bir yüz altmış bir dollar 20 sent) ABŞ Dolları faiz borcu olmaqla cəmi 696,02 (altı yüz doxsan altı dollar 02 sent) ABŞ Dolları məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çağırdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında bağlanan BK-00020284 nömrəli və BK-00020285 nömrəli 17 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələrinin müddəti də 18 aydır, müqavilənin müddəti 17 aprel 2016-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 04 aprel 2018-ci il tarixdə müraciət etmişdir, halbuki, zaminə münasibətdə müqaviləyə 17 aprel 2017-ci il tarixədək iddia qaldıra bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia zaminlərə münasibətdə zaminliyə müddətin keçməsi ilə xitam verilməsi əsası ilə də iddia əsassızdır və təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 534,82 (beş yüz otuz dörd dollar 82 sent) ABŞ Dolları məbləğində əsas məbləğ üzrə borcu, 161,20 (bir yüz altmış bir dollar 20 sent) ABŞ Dolları faiz borcu olmaqla cəmi 696,02 (altı yüz doxsan altı dollar 02 sent) ABŞ Dolları borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 534,82 (beş yüz otuz dörd dollar 82 sent) ABŞ Dolları məbləğində əsas məbləğ üzrə borcu, 161,20 (bir yüz altmış bir dollar 20 sent) ABŞ Dolları faiz borcu olmaqla cəmi 696,02 (altı yüz doxsan altı dollar 02 sent) ABŞ Dolları borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-11/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-11/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver