Məhkəmə qərarları › İş №2(012)-1100/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1100/2020

19.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1100/2020 19.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia tələbinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 570 (beş yüz yetmiş) manat maddi zərərin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda tərəflər- İddiaçı nümayəndəsi X4 və Cavabdeh xx xxxx 2020-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi X4 təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, X3 Şərifov Bəkirin şikayət ərizəsi əsasında verdiyi izahatdakı xətt ona məxsusdur. İddiaçı ona məxsus əraziyə 20 santimetr daxil olduğuna görə o, özünün ərazisindəki hasarı sökmüşdür. O, iddiaçıya dəyən maddi zərəri ödəməyə razıdır. O, aylıq 420 manat maaş alır, ilkin olaraq 100 manat, sonra isə hər ay 50 manat olmaqla iddaçıya pul ödəməyə razıdır. Odur ki, o, barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini məhkəmədən xahiş etdi. Hazırda məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, tərəflər aşağıdakı şərtlərlə razılaşır.

1. Hasarın bərpası üçün Cavabdeh tərəfindən 100 (bir yüz) manat ilkin ödəniş hasarı bərpa edən usta X1 verilsin.

2. 2020-ci ilin iyul ayından başlayaraq hər ayın 7-si 50 (əlli) manat ödəməklə, cəmi 300 (üç yüz) manat Cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı nümayəndəsi X4 və Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında 1. Hasarın bərpası üçün Cavabdeh tərəfindən 100 (bir yüz) manat ilkin ödəniş hasarı bərpa edən usta X1 verilməsi; 2. 2020-ci ilin iyul ayından başlayaraq hər ayın 7-si 50 (əlli) manat ödəməklə, cəmi 300 (üç yüz) manat Cavabdeh tərəfindən iddiaçıya ödənilməsi şərtləri ilə bağlanmış xx xxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair 2(012)- 1100/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar