Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-111/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatının nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi X8, Cavabdeh2 MMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCyə qarşı kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin və peniyanın tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 80.000 manat əsas borc, 14.566,22 manat faiz borcu, 72.480 manat penya borcu olmaqla, cəmi 167.046,22 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 6 ay müddətinə, illik 26% olmaqla 80.000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı ilə Cavabdeh2 MMC ilə xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bu günədək sözügedən kreditin əsas borcundan 0 manat, faiz borcundan 13.456 manat olmaqla, cəmi 13.456 manat məbləğində ödəniş etmişdir. Bank tərəfindən dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Cavabdeh1 müraciətlər edilmiş, lakin o, verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Nəticədə, Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə x xxxxx 2019-cu il tarixə əsas borc üzrə 80.000 manat, faiz borcu üzrə 14.566,22 manat, 720480 manat penya olmaqla, cəmi 167.046,22 manat məbləğində borcu mövcuddur. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunaraq Cavabdeh1 və Cavabdeh2 MMC-dən 80.000 manat əsas borc, 14.566,22 manat faiz borcu, 72.480 manat penya olmaqla, cəmi 167.046,22 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X7 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 80,000 manat əsas borc, 33,055,11 manat faiz borcu, 150,480 manat penya olmaqla, cəmi 263,535,11 manat borcun Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh2 MMC-nin nümayəndəsi X9 izahatında göstərdi ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2020ci il tarixli iddia tələbinin həcminin dəyişdirilməsi ilə bağlı ərizəyə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 80.000 manat əsas borcun, 33.055,11 faiz borcunun, 9.332 manat gecikmiş faiz borcunun və 150.480 manat penya borcunun tutulmasını xahiş etmişdir. İddiaçının tələbi tam əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında mövcud olan və məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən müəyyən edilir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya əsas borcu 77.615,11 manat, faiz borcu isə 77,78 manat təşkil edir. Bundan əlavə, “xxxxxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC və Cavabdeh1 arasında kredit müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Müvafiq olaraq Cavabdeh2 MMC də həmin tarixdə zamin olaraq çıxış etmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 olmuşdur. Lakin, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-ni X3, həmin alqı-satqı müqaviləsinin notarial təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, satılan payın üzərində hər hansı məhdudiyyət və yüklülük yoxdur. Bununla da məlum olur ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı payları X2 Cavabdeh2 MMC-nin Cavabdeh1 öhdəliklərinə görə zamin olduğu faktı gizlədilmişdir. İddiaçının iddia tələbləri qismən təmin edilərək Cavabdeh1 “xxxxxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC-nin xeyrinə 77.615,11 manat əsas borc, 77.78 manat faiz borcu, 9.332 manat gecikmiş faiz borcu, 500 manat penya borcu olmaqla, cəmi 87.524,89 manat məbləğində pul tutulmalıdır. Cavabdeh2 MMC-yə nisbətdə isə iddiaçının iddia tələbi tamamilə rədd edilməlidir. Sonda Cavabdeh2 MMC-nin nümayəndəsi E.Hüseynzadə qeyd olunanları nəzərə alaraq, müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işdə olan “Kreditor” “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı ilə “Borcalan” Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor tərəfindən borcluya 6 ay müddətinə, 80.000 manat məbləğində kredit verilməsinə, borclunun isə krediti qəbul etməsinə, bu müqavilədə göstərilən məqsədə istifadə etməsinə, bu müqavilədə göstərilən müddətdə və qaydada kredit və kreditə görə hesablanmış faizləri kreditora qaytarmasına dair borc pul öhdəliyidir. Həmin müqavilənin 3.1.4.1 və 3.1.4.2-ci bəndlərinə əsasən, kreditor əsas borcu hesablanmış faizlər ilə birlikdə qaytarılmasını borcalandan vaxtından əvvəl tələb edə bilər. Həmin müqavilənin 3.2.8-ci bəndinə əsasən, əsas borc, kreditdən istifadəyə yerə hesablanmış faizlər, cərimələr, borcların yığılması ilə əlaqədar digər xərclər, məhkəmə, qiymətləndirmə, hərrac və sair) borcalan tərəfindən ödənilməlidir. İşdə olan “Kreditor” “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı ilə “Zamin” Cavabdeh2 MMC arasında bağlanmış 1518/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “Zamin” kredit müqaviləsi üzrə “Borcalan”ın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqavilə üzrə ödənilməmiş 80.000 manat əsas borcu, 33055.11 manat faiz borcu, 150480,00 manat cərimə borcu olmaqla, cəmi 263535,11 manat məbləğində borcu qalmışdır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı tərəfindən Cavabdeh1 və Cavabdeh2 MMC-yə ünvanlanmış 328 saylı, xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərin icra etmələri və əks halda bunun hüquqi nəticələri izah olunmuşdur. İşdə olan xx xxxx 2018-ci il tarixli Payın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, “Satıcı” Cavabdeh1 Cavabdeh2 MMC-dəki 100 % payını “Alıcı” X1. Məhkəməyə baxışı dövründə Cavabdeh2 MMC-nin nümayəndəsi X6 təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibat ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/581 saylı rəyindən görünür ki, müqavilə müddəti bitdikdən sonra 5 faiz dərəcəsində nəzərə alınmaqla iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 nömrəli kredit müqaviləsi üzrə, cavabdehin müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən son ödəniş edildiyi xx xxxx 2018-ci il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx xxx 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə--80.000,00 manat; faiz borcu üzrə--1.985,56 manat; xx xxxx 2018-ci il tarixə (son ödəniş tarixi) əsas borc üzrə--77.615.11 manat, faiz borcu üzrə--77.78 manat təşkil edir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi Cavabdeh1 iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatından tələb olunan məbləğində pul vəsaitini götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən Ekspertinrəyiməhkəmədətədqiqolunurvədigərsübutlarlayanaşıqiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Həmin rəydən görünür ki, cavabdehlərin xx xxx 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə--80.000,00 manat; faiz borcu üzrə--1.985,56 manat; xx xxxx 2018-ci il tarixə (son ödəniş tarixi) əsas borc üzrə--77.615.11 manat, faiz borcu üzrə--77.78 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin nümayəndəsi X6 təşəbbüsü ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 nömrəli kredit müqaviləsi üzrə hesablanmış borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/581 saylı Məhkəmə ekspertizasının rəyinə əsasən Cavabdeh1 və Cavabdeh2 MMC-nin xx xxxx 2018-ci il tarixə (son ödəniş tarixi) əsas borc üzrə--77.615.11 manat, faiz borcu üzrə--77.78 manat borcu olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatının 77.615.11 manat əsas borcu üzrə hesablanmış 150,480 manat cərimə borc məbləğinə mütənasib surətdə azaldılaraq, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla 500 manat məbləğində dəbbə pulu müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2 və 472.3-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” X5rşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi cavabdehlərdən müştərək qaydada tutulub, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələbinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada xx xxxx 2018-ci il tarixə (son ödəniş tarixi) 77.615.11 (yetmiş yeddi min altı yüz on beş manat, on bir qəpik) manat əsas borc, 77.78 (yetmiş yeddi manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 9332 (doqquz min üç yüz otuz iki) manat cərimə borcu, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 87524,89 (səksən yeddi min beş yüz iyirmi dörd manat, səksən doqquz qəpik) manat məbləğində borc tutularaq, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatının xeyrinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 77.615.11 (yetmiş yeddi min altı yüz on beş manat, on bir qəpik) manat əsas borc, 77.78 (yetmiş yeddi manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 9332 (doqquz min üç yüz otuz iki) manat cərimə borcu, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 87524,89 (səksən yeddi min beş yüz iyirmi dörd manat, səksən doqquz qəpik) manat məbləğində borc və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi tutularaq, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Təşkilatına verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 MMC-dən alınaraq dövlət büdcəsinə (adı: dövlət xəzinədarlığı agentliyi - kodu: 210005; VÖEN: **********; müxbir hesab: AZ41NABZ********************; sfift bik: CTREAZ22; məhkəmə ekspertiza mərkəzi - VÖEN **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-111/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-111/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver