Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1154/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3500 manat pulun və ödədiyi 55 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qəbzə imza etdirməklə cavabdehə 3500 manat borc olaraq pul vermişdir. Cavabdehlə razılığa gəlmişlər ki, cavabdeh ona həmin pulu hissə-hissə olaraq, yəni hər ayın 23-ü, ayda 250 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu barədə qəbz də yazmış və öz imzası ilə təsdiqləmişdir. Lakin, cavabdeh sözünə əməl etməmiş və ona olan borcunu qaytarmamışdır. Bu günədək o, cavabdehdən pulunu ala bilmir. Cavabdehin ona borclu olduğu 3500 manat pulun verilməsini təkidlə ondan tələb etsə də, bir nəticəsi yoxdur. Cavabdehin ona borclu olduğu 3500 manat pulun alınıb ona verilməsi yalnız məhkəmə qaydasında mümkündür. Bununla bağlı o, Polis Şöbəsinə də müraciət etmişdir, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya münasibəti barədə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3500 manat pul almışdır. Həmin pulu hər ayın 23-də, hər ay 250 manat olaraq ödəməyi öz üzərinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Sadiq Bədrəddin oğlu barəsində olan müraciətini baxılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən müraciətlə əlaqədar Məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanlandığı ərizədən görünür ki, o, İddiaçı cəmi 2300 (iki min üç yüz) manat borc almışdır, həmin pulları da iddiaçı müxtəlif vaxtlarda onun bank kartına köçürüb. Sadəcə olaraq onun 2300 manatın müqabilində 3500 manatı ona ödəyəcəyi barədə qəbz almışdır. 1200 manat məbləği əlavə faiz hesablamışdır. O, cəmi 2300 manat borcunu etiraf edir. İddiaçi bütün pulları onun bank kartına ödəyibdir. Bu da 2300 manatdır. Odur ki, iddianın 2300 manat məbləğində təmin olunmasını qalan hissədə rədd olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Beləliklə işin araşdırılan hallarından müəyyən olundu ki, tərəflər arasında əvvəlcə borc münasibəti yaranmış, sonradan cavabdeh borcunu qaytara bilmədiyi üçün öz borcunu etiraf edərək iradə ifadəsini yazılı sənəddə ifadə etmişdir. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə araşdırması zamanı tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıdan 3500 manat pul alması barədə yazılı qəbz vermişdir. Bu hal onun məhkəməyə ünvanlandığı məktubda da öz əksini tapır. Cavabdehin məhkəməyə ünvanladığı ərizədə borcunun 2300 olduğunu, qalan 1200 manat məbləğin əlavə faiz olaraq yazdığını bildirsə də, buna dair (bunun əksini göstərən) sübutlar təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 3500 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 55 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tam əsaslıdır. Buna görə də iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc və 55 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1154/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1154/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver