Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1167/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə 28 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 (üç min altı yüz) manat əsas borc, 100 manat hüquqi xidmətə görə, 57 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə, cəmi 3760 (üç min yeddi yüz altımış) manat pul tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbiçi idi və Abşeron rayonu ərazisində xidmət edirdi. Vüsal 2021-ci ilin sentyabr ayında ona müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. 01 sentyabr 2021-ci il tarixdə Vüsala cəmi 3600 manat pul borc vermişdir. Cavabdeh borcu 2021-ci ilin sentyabr ayının 20-də ona qaytarmalı idi. Vüsal bu barədə öz xətti ilə şəxsi vəsiqəsi çıxarılmış kağıza qəbz yazıb ona vermişdir. Lakin vaxt keçməsinə baxmayaraq Vüsal borcu ona qaytarmamışdır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də həmin borcun məhkəmə qaydasında alınması zəruridir. Hüquqi xidmət məqsədi ilə Bakı şəhəri, Q.Qarayev prospekti 52 ünvanında yerləşən "xxxx" MMCyə müraciət etmiş və 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa o, məhkəmədə iddia qaldırmaq üçün 57 manat və 3 manat notariat xərclərinə görə dövlət rüsumu ödəmişdir. Həmin məbləğlərdə iddiaçıdan tutulub iddiaçıya ödənilməlidir. O, mübahisəni məhkəmədən kənar həll etmək üçün cavabdehə sifarişli pretenziya məktubu göndərmiş, lakin cavabdeh pretenziyasına cavab verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan şəxsi vəsiqəsi çıxarılmış kağızda qeyd olunmuş xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, xx.xx.1992-ci ildə Naxçıvan MR-də anadan olmuş Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdən borc olaraq 3600 (üç min altı yüz) manat pul almış və 2021-ci ilin sentyabr ayının 20-də İddiaçı həmin borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 25 noyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən pulu qaytarmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi və məhkəmə məsrəfləri ilə birlikdə pulu ondan tələb edəcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, ƏİA/4 № 219787 seriya nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ona göstərilən hüquqi xidmətlə əlaqədar 100 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki, hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2021-ci ilin sentyabr ayında ona müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. O, 01 sentyabr 2021-ci il tarixdə cavabdehə cəmi 3600 manat borc vermişdir. Cavabdeh bu barədə öz xətti ilə şəxsi vəsiqəsi çıxarılmış kağıza qəbz yazıb ona vermişdir. Cavabdeh borcu 2021-ci ilin sentyabr ayının 20-də ona qaytarmalı olsa da vaxt keçməsinə baxmayaraq o, borcu iddiaçıya qaytarmamışdır. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində İddiaçı borclu olması onun iş materialları ilə təsdiq olunduğundan Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 100 manat hüquqi xidmətə görə, 57 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumuna görə pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat əsas borc, 100 manat hüquqi xidmətə görə, 57 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə, cəmi 3760 (üç min yeddi yüz altmış) manat alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1167/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1167/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver