Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1225/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi katibliyi, İddiaçı-nin Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə bağlı əlavə qətnamənin cıxarılması işinə xx xxxxxxx 2020-ci il tarixdə açır məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 12.014,75 ABŞ dolları məbləğində əsas borcun, 5.116,89 ABŞ dolları məbləğində faiz borcunun, 10 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 17.141,64 (on yeddi min yüz qırx bir dollar altmış dörd sent) ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc, əlavə cərimə borcu üzrə 200 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulması, iş üzrə təyin edilmiş ekspertizanın xərci olaraq 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi( SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************) qət edilmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə qətnamə çıxarılması barədə tərəflər məhkəmə içlasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 229.2.-ci maddəsini rəhbər tutaraq ərizəyə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, əlavə qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 12.014,75 ABŞ dolları məbləğində əsas borcun, 5.116,89 ABŞ dolları məbləğində faiz borcunun, 10 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 17.141,64 (on yeddi min yüz qırx bir dollar altmış dörd sent) ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc, əlavə cərimə borcu üzrə 200 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulması, iş üzrə təyin edilmiş ekspertizanın xərci olaraq 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi( SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************) barədə qətnamə qəbul edilmiş,lakin iddia tələbinin Cavabdeh1 məxsus dövlət nömrə nişanı ** EC *** olan “Hyundai Tucson” markalı avtomobilə yönəldilməsi,avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi hissəsi məhkəmə iclasında tədqiq edilməsinə baxmayaraq Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qət etdi hissəsində öz əksini tapmamışdır. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, NH00225U/13U saylı avtomobil krediti və girov/ipoteka müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında avtomobil krediti və girov/ipoteka müqaviləsi bağlanmış və bu sazişə əsasən İddiaçı tərəfindən Cavabdeh1 illik 18 % dərəcəsi ilə 60 ay müddətinə 23780 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin təmini üsulu olaraq Cavabdeh2 zamin dayanmışdır. Mülki-Prosessual Məçəllənin 229.1.-ci maddəsinə görə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Mülki-Prosessual Məcəllənin 229.2.-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Qeyd olunan qanunveriçilik normalarından çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12087,9 ABŞ dolları məbləğində əsas borcun, 8838,08 ABŞ dolları məbləğində faiz borcunun, 390,37 dolları məbləğində cərimə borcunun, əlavə cərimə borcu üzrə 200 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun İddiaçı-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus dövlət nömrə nişanı ** EC *** olan “Hyundai Tucson” markalı avtomobilə yönəldilməsi,avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi tələbi üzrə əlavə qətnamə cıxarıla bilər. Cünki bu tələblərə baxılmış, həmin tələblər üzrə sübutlar təqdim edilmiş və qətnamə qanuni qüvvəyə minməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Tələb Cavabdeh1 məxsus dövlət nömrə nişanı ** EC *** olan “Hyundai Tucson” markalı avtomobilə yönəldilsin,avtomobil açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına banka olan borc ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1225/2020
Abşeron Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(012)-1225/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver