Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-124/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri yəni 1346,03 manat məbləğində pulun nəzarət subyektindən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 1(012)-200/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə nəzarət edən orqana məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Abşeron rayonunun ərazi hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2018-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum müfaviq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda xx.xx.2018-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, mobil nəzarət qurğusunu əlindən salaraq zədələmiş, onu yararsız hala salmış və maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat təşkil edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması verilərək, üzərində elektron nəzarət vasitəsi gəzdirməyi hökm olunmuşdur. Bununla əlaqədar ona elektron qolbaq, telefon verilmiş və evə 3 ədəd siqnaliziyasiya quraşdırılmışdır. O, elektron nəzarət vasitələrinə heç bir xəsarət yetirməmişdir. Belə ki, ona verilən telefonun batereyası şişmiş və nəticədə telefonun ekranı aralanmışdır. Lakin buna səbəb elektron qurğunun zaryatka saxlamaması və sönməməsi üçün tez-tez zaryatkaya qoyulması olmuşdur. O, elektron qurğunu təhvil verməzdən əvvəl Sumqayıt Şəhər Probasiya Şöbəsinin icra məmuru Cavad adlı şəxsə bu barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə nəzarət vasitəsini təhvil verəndə də, ona bu barədə heç bir irad bildirilməmişdir. O, qurğunu əlindən salmağı barədə heç bir izahat verməmişdir. İş materiallarında olan izahat saxtadır. O, qurğunu əlindən saldığını heç vaxt deməmişdir. Odur ki, o, 03 fevral 2017ci ildə elektron nəzarət vasitəsini əlimdən salmamış, onun işlək vəziyyətdə saxlanılmasına xidmət göstərmiş, sadəcə telefon aparatı enerji yığarkən aralanmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-200/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması, həmin Məcələnin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən, cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təqsirləndirilən şəxs Cavabdeh üzərində qəti olaaq iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Abşeron rayonunun hüdudlarını və saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunması, cəzaçəkmə müddətinin başlanğıcının Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsininin elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilə texniki baxış nəticəsində nəzarət subyekti Cavabdeh təhkim olunmuş mobil qurğunun batareyasının şişərək ekranının sındırıldığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 5/1260 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat xx.xx.2022-ci il tarixində Abşeron Rayon Məhkəməsinə daxil olmuş, ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və mobil nəzarət qurğusu məhkəməyə qaytarılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-200/2018 saylı, xx.xx.2018ci il tarixli hökmündən göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması, həmin Məcələnin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təqsirləndirilən şəxs Cavabdeh üzərində qəti olaaq iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Abşeron rayonunun hüdudlarını və saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunması, cəzaçəkmə müddətinin başlanğıcının Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2018-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum müfaviq qaydada qeydiyyata götürülərək barəsində şəxsi iş açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda xx.xx.2018-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, mobil nəzarət qurğusunu əlindən salaraq zədələmiş, onu yararsız hala salmış və maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri isə 1346,03 manat təşkil etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri yəni 1346,03 manat məbləğində pul alınaraq iddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri yəni 1346,03 manat məbləğində pul alınaraq iddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-124/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-124/2023
31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver