Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-125/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 29A saylı evin 3 saylı mənzilinə vurulmuş ziyana görə Cavabdeh1 3000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı iddiasını dəqiqləşdirərək məhkəmədən ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 29A saylı evin 3 saylı mənzilinə vurulmuş ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.7-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı hazırki mülki iş (2(012)-125/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatının xərci olan 150 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-125/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-125/2024
31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver