Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1258/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-596/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 08.09.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 180 (yüz səksən) manat və 05.12.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha girərək evlənib ailə qurmuş və 08.09.2010-cu il tarixdə X7 və 05.12.2011-ci il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Qaradağ rayon Məhkəməsinin 2(002)-569/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və uşaqların onun yanında qalması qət edilmişdir və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının, (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların maddi tələbatını ödəmir, həddindən artıq azdır, həmçinin uşaqların sağlamlığı qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Uşaqların qidalanması, həmçinin geyimləri və təhsilləri ilə bağlı xeyli vəsait tələb olunur. Cavabdeh isə hər uşağa hər ay 100 manat məbləğində aliment ödəyir və bu da təbii ki, uşaqların maddi tələbatlarının yerinə yetirilməsi üçün yetərli deyildir və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan azdır. Cavabdeh gəlirlərini gizlədir və müəyyən edildiyi qaydada alimenti ödəməkdən yayınır. Alimentin məbləğinin artırılması uşaqların sağlam böyüməsi və inkişafı üçün vacibdir. Odur ki, qeyd edilənlərə əssən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh 29.01.2021-ci il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-569/2020 saylı, 12.03.2020-ci il tarixli qətnaməsi əsasında cavabdeh olaraq onun övladları 08.09.2010-cu il təvəllüdlü X5 və 05.12.2011-ci il təvəllüdlü X4 görə qazancının 1/3 hissəsi miqdarında aliment öhdəliyi yaranmışdır. Sözü gedən məhkəmə qətnaməsi üzrə öhdəliklərini vaxtlı-vaxtında icra edərək, ödənilməli olan alimenti gecikmələrə yol vermədən ödəyir. Bunu etiraza əlavə edərək, məhkəməyə təqdim etdiyi müvafiq aliment ödəniş qəbzlərinin surətləri ilə təsdiq edir. Lakin hazırkı mülki iş üzrə iddiaçı qismində cəlb edilmiş X6 iddia ərizəsində bir sıra yanlış məlumatlar qeyd edərək, guya ki, onun aliment öhdəliyini icra etmədiyini məhkəmənin nəzərinə çatdırmışdır. Bununla da o, məhkəmə qarşısında onun barəsində yanlış təəssüratlar yaradaraq, onun barəsində xoşa gəlməz imic yaratmaq istəyir. Dəfələrlə iddiaçıdan övladlarının onun yanına göndərilməsini xahiş etsə də, qanuni müraciətləri və xahişləri cavabsız qalmışdır, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Övladlarını öz yanına çəkməkdə məqsədi onların qayğısına qalmaq, təhsilləri, gündəlik etik qaydalar, səhiyyəsi ilə məşğul olmaq, onların qayğısına qalmaq, onları cəmiyyətə yararlı bi övlad kimi böyütmək olmuşdur. Lakin iddiaçının cahil düşüncələri üzündən baş tutmamışdır. Odur ki, qeyd etdiklıərinə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə verdiyi etirazı müdafiə edərək, iddia tələbini qəbul etmədiyini, hazırda işlədiyi yerdən məhkəmənin qərarı ilə aliment tutulduğunu, əlavə gəlir və iş yerinin olmadığını, alimentin artırılmasına etiraz etdiyini, aliment artırılacağı təqdirdə həmin məbləği ödəmək imkanının olmayacağını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Masallı RİHB-nın Qızılağac ərazi vahidi üzrə Nümayəndəliyi tərəfindən 11.10.2010cu il tarixdə verilmiş AZ-İİ № 536346 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 08.09.2010-cu ildə Masallı rayon Qızılağac kəndində anadan olmuş, atası Cavabdeh, anası X2r. -Masallı RİHB-nın Qızılağac ərazi vahidi üzrə Nümayəndəliyi tərəfindən 12.12.2011ci il tarixdə verilmiş AZ-İİ № 802616 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 05.12.2011-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. -Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(002)-569/2020 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 30 avqust 2010-cu il tarixdə Masallı RİHB-nın Qızılağac ərazi nümayəndəliyində 38 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.12.2011-ci il təvəllüdlü X8 və 08.09.2010-cu il təvəllüdlü X7 iddiaçı X1 himayəsində və yanında saxlanılması, Cavabdeh 05.12.2011-ci il təvəllüdlü X8 və 08.09.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, aliment 21.01.2020-ci il tarixdən tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası DİN tərəfindən 09.12.2020-ci il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli BPQMİ-nin MAPS şöbəsi tərəfindən 17.06.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən təqdim edilən iş yerinə dair arayışdan görünür ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi üzrə operator, nəşrlərin səhifələnməsi vəzifəsində işləyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Cavabdeh ilə 30 avqust 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 05.12.2011-ci il təvəllüdlü X8 və 08.09.2010-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(002)-569/2020 saylı qətnaməsi ilə X6 ilə Cavabdeh arasında 30 avqust 2010-cu il tarixdə Masallı RİHB-nın Qızılağac ərazi nümayəndəliyində 38 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.12.2011-ci il təvəllüdlü X8 və 08.09.2010-cu il təvəllüdlü X7 iddiaçı X1 himayəsində və yanında saxlanılması, Cavabdeh 05.12.2011-ci il təvəllüdlü X8 və 08.09.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, aliment 21.01.2020-ci il tarixdən tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-596/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 08.09.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 180 (yüz səksən) manat və 05.12.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı alimentin artırılması barədə tələb irəli sürsə də, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra özünün ailə və ya maddi vəziyyətində dəyişiklik olması, eyni zamanda cavabdehin qazanc və gəlirlərində dəyişikliklərin olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh iş yerindən arayış təqdim edərək iş yerinin dəyişmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək, qanununvericiliyin qeyd edilən tələbini rəhbər tutub hesab edir ki, iddiaçı aliment tələb edərkən sübut etmək vəzifəsi onun üzərinə düşsə də, o buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1258/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1258/2021
17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver