Məhkəmə qərarları › İş №2(012)-1297/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1297/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1297/2023 28.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 550 manat məbləğində pulun, habelə dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində cavabdehlə avtomobilin kirayəsi müqaviləsi bağlayaraq, mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilini gündəlik 30 manat kirayə haqqı məbləğində sonuncunun istifadəsinə vermişdir. Həmin avtomobilin idarə edilməsinə dair etibarnamə və avtomobilin təhvil-təslimi aktla rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2022-ci ildə saat 22:00 radələrində həmin avtomobili idarə edərkən qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamamış və Bakı şəhəri Sabunçu rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə ziyan vurmuşdur. Cavabdeh barəsində həmin tarixdə İXP5068633 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh 40 manat cərimə edilmişdir. Cavabdeh avtomobilə vurduğu ziyanı boynuna almış və yazılı şəkildə ona 15 dekabr 2022-ci ilədək 300 manat ödəyəcəyini vəd etmişdir. Lakin cavabdeh vədinə əməl etməmiş, nə vurduğu ziyanı, nə də ki, inzibati cəriməni ödəməmşdir. Avtomobili özü təmir etdirmək və həmçinin inzibati cəriməyə görə avtomobilin cərimə meydançasına aparılmaması üçün cavabdehin cəriməsini də ödəmək məcburiyyətində qalmışdır. Bundan əlavə avtomobil 7 gün müddətində təmirdə olduğuna görə onu kirayəyə verə bilməmiş və buna görə də əldən çıxmış fayda məbləği 210 manat təşkil etmişdir. Hazırda cavabdehin ona 550 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh öhdəliklərini icra etməkdən imtina edir. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddiaçı ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili müqavilə əsasında kirayəyə götürmüşdür. xx.xx.2022-ci ildə saat 22:00 radələrində o həmin avtomobili idarə edərkən qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamamış və Bakı şəhəri Sabunçu rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilə ziyan vurmuşdur. İddiaçı təmir üçün ustaya 550 manat məbləğində pul xərcləmişdir. O, maşına 400 manat depozitə pul qoymuşdur. Odur ki, onun iddiaçıya dəymiş maddi ziyana görə 300 manat borcu vardır. Halhazırda birdəfəlik ödəniş etməyə maddi imkanı yoxdur, gələcəkdə hissə-hissə borcu ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli avtomobilin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən İddiaçı mülkiyyətində olan 2008-ci il buraxılışlı, “Toyota Prius” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilini hər günə kirayə haqqı 30 manat olmaqla kirayəçi Cavabdeh kirayəyə vermişdir. İş materiallarında olan Sabunçu DYPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 30 noyabr 2022-ci il tarixində yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı məxsus “Toyota Prius” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir və İddiaçı 300 manat borcu vardır. Borcunu 15 dekabr tarixinə kimi ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli avtomobilin kirayə müqaviləsinə əsasən, kirayəyə verən İddiaçı mülkiyyətində olan 2008-ci il buraxılışlı, “Toyota Prius” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilini hər günə kirayə haqqı 30 manat olmaqla kirayəçi Cavabdeh kirayəyə vermişdir. İş materiallarında olan Sabunçu DYPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokola əsasən, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Cavabdeh tərəfindən 30 noyabr 2022-ci il tarixində yazılmış və imzalanmış qəbzdən göründüyü kimi o, İddiaçı məxsus “Toyota Prius” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir və İddiaçı 300 manat borcu vardır. Cavabdehin iddiaçıya 300 manat borcunun olması faktı Cavabdeh məhkəmədə verdiyi izahat ilə də öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, Cavabdeh 300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Bundan əlavə Cavabdeh törətmiş olduğu inzibati xətaya görə sonuncu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən hesablanmış 40 manat cərimənin iddiaçı tərəfindən ödənilməsi və 210 manat məbləğində əldən çıxmış fayda ilə bağlı iddiaçı tərəfindəm məhkəməyə sübutlar təqdim edmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 16,40 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 300 manat məbləğində pul və 16,40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar