Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1300/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 25 noyabr 2013-cü il tarixində İddiaçı yaxınlaşaraq uşağının müalicəsi üçün 10000 (on min) manat borc pul istəmişdir. İddiaçı ondan bu pulu necə qaytaracağını soruşduqda cavabdeh cavab olaraq Xırdalanda olan evlərini satıb, satılan kimi borc pulu qaytaracağına söz vermişdir. O da cavabdehin səmimiliyinə inanaraq qonşusu X1 yanında 25 noyabr 2013-cü il tarixində 10000 (on min) manat pulu Cavabdeh borc vermişdir. Bir müddət keçdikdən sonra əlaqə saxlayaraq pul barəsində soruşduqda, ona hələ evin satılmadığını bildirmiş və pulu qaytaracağını, narahat qalmamasını bildirmişdir. Sonradan Cavabdeh həmin evi satmış və ondan aldığı 10000 (on min) manat borc pulu qaytarmamışdır. Dəfələrlə əlaqə saxlamağına baxmayaraq Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmamışdır.. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Qeyd etdi ki, iddiaçı ona iddia tələbində qeyd olunduğu məbləğdə deyil, 3000 (üç min) manat başqa şəxsdən faizi ilə qaytarmaq şərti ilə vermişdir. İddiaçı pulu verərkən yanlarında heç kim olmamışdır, işlədiyi mağazada vermişdir. Hazırda maddi vəziyyəti aşağıdır. Aldığı 3000 (üç min) manat borcu hissə-hissə qaytara bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur, cavabdehin xalasını tanıyır. Cavabdeh uşağı xəstə olduğundan onu müalicəyə aparmaq üçün iddiaçıdan 10000 manat pul istəmişdir. İddiaçı mağazada onun yanında cavabdehə 10000 manat pul vermişdir. Həmin vaxt cavabdeh pulu qaytaracağına söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur, cavabdeh də onlarla qonşuluqda qalır. İddiaçının mağazası vardır. Həmin mağazadan bütün qoşular kimi o da lazım olanları alır, tez-tez gedib gəlir. Cavabdeh iddiaçıdan 10000 manat istədiyi vaxt mağazada olmuşdur. Cavabdeh uşağı xəstə olduğundan ağlayaraq iddiaçıdan 10000 manat pul istəmişdir. Evini satıb borcu qaytaracağını bildirmişdir. İddiaçı onun yanında həmin pulu vermişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını, şahidlərin ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 10 000 manat borc verdiyini bildirsə də, bunu təsdiq edən yazılı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin izahatından isə iddiaçı tərəfindən ona 3000 manat borc verməsi etiraf olunmuşdur.Şahidlərin ifadələri iş materialları ilə təkzib olunduğundan sübut kimi qiymətləndirilə bilməz. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilən hissəsinə mütənasib olaraq 80 manat məbləğində dövlət rüsumuna görə pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1300/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1300/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver