Məhkəmə qərarları › İş №2(012)-1310/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1310/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1310/2022 31.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" KB ASC-nin xeyrinə 303 manat əsas, 6.52 manat faiz, cəmi 309.52 manat borcun və 30.40 manat dövlət rüsumuna görə ödənmiş pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1310/2022 tarixli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı “X8” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə mübahisələr ödənilməsi tələbinə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kreditor "xxxx" KB ASC ilə borclu-mərhum X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 360.91 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X2 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu 1 saylı Notariat ofisinə məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu 1 saylı Notariat ofisinin cavab məktubu ilə X2 vəfat etməsi ilə əlaqədar cavabdeh - vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borclu-mərhum X3 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 303 manat əsas, 6.52 manat faiz borcu, cəmi 309.52 manat borcu yaranmışdır.Ədliyyə Nazirliyi Abşeron rayonu 1 saylı Notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan gğründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 borclu-mərhum X3 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olub. Cavabdeh – vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda, öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş olunur. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdeh-vərəsələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında məhkəmə iclasında iştirak edən Cavabdeh1 X2 arvadı olduğunu, artıq uzun bir müddət keçdiyini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi və iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" KB ASC ilə X7 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 2356tkFİL8/14 saylı Kredit xətti və Bank Hesabı müqaviləsinin surətindən müəyyən edilir ki, bank X4 84 ay müddətinə, xx.xx.2021-cı il tarixinədək illik 30 % olmaq şərtilə 500 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 303 manat əsas, 6.52 manat faiz borcu, cəmi 309.52 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh X5 borcu 3 iş günü müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Abşeron rayon Fatmayı kən İƏD üzrə nümayəndiliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 795013 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə kəskin miokard infaktı səbəbindən Abşeron rayonu, Fatmayı kəndində vəfat etmişdir. xx.xx.2021-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanlanmış məktubda qeyd olunmuşdur ki, vətəndaşlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2016-cı ildə vəfat etmiş X1 miras qalmış Abşeron rayonu, fatmayı kəndi, Cəlil Cavadov küçəsi 4-cü döngə, ev 14 tam və 0.10 ha ümumi birgə torpaq sahəsində payına düşən hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar yazılı müraciətləri əsasında Abşeron rayonu 1 saylı notariar kontorunda xx.xx.2016-cı il tarixdə vərəsəlik işi açılmışdır. Lakin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cu maddəsinə görə Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X7 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, borclu vəfat etdiyindən müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirə bilməmişdir.Borcluudan miras əmlak miras qalmış Abşeron rayonu, fatmayı kəndi, Cəlil Cavadov küçəsi 4-cü döngə, ev 14 tam və 0.10 ha ümumi birgə torpaq sahəsində payına düşən hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar yazılı müraciətləri əsasında Abşeron rayonu 1 saylı notariar kontorunda xx.xx.2016-cı il tarixdə vərəsəlik işi açılmışdır. Lakin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.Vərəsələr mirası faktiki qəbul etdiklərindən mirasqoyanın borclarını onlara düşən pay miqdarında icra etməlidirlər.Odur ki, cavabdeh X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia olunan 303 manat əsas borc, 6.52 manat fazi borcu olmaqla, cəmi 309.52 manat məbləğində pulu hər birinin payı bərabər olmaqla, yəni hər birinin payı 77,38 manat olmaqla onlardan alınaraq iddiaçı "xxxx" KB ASC-yə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə biitir, müqavilə müddəti bitəndən sonra üç il müddətində iddia qaldırıla bilər,həmin müddət isə keçməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 hər birinin payı 77,38 manat olmaqla cəmisi 303 manat əsas, 6.52 manat faiz borcu olmaqla, cəmi 309.52 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 manat ( hər birindən 7,5manat) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar