Məhkəmə qərarları › İş №2(012)-1321/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1321/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1321/2022 08.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İmamvedi qızına qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh İmamvedi qızına qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq, işi baxılmamış saxlayaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslini, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçı "xxxx" MMC-nin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı "xxxx" MMC-nin 17.12.202-ci il tarixdə ********* saylı qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı “"xxxx" MMC-yə qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" MMC-nin 17.12.2021-ci il tarixdə ********* saylı qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar