Məhkəmə qərarları › İş №2(012)-1324/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1324/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1324/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 62.400 manat (40.320 manat + 22.080 manat) məbləğində zərərin, habelə 40.320 manat pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün (23.02.2019-cu il tarixdən məhkəmə qərarı icra olunan qünədək) illik 5 faizin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08.09.2016-cı il tarixdə 146 saylı müqavilə bağlanaraq Cavabdeh varisi olduğu "xxxx" MMC ilə əvvəllər X8 arasında bağlanmış 10.07.2016-cı il tarixli, 113 saylı müqaviləyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan 3 otaqdan ibarət 47 saylı mənzilinin iddiaçıya ayrılması razılaşdırılmışdır. Mənzilin ilkin payçısı N.M.Muradovun mənzilin pay hesabına ödədiyi məbləğ sonuncu ilə razılaşmaya və kooperativin razılığına əsasən N.M.Muradovun hüquqi varisi kimi iddiaçının adına rəsmiləşdirilmişdir. 08.09.2016-cı il tarixli müqavilədə əvvəlki müqavilə bağlanan anda mənzilin ümumi dəyəri 30.720 manat məbləğində müəyyən edildiyi, yəni hər 1 (bir) kv.m sahənin dəyəri 320 manat təşkil etdiyi göstərilmiş, lakin kooperativin ümumi yığıncağının qərarına əsasən hər 1 (bir) kv.m sahənin dəyəri 100 manat məbləğində artırıldığından 96 kv.m sahəli mənzil üçün iddiaçı əvvəlki məbləğin N.M.Muradov tərəfindən ödənilməyən hissəsi ilə bərabər əlavə 9.600 manatın ödənilməsini öhdəsinə götürmüşdür. Bu müqaviləyə müvafiq olaraq iddiaçı tərəfindən 08.09.2016-cı il tarixdən 23.02.2019-cu ıl tarixədək Cavabdehnə 19.103 manat ödənilmişdir (08.09.2016-cı il tarixdə 187 saylı qəbzlə 1.500 manat; 18.10.2016-cı il tarixdə 229 saylı qəbzlə 1.500 manat; 13.12.2016-cı il tarixdə 253 saylı qəbzlə 1.000 manat; 07.03.2017-ci il tarixdə 383 saylı qəbzlə 1.000 manat; 13.05.2017-ci il tarixdə 453 saylı qəbzlə 1.000 manat; 19.08.2017-ci il tarixdə 530 saylı qəbzlə 500 manat; 28.10.2017-ci il tarixdə 598 saylı qəbzlə 1.000 manat; 25.11.2017-ci il tarixdə 633 saylı qəbzlə 1.000 manat; 26.01.2018-ci il tarixdə 689 saylı qəbzlə 1.000 manat; 06.03.18-ci il tarixdə 737 saylı qəbzlə 1.000 manat; 22.04.2018-ci il tarixdə 770 saylı qəbzlə 1.000 manat; 02.06.2018-ci il tarixdə 807 saylı qəbzlə 600 manat; 21.07.2018-ci il tarixdə 841 saylı qəbzlə 1.000 manat; 01.09.2018-ci il tarixdə 873 saylı qəbzlə 1.000 manat; 30.10.2018-ci il tarixdə 618569 saylı qəbzlə 500 manat; 24.11.2018-ci il tarixdə 675413 saylı qəbzlə 1000 manat; 05.01.2019-cu il tarixdə 0028 saylı qəbzlə 1.000 manat; 26.12.2018-ci il tarixdə 0024 saylı qəbzlə 1.000 manat; 23.02.2019-cu il tarixdə PS00-000018 saylı qəbzlə 1.503 manat). 05.01.18-ci il tarixdə iddiaçı ilə Cavabdeh rəhbərliyi arasında yeni müqavilə bağlanmış və 47 saylı mənzilin inşa edilən yaşayış binasının artıq 13-cü mərtəbəsində yerləşdiyi göstərilmişdir. 23.02.19-cu il tarixdə Cavabdeh tərəfindən iddiaçının adına verilmiş maliyyə arayışında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının "xxxx" MMCnin hüquqi varisi olan Cavabdehnə məxsus olduğu, həmin binanın 2-ci blokun 13-cü mərtəbəsindəki ümumi sahəsi 96 kv.m olan 3 otaqlı 47 saylı mənzilin 40.320 manat məbləğində dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi və iddiaçının Mənzil tikinti kooperativinə heç bir borcu olmadığı rəsmi təsdiq edilmişdir. Həmin arayışı aldıqdan sonra iddiaçı Cavabdeh sədri X3 müraciət edərək pay haqqını tam ödədiyi mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Lakin E.T.Səməndərov müxtəlif bəhanələr gətirərək bu məsələnin həllindən yayınmağa çalışmış, mənzili iddiaçıya təhvil verməmiş və nəhayət iddiaçıya məlum olmuşdur ki, həmin mənzili başqa şəxsə satmışdır. Belə ki, Cavabdeh sədri E.T.Səməndərovla Ə.H.Əliyev arasında bağlanmış 23.09.2020-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 47 saylı mənzili Ə.H.Əliyevə satılmış və sonuncunun adına verilmiş 23.09.2020-ci il tarixli maliyyə arayışına görə onun tərəfindən 62.400 manat həmin mənzilin dəyəri olaraq Cavabdehnə ödənilmişdir. Mənzil üçün ödədiyi pulu iddiaçıya qaytarmaqdan imtina edən və özünə bəraət qazandırmaq istəyən E.T.Səməndərov həmin ünvanda tikilən digər binadan iddiaçıya mənzil verəcəyini vəd etmiş, lakin sonra bundan da imtina etmişdir. E.T.Səməndərovun hərəkətləri belə nəticəyə gəlməyə əsas verir ki, o tikdiyi binadakı mənzili iddiaçıya vermək niyyətində olmamış, iddiaçının pullarını alaraq onlardan gəlir əldə etmək üçün istifadə etmişdir. Cavabdeh ilə bağlanmış 05.01.2018-ci il tarixli müqavilənin 2-ci və 4cü maddələrində kooperativin mənzili təhvil vermək, payçının isə onu qəbul etmək öhdəlikləri nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmiş, bunu cavabdeh özü də təsdiq etmişdir. Lakin, Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil verməkdən imtina edərək, üzərinə götürmüş öhdəliyin icrasından birtərəfli imtina etmiş və bununla da iddiaçıya zərər vurmuşdur. Cavabdehnə iddiaçı tərəfimdən ümumi sahəsi 96 kv.m olan mənzil üçün 40.320 manat ödənilmişdir. Cavabdehin mənzili iddiaçıya təhvil verməkdən imtinası nəticəsində iddiaçı özünə başqa mənzil almaq məcburiyyətindədir. Lakin cavabdehin özünün hazırda inşa etdiyi başqa binalardakı mənzillərin dəyəri hər 1 (bir) kv.m sahə üçün artıq 650 manatdan hesablanır və yuxarıda qeyd edilmiş müqaviləyə əsasən iddiaçı tərəfindən məhz bu qiymət əsas götürülərək müqavilələr bağlanır. Belə olan halda iddiaçı mülkiyyət və yaşayış sahəsinə pozulmuş konstitusion hüquqlarının bərpası məqsədi ilə qonşu binadan ümumi sahəsi 96 kv.m olan yeni mənzilin alınması üçün cavabdehə 22.080 manat əlavə olaraq, cəmi 62.400 manat ödəməlidir. Göründüyü kimi, Cavabdeh ilə bağlanmış müqavilənin cavabdeh tərəfindən pozulması iddiaçıya 62.400 manat (40.320 manat + 22.080 manat) məbləğində zərər vurmuş və bu zərər Cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də 23.02.2019-cu il tarixdən cavabdehin özündə saxladığı və iddiaçıya qaytarmaqdan imtina etdiyi 40.320 manat məbləğində vəsaitdən gecikdirilmiş vaxt üçün illik 5 faizin məhkəmə qərarı icra olunan günədək Cavabdehndən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X9 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi İsmayılov Samir Şahid oğlu iddiaya etiraz hazırlamaq üçün vaxt verilməsini məhkəmədən xahiş etsə də, məhkəmənin sonrakı iclaslarında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkili X6 izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 08 sentyabr 2016-cı il tarixli, 116 №-li saylı müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh ilə “Payçı” X8 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 3 otaqdan ibarət 47 №-li mənzili “İcraçı” “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul öz öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kvadrat metr üçün 320 manat təşkil edir və cəmi 30.720 manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən kooperativin ümumi yığıncağının qərarı ilə bir kvadrat metr sahə üçün əlavə 100 manat məbləğində artırılmaqla, sahəsi 96 kv.m olan mənzil üçün hazırda cəmi 9.600 manat təşkil edir. Mülki işin materiallarında olan 05 yanvar 2019-cu il tarixli, 74 №-li saylı mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh ilə “Payçı” İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 3 otaqdan ibarət 47 №-li mənzili “İcraçı” “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul öz öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 420 manat təşkil edir və cəmi 40.320 manat ödənilməlidir. Mülki işin materiallarında olan 23 fevral 2019-cu il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 5 bloklu 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan 3 otaqdan ibarət 47 №-li mənzilin dəyəri olan 40.320 manatı "xxxx" MTK-ya ödəmişdir. Mülki işin materiallarında olan 23 sentyabr 2020-ci il tarixli saylı mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh ilə “Payçı” X5 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 2 otaqdan ibarət 47 №-li mənzili “İcraçı” “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 650 manat təşkil edir. Sahəsi 96 kv.m olan mənzil üçün cəmi 62.400 manat ödənilməlidir. Mülki işin materiallarında olan 23 sentyabr 2020-cu il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, X1 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 5 bloklu 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan 2 otaqdan ibarət 47 №-li mənzilin dəyəri olan 62.400 manatı "xxxx" MTK-ya ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 08.09.2016-cı il tarixdə 146 saylı müqavilə bağlanaraq Cavabdeh varisi olduğu "xxxx" MMC ilə əvvəllər X8 arasında bağlanmış 10.07.2016-cı il tarixli, 113 saylı müqaviləyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan 3 otaqdan ibarət 47 saylı mənzilinin iddiaçıya ayrılması razılaşdırılmışdır. Mənzilin ilkin payçısı N.M.Muradovun mənzilin pay hesabına ödədiyi məbləğ sonuncu ilə razılaşmaya və kooperativin razılığına əsasən N.M.Muradovun hüquqi varisi kimi iddiaçının adına rəsmiləşdirilmişdir. 08.09.2016-cı il tarixli müqavilədə əvvəlki müqavilə bağlanan anda mənzilin ümumi dəyəri 30.720 manat məbləğində müəyyən edildiyi, yəni hər 1 (bir) kv.m sahənin dəyəri 320 manat təşkil etdiyi göstərilmiş, lakin kooperativin ümumi yığıncağının qərarına əsasən hər 1 (bir) kv.m sahənin dəyəri 100 manat məbləğində artırıldığından 96 kv.m sahəli mənzil üçün iddiaçı əvvəlki məbləğin N.M.Muradov tərəfindən ödənilməyən hissəsi ilə bərabər əlavə 9.600 manatın ödənilməsini öhdəsinə götürmüşdür. Bu müqaviləyə müvafiq olaraq iddiaçı tərəfindən 08.09.2016-cı il tarixdən 23.02.2019-cu ıl tarixədək Cavabdehnə 19.103 manat ödənilmişdir İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən icraçı Cavabdeh payçı İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 3 otaqdan ibarət 47 №-li mənzili verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və tam dəyərini ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 96 kv.metr olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kv.m-nin qiyməti 420 manat olmaqla, ümumi dəyəri olan 40.320 manat payçı tərəfindən Cavabdehnə tam ödənilmişdir.Yəni iddiaçının mənzilə görə borcu tam olaraq bağlanmışdır. Eyni zamanda, müəyyən edilir ki, X5 ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-cu il tarixli müqaviləyə əsasən icraçı Cavabdeh payçı X4 iddiaçıya məxsus olan mənzil üzrə, yəni Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 2 otaqdan ibarət 47 №-li mənzili verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və tam dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh qeyd olunan mənzil ilə bağlı iddiaçı ilə 05.01.2019-cu il tarixdə müqavilə bağladıqdan sonra, həmin mənzil ilə bağlı 23.09.2020-ci il tarixdə X5 ilə də müqavilə bağlamış, öhdəliyin icrasından boyun qaçırmaqla iddiaçıya ziyan vurmuşdur.İddiaçının izahatına görə cavabdeh tərəfindən bununla bağlı ona başqa mənzil sahəsi veriləcəyi bildirilsə də, cavabdeh vədinə əməl etmədiyindən məhkəməyə müraciət etməli olmuşdur.İddiaçının izahatına görə tərəflər arasında mübahisəli mənzilə dair müqavilə cavabdeh tərəfindən ləğv edilmişdir. Cavabdeh tərəf isə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və sübutlarını təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə cavabdehə ödənilmiş olan 40.320 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 22.080 manat maddi zərərin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, həmin məbləğ qeyd edilən mənzilin 2019-cu ildən sonra hazırkı dəyəri arasında olan fərqi təşkil edən məbləğdir.Bu halda iddiaçı ziyan tələb edə bilər ki, göründüyü kimi iddiaçının ziyan tələbi də mövcuddur.Ona görə də, məhkəmə hesab edir ki, iddia 22.080 manat maddi zərər hissəsində əsassızdır və təmin edilməməldir. İiddia tələbinin mənzilə görə ödənilmiş 40 320 manat pulun qaytarılmasını gecikdirməyə görə illik 5% Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, 23 fevral 2019-cu il tarixdən iddiaçıya məxsus 40.320 manat məbləğində pulun əslində 9600 manat hissəsini cavabdeh MTK-ya ödəmiş, qalan məbləği isə iddiaçı mənzilin əvvəlki sahibi Nicat Muradova ödədiyindən iddiaçıya məxsus 9600manat məbləğində pul cavabdehin qanunsuz istifadəsində qalmış hesab edilməlidir.Həmin müddət 23 fevral 2019-cu il tarixdən iş üzrə qətnamə qəbul olunan günədək, yəni 12 iyul 2021-ci il tarixədək 2il, 4 ay, 19 gün üçün hesablanmalı, 9600 manatın bir ay üçün 5%-i 40 manat təşkil edirsə, 28 ay, 19 gün üçün həmin məbləğ 1140 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə də iddia qismən təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2019-cu il tarixli, 74 №-li saylı mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 40.320 manat məbləğində pul və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1140 manat olmaqla, cəmi 41.460 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsusmunun 20 manatı da cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 40.320 manat məbləğində mənzilə görə ödənilmiş pul və illik beş faizlə hesablanmış 1140 manat olmaqla, cəmi 41.460 (qırx bir min dörd yüz altmış) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar