Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1325/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Çaynik Gorenje, mini soba Hoffmann, ütü Gorenje üçün 324,60 manat ödənilməmiş hissə, 32,40 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********38069 Samsung Galaxy A10s markalı telefon üçün 462,60 manat ödənilməmiş hissə, 46,40 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********97886 Blackview A80 markalı telefon üçün 302,40 manat ödənilməmiş hissə, 30,60 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 20 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə 1219 manat borc və ödənilmiş dövlət rüsumuna görə 32,19 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli müqavilələrə əsasən, Çaynik Gorenje, mini soba Hoffmann, ütü Gorenje, İMEİ Kodu **********38069 Samsung Galaxy A10s markalı telefon, İMEİ Kodu **********97886 Blackview A80 markalı telefon və Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ almış və 1219 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 324,60 manat olan Çaynik Gorenje, mini soba Hoffmann, ütü Gorenje üçün 324,60 manat ödənilməmiş hissə, 32,40 manat dəbbə pulu, alqı-satqı qiyməti 462,60 manat olan İMEİ Kodu **********38069 Samsung Galaxy A10s markalı telefon üçün 462,60 manat ödənilməmiş hissə, 46,40 manat dəbbə pulu, alqı-satqı qiyməti 302,40 manat olan İMEİ Kodu **********97886 Blackview A80 markalı telefon üçün 302,40 manat ödənilməmiş hissə, 30,60 manat dəbbə pulu və alqı-satqı qiyməti 21 manat olan Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 20 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə 1219 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 21280719 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Çaynik Gorenje, mini soba Hoffmann, ütü Gorenje almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22025926 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********38069 Samsung Galaxy A10s markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22064969 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********97886 Blackview A80 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22065101 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında 20 dekabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Çaynik Gorenje, mini soba Hoffmann, ütü Gorenje üçün Cavabdehnun 324,60 manat ödənilməmiş məbləğ və 32,40 manat dəbbə pulu, İMEİ Kodu **********38069 Samsung Galaxy A10s markalı telefon üçün 462,60 manat ödənilməmiş hissə, 46,40 manat dəbbə pulu İMEİ Kodu **********97886 Blackview A80 markalı telefon üçün 302,40 manat ödənilməmiş hissə, 30,60 manat dəbbə pulu və Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 20 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla ümumilikdə 1219 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 21280719 saylı, xx.xx.2020-ci il tarixli, 22025926 saylı, xx.xx.2020-ci il tarixli, 22064969 saylı və xx.xx.2020-ci il tarixli, 22065101 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2020-ci il tarixli, 21280719 saylı, xx.xx.2020-ci il tarixli, 22025926 saylı, xx.xx.2020-ci il tarixli, 22064969 saylı və xx.xx.2020-ci il tarixli, 22065101 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 32,19 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, 21280719 saylı müqaviləyə əsasən, Çaynik Gorenje, mini soba Hoffmann, ütü Gorenje üçün 324,60 manat ödənilməmiş hissə, 32,40 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 22025926 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********38069 Samsung Galaxy A10s markalı telefon üçün 462,60 manat ödənilməmiş hissə, 46,40 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 22064969 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********97886 Blackview A80 markalı telefon üçün 302,40 manat ödənilməmiş hissə, 30,60 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli, 22065101 saylı müqaviləyə əsasən, Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 20 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə 1219 manat borc və dövlət rüsumu kimi ödənilmiş 32,19 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1325/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1325/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver