Məhkəmə qərarları › İş №2(012)-1327/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1327/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1327/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh Qasımova (Əzizli) Zeynəb Surxay qızına qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Qasımova (Əzizli) Zeynəb Surxay qızına qarşı pul tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 20.07.2019-cu il tarixli 00794594 saylı müqavilə üzrə 45.6 manat əsas, 4.4 manat cərimə, 05.08.2019-cu il tarixli 00825349 saylı müqavilə üzrə 135 manat əsas, 13 manat cərimə, 03.09.2019-cu il tarixli 00886803 saylı müqavilə üzrə 524 manat əsas, 52 manat cərimə, 25.10.2019-cu il tarixli 01005165 saylı müqavilə üzrə 100 manat əsas, 10 manat cərimə, 05.12.2019-cu il tarixli 01101107 saylı müqavilə üzrə 30 manat əsas, 3 manat cərimə, 31.12.2019-cu il tarixli 01181974 saylı müqavilə üzrə 450 manat əsas, 45 manat cərimə, 14.01.2020-ci il tarixli 20036824 saylı müqavilə üzrə 498.9 manat əsas, 49 manat cərimə, 12.03.2020-ci il tarixli 20170785 saylı müqavilə üzrə 1050 manat əsas, 105.1 manat cərimə olmaqla cəmi 3115 manat borc və 51.15 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 20.07.2019-cu il tarixli 00794594 saylı, 05.08.2019-cu il tarixli 00825349 saylı, 03.09.2019-cu il tarixli 00886803 saylı, 25.10.2019-cu il tarixli 01005165 saylı, 05.12.2019-cu il tarixli 01101107 saylı, 31.12.2019-cu il tarixli 01181974 saylı, 14.01.2020-ci il tarixli 20036824 saylı, 12.03.2020-ci il tarixli 20170785 saylı müqavilələrə əsasən, Casio saat, Apple qulaqlıq, Acer Aspire notebook, Samsung Galaxy A50 markalı, Hoffman T110 markalı, Samsung Galaxy A40 markalı telefonlar, Acer Extensa notebook, Sony Playstation-4 almış və nəticədə, 3115 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 20.07.2019-cu il tarixli 00794594 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 150 manat (12 ay x 12 manat + 6 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 50 manat olmaqla ondan, 45.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 4.4 manat dəbbə, 05.08.2019-cu il tarixli 00825349 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 540 manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 148 manat olmaqla ondan, 135 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 13 manat dəbbə, 03.09.2019-cu il tarixli 00886803 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1056 manat (12 ay x 88 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 576 manat olmaqla ondan, 524 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 52 manat dəbbə, 25.10.2019-cu il tarixli 01005165 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 600 manat (6 ay x 100 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 110 manat olmaqla ondan, 100 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 10 manat dəbbə, 05.12.2019cu il tarixli 01101107 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 60 manat (6 ay x 10 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 33 manat olmaqla ondan, 30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 3 manat dəbbə, 31.12.2019-cu il tarixli 01181974 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 546 manat (12 ay x 45 manat + 6 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 495 manat olmaqla ondan, 450 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 45 manat dəbbə, 14.01.2020-ci il tarixli 20036824 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 598.8 manat (12 ay x 49.9 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 547.9 manat olmaqla ondan, 498.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 49 manat dəbbə, 12.03.2020-ci il tarixli 20170785 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1050 manat (12 ay x 87.5 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 1155.1 manat olmaqla ondan, 1050 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 105.1 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1767.3 manat təşkil edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 17.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 18.01.2022-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 20.07.2019-cu il tarixli 00794594 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 01.09.2019-cu il tarixdən 01.08.2020-ci il tarixədək hər ay 12 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 05.08.2019-cu il tarixli 00825349 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 13.09.2019-cu il tarixdən 13.08.2020-ci il tarixədək hər ay 45 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.09.2019-cu il tarixli 00886803 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 16.10.2019-cu il tarixdən 16.09.2020-ci il tarixədək hər ay 88 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.10.2019-cu il tarixli 01005165 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 30.11.2019-cu il tarixdən 30.04.2020-ci il tarixədək hər ay 100 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli 01101107 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 05.01.2020-ci il tarixdən 05.06.2020-ci il tarixədək hər ay 10 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 31.12.2019-cu il tarixli 01181974 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 31.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək hər ay 45.0 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 14.01.2020-ci il tarixli 20036824 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 25.02.2020-ci il tarixdən 25.01.2021-ci il tarixədək hər ay 49.9 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli 20170785 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 25.04.2020-ci il tarixdən 25.03.2021-ci il tarixədək hər ay 87.5 manat ödəniş etmək şərti ilə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, alıcı müqavilələr üzrə əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş 15.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 20.07.2019-cu il tarixli 00794594 saylı müqavilə üzrə 45.6 manat əsas, 4.4 manat cərimə, 05.08.2019-cu il tarixli 00825349 saylı müqavilə üzrə 135 manat əsas, 13 manat cərimə, 03.09.2019-cu il tarixli 00886803 saylı müqavilə üzrə 524 manat əsas, 52 manat cərimə, 25.10.2019-cu il tarixli 01005165 saylı müqavilə üzrə 100 manat əsas, 10 manat cərimə, 05.12.2019-cu il tarixli 01101107 saylı müqavilə üzrə 30 manat əsas, 3 manat cərimə, 31.12.2019-cu il tarixli 01181974 saylı müqavilə üzrə 450 manat əsas, 45 manat cərimə, 14.01.2020-ci il tarixli 20036824 saylı müqavilə üzrə 498.9 manat əsas, 49 manat cərimə, 12.03.2020-ci il tarixli 20170785 saylı müqavilə üzrə 1050 manat əsas, 105.1 manat cərimə olmaqla cəmi 3115 manat borc hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli arayışdan görünür ki, X1 rayonu Xırdalan şəhəri məhəllə 28, 16 saylı evin 93 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, cavabdeh Qasımova (Əzizli) Zeynəb Surxay qızı iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər səkkiz müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 20.07.2019-cu il tarixli 00794594 saylı müqavilə üzrə 45.6 manat əsas, 4.4 manat cərimə, 05.08.2019-cu il tarixli 00825349 saylı müqavilə üzrə 135 manat əsas, 13 manat cərimə, 25.10.2019-cu il tarixli 01005165 saylı müqavilə üzrə 100 manat əsas, 10 manat cərimə, 05.12.2019-cu il tarixli 01101107 saylı müqavilə üzrə 30 manat əsas, 3 manat cərimə borclarının saxlanılmaqla, 03.09.2019-cu il tarixli 00886803 saylı müqaviləyə əsasən 524 manat ödənilməmiş hissə üzrə hesablanmış 52 manat, 31.12.2019-cu il tarixli 01181974 saylı müqaviləyə əsasən 450 manat ödənilməmiş hissə üzrə hesablanmış 45 manat, 14.01.2020-ci il tarixli 20036824 saylı müqaviləyə əsasən 498.9 manat ödənilməmiş hissə üzrə hesablanmış 49 manat, 12.03.2020-ci il tarixli 20170785 saylı müqaviləyə əsasən 1050 manat ödənilməmiş hissə üzrə hesablanmış 105.1 manat cərimələrin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 51.15 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, cavabdeh Qasımova (Əzizli) Zeynəb Surxay qızından 20.07.2019-cu il tarixli 00794594 saylı müqavilə üzrə 45.6 manat əsas, 4.4 manat cərimə, 05.08.2019-cu il tarixli 00825349 saylı müqavilə üzrə 135 manat əsas, 13 manat cərimə, 03.09.2019-cu il tarixli 00886803 saylı müqavilə üzrə 524 manat əsas, 10 manat cərimə, 25.10.2019-cu il tarixli 01005165 saylı müqavilə üzrə 100 manat əsas, 10 manat cərimə, 05.12.2019-cu il tarixli 01101107 saylı müqavilə üzrə 30 manat əsas, 3 manat cərimə, 31.12.2019-cu il tarixli 01181974 saylı müqavilə üzrə 450 manat əsas, 10 manat cərimə, 14.01.2020-ci il tarixli 20036824 saylı müqavilə üzrə 498.9 manat əsas, 10 manat cərimə, 12.03.2020-ci il tarixli 20170785 saylı müqavilə üzrə 1050 manat əsas, 10 manat cərimə olmaqla ümumilikdə, cəmi 2903.9 manat borc və 51.15 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Cavabdeh Qasımova (Əzizli) Zeynəb Surxay qızından 20.07.2019-cu il tarixli 00794594 saylı müqavilə üzrə 45.6 (qırx beş manat altmış qəpik) manat əsas, 4.4 (dörd manat qırx qəpik) manat cərimə, 05.08.2019-cu il tarixli 00825349 saylı müqavilə üzrə 135 (yüz otuz beş) manat əsas, 13 (on üç) manat cərimə, 03.09.2019-cu il tarixli 00886803 saylı müqavilə üzrə 524 (beş yüz iyirmi dörd) manat əsas, 10 (on) manat cərimə, 25.10.2019-cu il tarixli 01005165 saylı müqavilə üzrə 100 (yüz) manat əsas, 10 (on) manat cərimə, 05.12.2019-cu il tarixli 01101107 saylı müqavilə üzrə 30 (otuz) manat əsas, 3 (üç) manat cərimə, 31.12.2019-cu il tarixli 01181974 saylı müqavilə üzrə 450 (dörd yüz əlli) manat əsas, 10 (on) manat cərimə, 14.01.2020-ci il tarixli 20036824 saylı müqavilə üzrə 498.9 (dörd yüz doxsan səkkiz manat doxsan qəpik) manat əsas, 10 (on) manat cərimə, 12.03.2020-ci il tarixli 20170785 saylı müqavilə üzrə 1050 (min əlli) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 2903.9 (iki min doqquz yüz üç manat doxsan qəpik) manat borc və 51.15 (əlli bir manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar