Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1329/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin noyabr-dekabr aylarında tanışı Cavabdeh borc kimi verdiyi 2000 manat pulun, 6000 manat dəyərində qızıl-zinət əşyalarının və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul olmaqla, cəmi 8030 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh borc kimi verdiyi 4150 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul olmaqla, cəmi 4180 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, paltar mağazası açmış, cavabdeh iCavabdeh sə tez-tez Türkiyəyə gedərək mal gətirmişdir. 2018-ci ilin noyabrdekabr aylarında o, Cavabdeh 2000 manat pul və özünə məxsus 6000 manat dəyərində qızıl-zinyət əşyalarını bir ay müddətinə borc kimi vermişdir. Cavabdeh isə hər ay 200 ABŞ dolları məbləğində pulu ona ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra o, dəfələrlə Cavabdeh zəng edib qızıllarını və pullarını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. Faktla əlaqədar Abşeron RPİ TŞ-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış və ona izah edilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsin. Həmçinin 2019-cu ildə Abşeron RPİ Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı Cavabdeh etiraf etmişdir ki, ondan 2000 manat borc pul və 2150 manat dəyərində qızıl-zinyət əşyaları almışdır. Cavabdeh dəfələrlə üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və işi uzatmışdır. Onun da maddi vəziyyəti aşağı olduğundan və pula ehtiyacı olduğundan borc tələbinin miqdarını azaldaraq 4150 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini istəmişdir. Odur ki, o, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 30 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq 22.11.2019-cu il tarixində tərtib edilmiş izahatdan görünür ki, Aygün ona üst-üstə 2000 manat pulu 15%-lə verdi. Bundan sonra Aygün ona 2150 manat dəyərində qızıl-zinyət əşyaları verdi ki, lombarda qoyaraq pul götürsün. Məhkəmə iddiaçını və onun vəkili-nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Cavabdeh 2000 manat pulu və 2150 manat dəyərində qızıl-zinyət əşyalarını İddiaçı alması faktı cavabedehin özünün imzaladığı izahatında təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, 4150 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə görə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4150 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, cəmi 4180 manat məbləğində pul alınaraq İddiaçı qaytarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1329/2021
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1329/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver