Məhkəmə qərarları › İş №2(012)-1336/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1336/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1336/2024 15.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı «pul» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı iddia ərizəsində dövlət rüsumunu ödədiyini göstərsə də,lakin iş materiallarında dövlət rüsumunun ödənilməsini təstiq edən rəsmi sənəd müəyyən edilmmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinin tələblərinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin iddiaçı tələbində cavabdehlərdən onun xeyrinə pul tutulmasını xahiş etsə də, bu tələbini təsdiq edəcək sənədləri iddia ərizəsinə əlavə etməməklə, həmçinin sübutların siyahısını göstərməməklə MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Bundan başqa iddiaçı 11 nəfərə qarşı iddia qaldırsada, iş materiallarına cavabdehlərin şəxsiyyətinin eyniləşdirilməsinə imkan verən sənədləri əlavə etməmiş,elektron məhkəmə informasiya sistemi vasitəsi ilə cavabdehlərdən Cavabdeh1 şəxsiyyətini müəyəyn etmək mümkün olsada,digər cavabdehlərin şəxsiyyəti barədə lektron məhkəmə informasiya sistemində məlumat əldə edilməsi mümkün olmamışdır.Şəxsiyyəti müəyyən olunmuş cavabdehlərdən Cavabdeh1 rəsmi qeydiyyat yeri isə Ağdam rayonu müəyyən edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində müxtəlif cababdehlərə qarşı tələbinin bir-biri ilə əlaqədar olması hallarını da göstərməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları halları iddiaçı tərəfindən Azərbaycan Respublikası МPМ-nin 149-cu maddəsində müəyyən edilmiş iddia ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası МPМ-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası МPМ-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası МPМ-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar