Məhkəmə qərarları › İş №2(012)-134/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-134/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-134/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun vəkili X4, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakların naturada bölünməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənmiş 73000 manat və uşaq bağçasında tədris-tərbiyə xidmətlərinin göstərilməsi haqqında 03.10.2016-cı il tarixli müqaviləyə əsasən Xəzər-RC MMC-yə ödənilmiş 5000 manat pul vəsaitinin ½ hissəsi miqdarında, yəni 2500 manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı əmlakların naturada bölünməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı paylı mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin paylara uyğun olaraq naturada bölgüsünün aparılması, İddiaçı onun xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsindən əldə edilən hər ay üçün 600 manat icarə haqqı məbləğinin 3/5 hissəsinin, yəni 01.04.2016-cı il tarixdən 01.03.2020-ci il tarixədək hər ay 600 manat hesablanmaqla ümumilikdə 28200 manat pul vəsaitinin 3/5 hissəsini təşkil edən 16920 manat məbləğinin, əlavə olaraq məhkəmə qətnaməsi icra olunan günədək hər ay üçün bu məbləğ hesablanmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin tikinti və təmirinə xərclənmiş 73000 manat və uşaq bağçasında tədris-tərbiyə xidmətlərinin göstərilməsi haqqında 03.10.2016-cı il tarixli müqaviləyə əsasən Xəzər-RC MMC-yə ödənilmiş 4500 manat pul vəsaitinin ½ hissəsi miqdarında, yəni 2250 manat pul vəsaitinin, X42 ödədiyi 650 manat pulun yarısını təşkil edən 325 manatın, övladlarının təlim-tərbiyə müəssisələrinə aparıb-gətirilməsi üçün ödədiyi 3520 manat pulun yarısını təşkil edən 1760 manatın və mobil telefonların alınması üçün verdiyi 1100 manat pulun yarısını təşkil edən 550 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı paylı mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin paylara uyğun olaraq naturada bölgüsünün aparılması və Cavabdeh payının ayrılması, əmlakların naturada bölünməsi mümkün olmadığı halda, əmlakların dəyərinin Cavabdeh payına düşən 3/5 hissəsinin İddiaçı tərəfindən ödənilməsi, əmlakların dəyərinin Cavabdeh payına düşən 3/5 hissəsinin İddiaçı tərəfindən ödənilməsi mümkün olmadıqda əmlakların açıq hərracdan satılması, əmlakların satılmasından əldə edilmiş pul vəsaitlərinin tərəflərin əmlaklarda olan paylarına uyğun olaraq bölünməsi, İddiaçı Cavabdeh xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsindən əldə edilən hər ay üçün 600 manat icarə haqqı məbləğinin 3/5 hissəsinin, yəni 01.04.2016-cı il tarixdən başlayaraq hər ay 360 manat olmaqla məhkəmə qətnaməsi icra olunan günədək hər ay üçün bu məbləğ hesablanmaqla cavabdehdən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 01.04.2016-cı il tarixli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında olan nikah ləğv edilmiş, 14.04.2007-ci il təvəllüdlü Sabir və 14.06.2011-ci il təvəllüdlü Samir adlı uşaqların cavabdehin yanında qalması və hər uşaq üçün 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair Abşeron rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsinə əsasən Cavabdeh iddia tələbi qismən təmin olunaraq Bakı şəhəri N.Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsinin, ünvan 6 ünvanında yerləşən 35,7 kv.m olan qeyriyaşayış sahəsinin, ünvan 7 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh payının 3/5 hissə, onun isə payının 2/5 hissə müəyyən edilməsi, bu hissədə qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi, 2013-cü il buraxlışlı X49 markalı 90 GO-747 dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə edilən 15000 ABŞ dolları pul vəsaitinin tərəflərin birgə əmlakı hesab edilməsi, həmin pul vəsaitində iddiaçının payının 3/5, cavabdehin payının isə 2/5 hissə müəyyən edilməsi və buna müvafiq olaraq 9450 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalentinin qətnamə icra olunan vaxtın məzənnəsi ilə ondan alınıb Cavabdeh verilməsi, Cavabdeh 14.04.2007-ci il təvəllüdlü Sabir, 14.06.2011-ci il təvəllüdlü Samir adlı iki uşaqları ilə birlikdə iddia tələbinin iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 7 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi bina 59, 171 saylı mənzildə payın müəyyən edilməsi hissəsində təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(105)-2126/2018 saylı qətnaməsinə əsasən onun verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(102)-6597/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(105)-2126/2018 saylı qətnaməsi qüvvədə saxlanmışdır. Onun Cavabdeh ilə nikaha daxil olmazdan öncə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 23-cü küçə, 57 ünvanında fərdi yaşayış evi olmuş, sonradan həmin evin ünvanı dəyişdirilərək ünvan 9 qeyd edilmişdir. Həmin yaşayış sahəsini o, 09.09.2014-cü il tarixdə X12 adlı şəxsə 73000 manata satmış, bu məbləğin 15000 manatı rəsmi müqavilə üzrə, qalanı isə hissə-hissə ona ödənilmiş, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən arayışlar təqdim olunmuş və Abşeron rayonu 1 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Evin satışından əldə etdiyi bu məbləği o, mübahisə predmeti olan ünvan 10 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin tikintisinə və təmirinə xərcləmişdir. Məhkəmədə bu barədə məlumat verərək, müvafiq sorğular verilməklə bu məsələnin araşdırılmasını və əmlak bölgüsü zamanı bu mühüm halın nəzərə alınmasını istəmiş, lakin məhkəmə tərəfindən bu hal araşdırılmamış və iş üçün mühüm əhəmiyyət kəsb edən bu məsələyə son hüquqi qiymət də verilməmişdir. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulan “nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir”. (ər-arvadın hər birinin əmlakıdır) müddəasını əsas tutaraq tərəflər arasında bölünməli olan əmlakdan bu 73000 manat məbləğini çıxaraq bölgünü aparmalı idi, lakin bu iş həmin məhkəmədə həyata keçirilməmişdir. Buna görə də 73000 manat pul birgə nikah dövründə əldə edilmiş əmlak olan ünvan 10 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənmişdir ki, həmin pul vəsaiti də Cavabdeh alınaraq ona ödənilməlidir. Bundan başqa, onun Cavabdeh ilə nikahı pozulduqdan sonra övladının təlim-tərbiyəsi üçün uşaq bağçasında tədris-tərbiyə xidmətlərinin göstərilməsi haqqında 03.10.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən uşağın 1 il müddətində Micky house adlanan bağçada təlim-tərbiyəsi üçün o, Xəzər-RC MMC-yə 5000 manat pul ödəmişdir. Uşaq həmin bağçada təlim-tərbiyə almışdır. Bundan başqa böyük oğlu Sabiri Alfa tədris kursuna qoyduğu üçün müvafiq ödənişlər etmişdir. Bu əsasa görə Xəzər-RC MMC-yə ödənilmiş 5000 manat pul vəsaitinin ½ hissəsi miqdarında, yəni 2500 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması lazımdır. Cavabdeh Abşeron rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək onunla paylı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsinin, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin paylara uyğun olaraq naturada bölgüsünün aparılması, ondan Cavabdeh xeyrinə Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsindən əldə edilən hər ay üçün 600 manat icarə haqqı məbləğinin 3/5 hissəsinin, yəni 01.04.2016-cı il tarixdən 01.03.2020-ci il tarixədək hər ay 600 manat hesablanmaqla ümumilikdə 28200 manat vəsaitinin 3/5 hissəsini təşkil edən 16920 manat məbləğinin əlavə olaraq məhkəmə qətnaməsi icra olunan günədək hər ay üçün bu məbləğ hesablanmaqla Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əsassız və qanunsuz iddia tələbindən sonra hesab edir ki, iddia tələbinin həcmi artırılmalı və övladlarının təlim-tərbiyəsi, müasir dövrün tələblərinə uyğun formalaşdırılması üçün çəkdiyi xərclər də ona düşən hissədə Cavabdeh tutularaq ona ödənilməlidir. Belə ki, onun X47 ilə bağladığı 02.08.2016-cı il tarixli 064 saylı müqaviləyə əsasən X10 təhsili üçün ümumilikdə o, 650 manat pul ödəmişdir. Bundan əlavə, o, X28 adlı şəxsə övladı Sabiri 2016-cı ilin avqust ayından 2017-ci ilin iyul ayına qədər öz avtomobili ilə X42 hazırlığa aparıb gətirməsi üçün ayda 160 manat olmaqla 7 ay üçün ümumilikdə 1120 manat pul, X13 01.10.2016-cı il tarixdən 01.06.2017-ci il tarixə kimi övladları Sabirin və Samirin Gənclikdə yerləşən 200 nömrəli orta məktəbə və Mikihouse adlı uşaq bağçasına avtomobili ilə aparıb gətirməsi ayda 300 manat olmaqla, ümumilikdə 8 ay üçün 2400 manat pul vermişdir. Bundan başqa övladlarına nəzarət etmək, onlarla əlaqə saxlamaq üçün o, Optimal Elektronika MMC-dən hər birinin dəyəri 550 manat olan Samsung markalı A60 və A30 model mobil telefon alaraq uşaqlarına vermişdir. Buna görə də övladlarının hərtərəfli inkişafı, təlim-tərbiyəsi, rahat və təhlükəsiz hərəkəti üçün ödədiyi pulların yarısını təşkil edən 550 manat pul vəsaiti də Cavabdeh tutularaq ona ödənilməlidir. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair Abşeron rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsinə və onun qanuni qüvvəyə minməsinə istinad edərək qeyd etmişdir ki, artıq bu məsələyə baxılmış, bu faktlar araşdırılaraq hüquqi qiymət verilmişdir. Ona görə də Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələbini əsas “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir” bu məsələnin sübut etməyə ehtiyacı yoxdur. Lakin iş materiallarında olan məhkəmə qətnamələrində bu məsələnin araşdırıldığı və ya hüquqi qiymət verildiyi görünmür. Aydındır ki, əvvəlki məhkəmələrdə bu məsələnin mahiyyəti üzrə araşdırılma aparılmadığı üçün ona hüquqi qiymət də verilə bilməzdi. Cavabdeh qarşılıqlı iddia ərizəsində əvvəlki məhkəmə baxışlarında onun adından məhkəməyə təqdim olunmuş iddia ərizəsinə etiraza istinad etmişdir. Halbuki, həmin etirazda onun adından səhv fikirlər yazılmış, belə ki, etirazda tamamilə başqa bir (2004-cü ildə əldə olunmuş Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, ev 93, həmin əmlakın 05.07.2018-ci il tarixdə onun adında olmasına dair dövlət reyestrindən olan arayışı da etiraza əlavə etmişdir) daşınmaz əmlakın satılması qeyd edilmişdir. Hətta həmin etirazda ona qarşı onun əleyhinə fikirlər də orada qeyd edilmişdir. Belə ki, həmin etirazda ünvan 13 ünvanında yerləşən yaşayış sahəsinin nikah pozulandan sonra, yəni 24.08.2017-ci il tarixdə əldə edilməsinə baxmayaraq guya onun bölünməsinə razı olduğu da bildirilmişdir. Sırf belə hərəkətlərinə görə həmin nümayəndənin-vəkilin hüquqi xidmətlərindən imtina edərək ona verdiyi etibarnaməni də o, 02.12.2017-ci il tarixdə ləğv etdirmişdir. Digər bir tərəfdən Cavabdeh öz dəlillərinin sübutu kimi məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, iddia tələbi ilə bağlı bu məsələ məhkəmədə araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsinin ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin paylarına uyğun olaraq naturada bölünməsinin aparılmasını istəmişdir. Hesab edir ki, bu hal mümkün deyildir. Belə ki, belə bir bölgü naturada aparıldığı təqdirdə əmlakın tamlığı pozular və onun istifadəsinə çətinlik yarana bilər. Cavabdeh qarşılıqlı iddia ərizəsində Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsindən əldə edilən hər ay üçün 600 manat icarə haqqı məbləğinin 3/5 hissəsinin, yəni 01.04.2016-cı il tarixdən 01.03.2020-ci il tarixədək hər ay 600 manat hesablanmaqla ümumilikdə 28200 manat vəsaitin 3/5 hissəsini təşkil edən 16920 manatın əlavə olaraq məhkəmə qətnaməsi icra olunan günədək hər ay üçün bu məbləğ hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, bu tələb də əsassızdır. Belə ki, o, heç kimə 600 manata kirayə verməmişdir ki, həmin məbləği də ondan istəmiş olsunlar. Cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. 10.12.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsindən istifadəsinə görə aylıq icarə haqqı 300 manat təşkil edir. Ona görə də qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır. Ona görə də göstərilənlərə əsasən ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili X11 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 06 oktyabr 2006-cı il tarixdə İddiaçı ilə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 14.04.2007-ci il təvəllüdlü Sabir və 14.06.2011-ci il təvəllüdlü Samir adında övladları anadan olmuşdur. Nikahda olduqları zaman tərəflərin münasibətləri kəskin şəkildə pisləşmiş, mütəmadi olaraq aralarında ailə münasibətləri zəminində münaqişələr baş vermiş və hər bir xırda məsələyə görə mübahisələri artmışdır. Baş vermiş bu mübahisələrin nəticəsi olaraq, İddiaçı Cavabdeh qarşı məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırmış və məhkəmənin qəbul etdiyi 01.04.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqların Cavabdeh yanında qalması müəyyən olunmuşdur. Daha sonra, tərəflər birgə nikah dövründə bir sıra daşınar və daşınmaz əmlaklar əldə etmişlər ki, nikah pozulduğu zaman həmin əmlaklar bölünməmişdir. Məhz bu məqsədlə də, Cavabdeh tərəfindən Abşeron rayon Məhkəməsində cavabdehə qarşı iddia irəli sürülərək, İddiaçı ilə 06 oktyabr 2006-cı il tarixdə bağlanmış nikahdan sonra əldə olunmuş Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 14 ünvanında yerləşən 35,7 kv.m qeyri-yaşayış sahəsi, Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi bina 59, 171 saylı mənzil, ünvan 3 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evi və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi, 2013-cü il buraxılışlı «X49» markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 3/4 hissədə Cavabdeh payının müəyyən edilməsi və həmin hissədə əmlakların Cavabdeh mülkiyyətinə verilməsi, 1/4 hissəsinə isə İddiaçı payının müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi, «X49» markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitlərin tərəflərin paylarına uyğun bölünməsi və Cavabdeh payına düşən vəsaitin Cavabdeh xeyrinə tutulması, Cavabdeh azyaşlı uşaqları ilə birgə ünvan 15 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə köçürülmələri barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsində işə mahiyyəti üzrə baxılmış və məhkəmənin qəbul etdiyi 19 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66.4 kv.m olan qeyri-yaşayış sahəsinin, ünvan 17 ünvanında yerləşən 35.7 kv.m qeyri-yaşayış sahəsinin, ünvan 15 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin üzərində Cavabdeh payının 3/5 hissə, İddiaçı 2/5 hissədə müəyyən edilməsi, bu hissədə qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi, «X49» markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə edilən 15000 ABŞ dolları pul vəsaitinin tərəflərin birgə əmlakı hesab edilməsi, həmin pul vəsaitində Cavabdeh payının 3/5, cavabdehin payının isə 2/5 hissədə müəyyən edilməsi və buna müvafiq olaraq 9450 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvalentinin qətnamə icra olunan vaxtın məzənnəsi ilə İddiaçı alınıb Cavabdeh verilməsi, Cavabdeh 14.04.2007-ci il təvəllüdlü Sabir, 14.06.2011-ci il təvəllüdlü Samir adlı iki uşaqları ilə birgə ünvan 18 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi, bina 59, 171 saylı mənzil üzərində payının müəyyən edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin verdiyi apelyasiya şikayətinin təmin edilməməsi Abşeron rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 15.10.2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsi məcburi icraya yönəldilmiş və bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsinə 3/5 hissəsinə dair hüquqlarının qeydə alınması ilə bağlı 18.04.2019-cu il tarixli ünvan 18 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin Cavabdeh payının 3/5 hissəsinə dair 18.10.2019-cu il tarixli çıxarışlar verilmişdir. Məhkəmə qətnaməsinin 9450 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvalenti qətnamə icra olunan vaxtın məzənnəsi ilə İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində bu günə qədər icra edilməmiş qalmışdır. Qeyd olunmalıdır ki, adı çəkilən əmlaklara Cavabdeh mülkiyyət hüquqları tanınsa da, cavabdeh həmin əmlaklara Cavabdeh buraxmır və qeyd olunan daşınmaz əmlakları icarəyə verərək, onlardan gəlir əldə edir. Əldə edilmiş gəlirlərdən isə Cavabdeh payı verilmir və nəticə etibarı ilə, cavabdeh tərəfindən mülkiyyət hüquqları pozulmaqda davam etdirilir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsi 2010-cu ildən tərəflərin birgə əmlakı hesab olunmaqla və cavabdehin xüsusi mülkiyyəti kimi qeydə alındığından, elə həmin dövrdən də cavabdeh adı çəkilən sahəni aylıq 600 manata icarəyə verir və gəlir əldə edir. Tərəflərin nikahı pozulana qədər bu vəsait tərəflərin ailəsinə sərf olunurdu, nikah pozulduqdan sonra isə Cavabdeh əldə etdiyi bu vəsaitin hər hansısa bir hissəsini verməmişdir. Məhz bu səbəbdən də, Cavabdeh 01.04.2016-cı il tarixdən başlayaraq bu günə qədər Bakı şəhəri Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsindən əldə edilən hər ay üçün 600 manat icarə haqqı məbləğinin 3/5 hissəsinin, yəni 01.04.2016-cı il tarixdən 01.03.2020-ci il tarixədək 47 ay təşkil edir, bu da hər ay 600 manat hesablanmaqla ümumilikdə 28200 manat vəsait edir ki, bu vəsaitin də 3/5 hissəsi yəni 16920 manat, həmçinin əlavə olaraq məhkəmə qətnaməsi icra olunan günədək hər ay üçün bu məbləğ hesablanmaqla, hesablanan həmin məbləğin Cavabdeh ona ödənilməsini tələb edir. Belə ki, cavabdeh həmin əmlakın naturada bölünməsinə və əldə etdiyi gəlirlərdən Cavabdeh verilməsinə etiraz edir. Eyni zamanda, cavabdeh ünvan 19 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin paylara uyğun olaraq bölünməsinə etiraz edir və Cavabdeh ümumiyyətlə həmin fərdi yaşayış evinə buraxmamaqla hüquqlarını kobud şəkildə pozur. İş üzrə cavabdehin ona qarşı irəli sürdüyü ilkin tələbə gəldikdə isə, həmin tələbi Cavabdeh qəbul etmir və bununla bağlı bildirir ki, ilkin tələb üzrə iddiaçının ünvan 15 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə dair hissədə göstərdikləri, yəni həmin evi məhz nikahdan əvvəl əldə etdiyi evin satışından əldə edilmiş 73000 manat hesabına inşa etməklə təmir etdirməsi tam absurddur. Belə ki, İddiaçı istinad etdiyi bu hallar tərəflər arasında əmlak bölgüsünə dair Abşeron rayon Məhkəməsində işə baxılarkən də istinad edilmiş, hətta Cavabdeh irəli sürdüyü iddia tələbinə dair onun tərəfindən verilmiş etiraz ərizəsində də eyni müddəalar öz əksini tapmışdır. Tərəflər arasında əmlak bölgüsünə dair Abşeron rayon Məhkəməsində işə baxıldığı və 19.01.2018-ci il tarixdə qətnamə çıxarıldığı zaman həmin qətnamədə də göstərilmişdir ki, ünvan 18 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evi ilə yanaşı digər əmlakların tərəflərin birgə nikahı dövründə birgə vəsaiti hesabına əldə edilməsi işin məhkəmə baxışında tərəflərin verdikləri izahatları və işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, hazırki iş üzrə ünvan 3 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evi ilə bağlı İddiaçı tərəfindən Cavabdeh qarşı iddia irəli sürülməklə eyni məzmunlu izahat verməsi və eyni sübutlara istinad etməklə Cavabdeh 73000 manat pul vəsaitinin tələb etməsi tam absurddur və bu tələblə bağlı onun tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən savayı hər hansı bir sübut təqdim etməsinə lüzum yoxdur. Qanunun tələblərinə əsasən, Cavabdeh ünvan 18 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evini birgə nikahları dövründə birgə gəlirləri hesabına əldə etmələrini sübut etməyə borclu belə deyildir. İddiaçı iddia tələbinin uşaq bağçasında tədristərbiyə xidmətlərinin göstərilməsi haqqında 03.10.2016-cı il tarixli müqaviləyə əsasən Xəzər-RC MMC-yə ödənilmiş 5000 manat pul vəsaitinin Cavabdeh 2500 manat hissəsinin tutulmasına gəldikdə, onun həmin tələblərini də Cavabdeh qəbul etmir. Belə ki, Xəzər-RC MMC ilə uşaq bağçasında tədris-tərbiyə xidmətlərinin göstərilməsi haqqında müqavilə 03.10.2016-cı il tarixdə İddiaçı ilə bağlanmış və həmin dövrdə tərəflərin nikahı pozulduğundan tərəflər artıq ayrı yaşayırdı. Müqavilənin 7.1-ci bəndinə əsasən, həmin müqavilə üzrə xidmətlərin göstərilmə müddəti, 03.10.2016-cı il tarixdən 30.06.2017-ci il tarixədək müəyyən edilmişdir. Bu məbləğ də iddiaçının iddia ərizəsində göstərildiyi kimi 5000 manat deyil, 4000 manat təşkil edir. Bu müqavilənin bağlanması və müqavilə üzrə pul vəsaitlərinin ödənilməsinə dair öhdəliklərin icra edilməsi İddiaçı tərəfindən könüllü olaraq öz üzərinə götürülməsinə baxmayaraq, ilkin iki ayın xidmət haqqı İddiaçı tərəfindən ödənilmiş, qalan altı ay üçün isə xidmət haqqı Cavabdeh atası X29 tərəfindən şəxsən ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh 2500 manat pul vəsaitinin tələb edilməsi də tam absurd olmaqla əsassızdır. Məhz yuxarıda göstərilən səbəblərə görə, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü bu tələbləri də tam əsassız olmaqla təmin edilməməlidir. Ona görə də göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 19.05.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş şahid X19 ifadəsində göstərmişdir ki, o, özü taksi fəaliyyəti ilə məşğuldur. İddiaçı uşaqlarını onun atasının mənzilindən götürüb oxuduqları məktəbə aparmış və dərslər bitdikdən sonra evə gətirmişdir. Bunun qarşılığında Elməddin ona hər ay 300 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şahid ifadəsini dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.10.2006-cı il tarixli AZ-İ № 255270 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 06.10.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 357 nömrəsi ilə qeyd edilmişdir. -X47 ilə tədris olunan şəxs X10 valideyni İddiaçı arasında bağlanmış 02.08.2016-cı il tarixli 064 saylı müqavilədən görünür ki, MMC aylıq tədris haqqı 40 manat olmaqla tədris olunan şəxsə ingilis dilinin tədris olunması öhdəliyini götürmüşdür. -"xxxx" uşaq bağçası ilə valideyn (qanuni nümayəndə) İddiaçı arasında bağlanmış 03.10.2016-cı il tarixli uşaq bağçasında tədris-tərbiyə xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən 14.06.2011-ci il təvəllüdlü X20 aylıq ödənişi 500 manat olmaqla uşaq bağçasında qulluq, tərbiyə və məktəbəqədər təhsil hazırlığı ilə təmin olunmuşdur. -Abşeron Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri N.Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 20 ünvanında yerləşən 35,7 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evi və bu evin altında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh payının 3/5 hissə, İddiaçı payının 2/5 hissə müəyyən edilməsi, bu hissədə qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi, 2013-cü il buraxılışlı “X49” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə edilən 15 000 ABŞ dolları pul vəsaitinin tərəflərin birgə əmlakı hesab edilməsi, həmin pul vəsaitində iddiaçının payının 3/5, cavabdehin payının isə 2/5 hissə müəyyən edilməsi və buna müvafiq olaraq 9450 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalentinin qətnamə icra olunan vaxtın məzənnəsi ilə İddiaçı alınıb Cavabdeh verilməsi, Cavabdeh 14.04.2007-ci il təvəllüdlü Sabir, 14.06.2011-ci il təvəllüdlü Samir adlı iki uşaqları ilə birlikdə iddia tələbinin iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə köçürülmələri qət edilmiş, iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi bina 59, 171 saylı mənzildə payının müəyyən edilməsi hissəsində təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(102)-6597/2018 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayət təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli 2(105)-2126/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan daha sonra görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Satıcı İddiaçı ilə alıcı X12 arasında bağlanmış 09.09.2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 21i alıcıya 15000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 30.09.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 21 X7 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********37- 10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 27.04.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 21 ünvanında yerləşən birmərtəbəli ümumi sahəsi 48.1 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********37- 10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 24.08.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 31ci məhəllə 59 saylı evin 171 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********55-05301-093008 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Abşeron rayon Məhkəməsinin 16.11.2017-ci il tarixli 2(012)-8096/2017 saylı qərardadından görünür ki, iddianın təmini barədə ərizə təmin edilmiş, Bakı şəhəri N.Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsi üzərində, ünvan 22 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, ünvan 6 ünvanında yerləşən 35,7 kv.m olan qeyri-yaşayış sahəsinin, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən həyətyanı təyinatlı 0,30 ha torpaq sahəsinin, Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi bina 59, 171 saylı mənzilin, ünvan 4 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. -28.04.2018-ci il tarixli ƏN-İ № 705008 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X21 28.04.2028-ci il tarixədək etibar etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 11.07.2018-ci il tarixli **********58 saylı və 18.07.2018-ci il tarixli **********24 saylı məktublarından görünür ki, keçmiş Abşeron rayonu X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi 23-cü küçə, ev ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 30972 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, ünvan 24 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.04.2011-ci il tarixdə **********37-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin 09.09.2014-cü il tarixdə həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən təsdiq olunmuş 4Ə-4121 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən adından özgəninkiləşdirmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 26.07.2018-ci il tarixli **********29 saylı məktublarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına verilmiş 30972 saylı qeydiyyat vəsiqəsində göstərilən ünvan 25 ünvanı **********37-10301 reyestr nömrəli çıxarışda qeyd olunan ünvan 24 ünvanı ilə eynidir. -İcarəyə verən İddiaçı ilə icarəçi X33 arasında bağlanmış 10.12.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 26 ünvanında yerləşən ümumi sahəsi 66.4 kv.m olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 300 manat olmaqla 10.12.2021-ci il tarixinədək icarəçiyə icarəyə vermişdir. Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, icarəçi icarəyə verilmiş qeyri-yaşayış sahəsinə dair 19.04.2019-cu il tarixdən 19.02.2020-ci il tarixinədək hər ay 300 manat ödəniş etmiş və ödənişin edilməsi mülkiyyətçinin imzası ilə təsdiq edilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin Abşeron rayonu Xırdalan Bələdiyyəsinə ünvanlandığı 04.04.2019-cu il tarixli 17/75-8İ-3243 saylı məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(012)-601/2018 saylı icra sənədinə əsasən borclu İddiaçı aylıq əmək haqqının 50%-i miqdarında tutmanın aparılıb tələbkar Cavabdeh ödənilməsi xahiş olunmuşdur. -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli 6(005)-71/2019 saylı qərarından görünür ki, X18 şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov RPİ-nin 16cı PB-nin baş təhqiqatçısı, polis kapitanı X22 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 aprel 2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. -Optimal Elektronika MMC-nin satış qaiməsindən görünür ki, İddiaçı qiyməti 561.14 manat və 519 manat dəyərində olan mobil telefonları almışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı XBK08615 saylı müqaviləyə əsasən aldığı əşyanın dəyərindən 17.09.2019-cu il tarixdə 1.68 manat və 98.30 manat, 15.10.2019-cu il tarixdə 1.04 manat və 98.96 manat, 17.11.2019-cu il tarixdə 1.44 manat və 98.56 manat, 14.12.2019-cu il tarixdə 0.66 manat və 99.34 manat, 15.01.2020-ci il tarixdə 0.76 manat və 99.24 manat, 15.01.2020-ci il tarixdə 0.68 manat və 55.74 manat ödəniş etmişdir. -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli 6(005)-126/2019 saylı qərarından görünür ki, X18 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X14 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 avqust 2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. -X1 sifarişi əsasında Daşınmaz Əmlakın Ekspert qiymətləndirmə rəyindən görünür ki, ünvan 21in 11.01.2020-ci il tarixinə olan bazar dəyəri 80 000 manat müəyyən edilmişdir. -X7 məhkəməyə ünvanlandığı 11.01.2020-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı ilə Cavabdeh arasında olan əmlak mübahisəsi ilə bağlı bildirmişdir ki, 09.09.2014-cü il tarixdə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 24 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı almağı ilə əlaqədar ona 73000 manat pul vermişdir. -Mickey’s House tərəfindən verilmiş 23.01.2020-ci il tarixli məktubdan görünür ki, “Uşaq bağçasında tədris-tərbiyə xidmətlərinin göstərilməsi haqqında” 03.10.2016-cı il tarixli müqaviləyə əsasən, İddiaçı "xxxx" Məktəbəqədər Təhsil Müəssisəsinə 4500 manat pul vəsaiti ödəmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 27.01.2020-ci il tarixli **********08 saylı məktubundan görünür ki, keçmiş Abşeron rayonu X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına ünvan 28 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 12 avqust 2004-cü il tarixdə, 30972 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, ünvan 24 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.04.2011-ci il tarixdə **********37-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin İddiaçı həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən təsdiq olunmuş 09.09.2014-cü il tarixli, 4Ə-4121 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən adından özgəninkiləşdirmişdir. 30972 saylı qeydiyyat vəsiqəsində göstərilən ünvan 29 ünvanı **********37-10301 reyestr nömrəli çıxarışda qeyd olunan ünvan 24 ünvanı ilə eynidir. -X3, X5 və X15 imzaları ilə təsdiq olunmuş 30.01.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 2014-cü ilin sentyabr ayında Abşeron rayonu Xırdalan şəhəri, Koroğlu küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evini 73000 manata satmış və həmin pul ünvan 12 ünvanında yerləşən torpaq sahəsinin əldə olunmasına və həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin tikilib başa çatdırılmasına xərclənmişdir. -X24 Bakı şəhəri 38 saylı notariat ofisində notarial qaydada təsdiq olunmuş 14.01.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisində 10.12.2018-ci il tarixdə 3M-1397 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş İddiaçı məxsus ünvan 30 ünvanında yerləşən 66.4 kv.m qeyri-yaşayış sahəsini aylıq 300 manat icarə haqqı olmaqla icarəyə götürmüşdür. Pandemiya ilə əlaqədar həmin obyektdə fəaliyyəti olmadığına görə 2020-ci ilin aprel ayından bu günə kimi heç bir icarə haqqı ödəməmişdir. -İddiaçı Bakı şəhəri 38 saylı notariat ofisində notarial qaydada təsdiq olunmuş 14.01.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisində 10.12.2018-ci il tarixdə 3M-1397 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ona məxsus ünvan 30 ünvanında yerləşən 66.4 kv.m qeyri-yaşayış sahəsini aylıq 300 manat icarə haqqı olmaqla X30 icarəyə vermişdir. İcarəyə götürən pandemiya ilə əlaqədar həmin obyektdə fəaliyyət göstərmədiyinə görə 2020-ci ilin aprel ayından bu günə kimi heç bir icarə haqqı almamışdır. -İddiaçı ilə X33 arasında bağlanmış 26.02.2021-ci il tarixli icarə müqaviləsinin ləğvi barədə sazişdən görünür ki, icarəyə verən İddiaçı ilə icarəyə götürən X33 10.12.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində 3M/1397 reyestrdə Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi, 109 ünvanında yerləşən ümumi sahəsi 66.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair rəsmiləşdirilmiş icarə müqaviləsinin ləğvi barədə sazişi bağlamışlar. -Abşeron rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(012)-1761/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı öhdəliyin yerinə yetirilməməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 04.12.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsi döngə 5, 15 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 06.10.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından 14.04.2007-ci il təvəllüdlü X23 və 14.06.2011-ci il təvəllüdlü X20 anadan olmuşdur. Tərəflər 06.10.2006-cı il tarixdən 01.04.2016-cı il tarixinədək rəsmi nikah münasibətində olmuş, Abşeron rayon Məhkəməsinin 01.04.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Tərəflər birgə nikah dövründə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə etmiş, həmçinin, birgə nikahlarından olan azyaşlıların təlim-tərbiyə, təhsil xərclərinə ödənişlər etmişdir. Tərəflər arasında nikah pozulduğundan daşınar və daşınmaz əmlaklara münasibətdə uzunmüddətli məhkəmə çəkişmələri olmuş, həmin əmlakların bəzilərinə münasibətdə tərəflərin payları müəyyən edilmiş, lakin İddiaçı tərəfindən Cavabdeh payı müəyyən olunmuş daşınmaz əmlaklardan istifadə ilə bağlı maneələr yarandığından, hazırda, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı əmlakların naturada bölünməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin olaraq, ilk iddia ərizəsinə münasibətdə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: İlkin olaraq, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tələbində birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin tikinti və təmirinə xərclənmiş 73000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını tələb etmiş, iddiaçı həmin tələbinin əsası kimi isə mübahisəli daşınmaz əmlakın X8 73000 manat satılmasına dair alıcının ərizəsini və ailə üzvləri olan X3, X5 və X15 imzaları ilə təsdiq olunmuş 30.01.2020-ci il tarixli aktı təqdim etmişdir. Məhkəmə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinə dair tərəflərin paylarının müəyyən edilməsi barədə Abşeron rayon Məhkəməsinin 19.01.2018ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsi ilə bağlı qeyd edir ki, həmin fərdi yaşayış evinə dair Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə payları müəyyən edilmiş, həmçinin, həmin mülki iş üzrə məhkəmə iclasında izahat vermiş İddiaçı sözügedən fərdi yaşayış evinin digər öz şəxsi mənzilinin 73000 manata satışı hesabına əldə etdiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş satıcı İddiaçı ilə alıcı X12 arasında bağlanmış 09.09.2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı tərəfindən ünvan 21in alıcıya 15000 manata satılması müəyyən edilmiş, qalan məbləğin isə hissə-hissə satıcıya ödənilməsi bildirilsə də və həmin məbləğ barədə alıcı tərəfindən yazılı şəkildə ərizə təqdim edilsə də, məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul etmir. Belə ki, müqavilə əsasənda alınmış pul vəsaitinin hissə-hissə ödənilmək şərtilə verilmiş pul vəsaiti ilə birlikdə cəmi 73000 manat olması şübhə doğurmaqla yanaşı, həmin məbləğin həqiqətən də ünvan 1 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin tikintisinə sərf olunduğu məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizə və aktlara münasibətdə qeyd edir ki, məhkəmə sözügedən sənədləri də mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçının ailə üzvləri tərəfindən tərtib olunmuş aktın iddiaçının lehinə, onun mənafeyinin təmin edilməsi məqsədilə tərtib olunduğu istinad edilmədiyindən və iddiaçı tərəfindən həqiqətən də 73000 manat pul vəsaitinin fərdi yaşayış evinin təmir və tikintisinə sərf olunmasına dair mötəbər, əsaslı sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə ilk iddia tələblərini bu hissədə qəbul etmir. Məhkəmə ilk iddia tələblərinin uşaq bağçasında tədris-tərbiyə xidmətlərinin göstərilməsi haqqında 03.10.2016-cı il tarixli müqaviləyə əsasən Xəzər-RC MMC-yə ödənilmiş 4500 manat pul vəsaitinin ½ hissəsi miqdarında, yəni 2250 manat pul vəsaitinin, X42 ödənilmiş 650 manat pulun yarısını təşkil edən 325 manatın, övladlarının təlim-tərbiyə müəssisələrinə aparıb-gətirilməsi üçün ödədiyi 3520 manat pulun yarısını təşkil edən 1760 manatın və mobil telefonların alınması üçün verdiyi 1100 manat pulun yarısını təşkil edən 550 manatın Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair hissədə isə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddənin İİ. bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddənin İV. bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən: 14.1.Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.5. maddəsinə əsasən təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri). Qanunvericiliyin tələblərindən də göründüyü kimi, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək, onların əsas təhsil almaq hüququnu təmin etmək valideynlərin borcudur və bu öhdəliyin yerinə yetirilməsində ər-arvadın bərabər hüquq və vəzifələri vardır. Məhkəmə qeyd edir ki, dövlət hesabına məktəbəqədər təhsil müəssisəsinə müraciət etmək hüququ olduğu halda, ödənişli əsaslarla məktəbəqədər təhsil müəssisəsinə-özəl bağçaya müraciət etməklə sonuncu ilə müqavilə bağlamış, öz könüllü iradə ifadəsi əsasında azyaşlı uşağını həmin müəssisədə təhsil, təlim-tərbiyə almasına nail olmuş İddiaçı uşağın təlim-tərbiyə və təhsil xərclərinə görə 4500 manat pul vəsaitinin ödənilməsinə dair arayışı məhkəməyə təqdim etsə də həmin vəsaitin bütünlüklə onun tərəfindən ödənildiyini sübuta yetirə bilməmiş, eyni zamanda məhkəmə uşaqların təlim-tərbiyə və təhsil xərclərinə görə ödənişlərin edilməsi öhdəliyini daşıyan valideynlərin həmin xərclərə münasibətdə birgə nikah dövründə sərf olunmuş xərclər kimi nəzərdən keçirilməsini istisna edir. Belə ki, həmin ödənişlər tərəflərin birgə nikah dövründə əldə edilmiş xərclər kimi deyil, onların öz seçimləri əsasında edilmiş ödəniş kimi qiymət verərək ilk iddia tələblərini bu hissədə təmin etmir. Həmçinin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı etirazında azyaşlının məktəbəqədər təhsil müəssisəsinə getməsinə görə qalan yeddi ayın ödənişinin onun atası tərəfindən ödənildiyini bildirmiş, lakin bunu sübuta yetirməmiş, onun əksini sübuta yetirmək öhdəliyi daşıyan ilkin iddia ərizəsi üzrə iddiaçı tərəfindən isə onun əksi sübuta yetirilməmişdir. Belə ki, sübutetmə yükü də məhz ilkin iddia ərizəsi üzrə iddiaçıya məxsusdur. Məhkəmə, X42 ödənilmiş 650 manat pulun yarısını təşkil edən 325 manatın Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair ilk iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 7.3-cü maddəsinə əsasən tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. Göründüyü kimi, uşaqların əsas təhsil almaq hüququnu təmin etmək öhdəliyini daşıyan valideyn İddiaçı dövlət hesabına təşkil edilmiş təhsil proqramlarına uyğun hazırlıq sinfi və kursuna müraciət etmək hüququ olduğu halda, könüllü qaydada ödənişli əsaslarla hazırlıq kursuna müraciət edərək müqavilə bağlamışdır. Beləliklə də, həmin ödənişlər də, tərəflərin uşaqlarının təlim, tərbiyə, təhsil xərclərinin ödənilməsinin təmin edilməsi məqsədilə sərf olunduğundan, həmi xərclər birgə nikah dövründə aid gəlir və xərclərə şamil olunmadığından ilk iddia tələbi bu hissədə təmin edilmir. İlk iddia ərizəsi üzrə iddiaçının ilkin tələblərindən qaynaqlanaraq, uşaqların təhsil müəssisəsinə aparılıb-gətirilməsinə görə daşıma xidmətlərinin müqabilində ödənilmiş 3520 manat pul vəsaitinin yarısının Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmiş və həmin tələbin əsası olaraq həmin xidməti göstərmiş şəxsin adından yazılı ərizəni məhkəməyə təqdim etmiş, həmçinin şahid qismində dindirilərək həmin şəxs ifadə vermişdir. Məhkəmə qeyd olunanları sübut kimi qiymətləndirməyərək hesab edir ki, həmin ödənişin tərəfin könüllü iradə ifadəsi əsasında edilməsi öz təsdiqini tapdığından ilkin iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Məhkəmə ilkin iddia ərizəsi üzrə İddiaçı iddia ərizəsinin son tələbi olaraq uşaqlarla ünsiyyət saxlamaq məqsədilə İddiaçı tərəfindən onlara alınmış mobil telefonlara görə ödənilmiş 1100 manat ödəniş vəsaitinin yarısının onun xeyrinə tutulması ilə bağlı qeyd edir ki, İddiaçı tərəfindən Optimal Elektronika MMC-dən mobil telefon alması və həmin məhsula görə ödənişin edilməsinə dair ödəniş qəbzləri məhkəməyə təqdim olunsa da, həmin əmlakın həqiqətən də, İddiaçı azyaşlı uşaqları üçün alındığı və sonuncuların istifadəsinə verildiyi sübuta yetirilə bilməmişdir. Beləliklə də, ilkin iddia tələbləri ilkin İddiaçı tərəfindən sübuta yetirilmədiyindən tam şəkildə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X6 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki, Cavabdeh qarşılıqlı iddia tələbində paylı mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsinin, ünvan 18 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin paylara uyğun olaraq naturada bölgüsünün aparılmasını və onun payının ayrılmasını xahiş etmişdir. Məhkəmə bu tələblə bağlı qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli 2(012)-754/2020 saylı qərardadı ilə təyin olunmuş ekspertizaya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş 09.04.2021-ci il tarixli 10/2955 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə 20.10.2020-ci il tarixdə tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə sənədlərin təqdim olunması barədə vəsatət verilmiş, lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə baxış keçirilməsi təmin olunmamış və əlavə materiallar mərkəzə təqdim olunmadığından, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Bundan sonra, Abşeron rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli 2(012)-134/2021 saylı qərardadına əsasən mülki iş üzrə tikinti texniki ekspertizasının keçirilməsi zəruri olduğundan Abşeron rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli 2(012)-754/2020 saylı qərardadı icra edilməsi üçün yenidən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmuş 27.09.2021-ci il tarixli 10/3347 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi barədə məhkəməyə 12.07.2021-ci il tarixli 10/3347 saylı vəsatət göndərilmiş, vəsatətə cavab olaraq tədqiqat obyektinə baxışın keçirilməsi 27.09.2021-ci il tarixinə təyin edilmiş, həmin tarixdə iddiaçı tərəf məhkəmə binasına gəlməmiş və tədqiqat obyekti ekspertə təqdim edilməmişdir. Qeyd olunmuşdur ki, tədqiqat obyekti iddiaçının istifadəsində olmuşdur. Bu səbəbdən də, göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin: 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş və payları müəyyən edilmiş daşınmaz əmlakların naturada bölgüsü xüsusi bilik tələb etdiyindən həmin mübahisə ilə bağlı ekspert rəyi məhkəmə tərəfindən əsas sübut növü kimi qəbul edilir. Lakin göstərilmiş cəhdlərə baxmayaraq, iddiaçının istifadəsində olmuş tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından və iddiaçı tərəfindən buna süni maneə yaradıldığından məhkəmə ekspert rəyi olmadan qarşılıqlı iddia tələblərinə naturada ayrılması hissəsini mümükün hesab etmir və ilkin iddiaçının ekspertizanın keçirilməsindən imtinası kimi qiymətləndirərək iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 82.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mülki iş üzrə iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri N.Nərimanov rayonu X41 küçəsi ev 109 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 20 ünvanında yerləşən 35,7 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evi və bu evin altında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh payı 3/5 hissə, İddiaçı payı 2/5 hissə müəyyən edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən daşınmaz əmlaklara dair payının müəyyən edilməsinə dair tələbinə Abşeron Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(012)-601/2018 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyindən və sübuta yetirildiyindən qarşılıqlı iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıbdaşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Ailə Məcəllənin 32-ci maddəsinə əsasən, 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi adlandırılacaq): 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək qeyd edir ki, göründüyü kimi, qanunvericilik paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh 3/5 hissə, İddiaçı isə 2/5 hissədə paylarının müəyyən edildiyi Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsinin, ünvan 18 ünvanında yerləşən 15 saylı fərdi yaşayış evinin və bu evin altında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin məhkəmədən kənar qaydada üstünlük hüququna malik olan İddiaçı münasibətdə təklif irəli sürülmədiyindən məhkəmə iddia ərizəsinin daşınmaz əmlakın açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin tərəflərin paylarına mütənasib şəkildə bölünməsinə dair hissədə təmin edilməməsi qərarına gəlir. Məhkəmə ilk iddia ərizəsi cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin İddiaçı onun xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, X41 küçəsi ev 109 ünvanında yerləşən, ümumi sahəsi 66,4 kv.m olan qeyri-yaşayış sahəsindən əldə edilən hər ay üçün 600 manat icarə haqqı məbləğinin 3/5 hissəsinin, yəni 01.04.2016-cı il tarixdən başlayaraq hər ay 360 manat olmaqla məhkəmə qətnaməsi icra olunan günədək hər ay üçün bu məbləğ hesablanmaqla cavabdehdən tutulmasına dair hissədə qeyd edir ki, Cavabdeh iddia tələbində nikah münasibətlərinin pozulduğu 01.04.2016-cı il tarixdən etibarən X16 maddi cəhətdən təmin etməməsi səbəbindən icarə haqqının onun payına uyğun olaraq tutulmasını xahiş etmişdir. Lakin iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi X33 arasında bağlanmış 10.12.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 26 ünvanında yerləşən ümumi sahəsi 66.4 kv.m olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 300 manat olmaqla 10.12.2021-ci il tarixinədək icarəçiyə icarəyə vermişdir. Göründüyü kimi, müqavilə 10.12.2018-ci il tarixdə bağlanmaqla icarə haqqı 300 manat dəyərində müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh tərəfindən icarə ödənişlərinin məhz 01.04.2016-cı il tarixdən tutulmalı olmasına dair əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda, Cavabdeh xeyrinə tutulmalı olan icarə haqqı ödənişləri 10.12.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında tutulduğundan, icarə müqaviləsi tərəfləri arasında həmin müqavilənin 26.02.2021-ci il tarixdə ləğv olunmasına dair saziş bağlandığından, həmçinin, müqavilə üzrə icarə haqqının onun bağlandığı tarixdən 2020-ci ilin aprel ayına qədər ödənilməsi sonuncuların yazılı ərizələri ilə öz təsdiqini tapdığından, icarə haqqı ödənişləri də məhz müqavilənin qüvvədə olduğu müddət ərzində ödənilmiş aylar üzrə tutulmalıdır. Bununla da, məhkəmə müqavilənin bağlanma tarixinə, icarə haqqı məbləğinə və müqavilə tərəflərinin 2020-ci ilin aprel ayından etibarən icarə haqqı ödənişinin edilməməsinə dair notarial qaydada razılıq ərizələrinə istinad edərək İddiaçı Cavabdeh xeyrinə 10.12.2018-ci il tarixdən ödənişin dayandırıldığı 2020-ci ilin aprel ayına qədər 16 ay müddəti üçün icarə haqqı 300 manat olmaqla, Cavabdeh payının isə 3/5 hissə olmasını nəzərə alaraq (300 x 16 ay = 4800 manat, 4800 x 3 : 5 = 2880) 2880 manat pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edib qismən təmin edilməsi qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Məhkəmə, yuxarıda qeyd olunmuş ilk və qarşılıqlı iddia tələblərini ümumiləşdirib hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ünvan 26 ünvanında yerləşən ümumi sahəsi 66.4 kv.m olan qeyri-yaşayış sahəsinin 10.12.2018-ci il tarixdən 2020-ci ilin aprel ayına kimi icarəyə verilməsindən əldə edilmiş aylıq icarə haqqına görə cəmi 2880 manat pul vəsaiti Cavabdeh xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarını həmin tələblər üzrə tərəflər tələb etmədiyindən rüsumlar tərəflərin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ünvan 26 ünvanında yerləşən ümumi sahəsi 66.4 kv.m olan qeyri-yaşayış sahəsinin 10.12.2018-ci il tarixdən 2020-ci ilin aprel ayına kimi icarəyə verilməsindən əldə edilmiş aylıq icarə haqqına görə cəmi 2880 (iki min səkkiz yüz səksən) manat pul vəsaiti Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar