Məhkəmə qərarları › İş №2(012)-136/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-136/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-136/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Hüseyqulu oğlunun və İddiaçı2, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil- Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə 07 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil- Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 108 000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq onlara ödənilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə İddiaçı2 arasında olan razılaşmağa əsasən birincinin ona olan borcunu qarşılıqlı əvəzləşdirmək üçün mənzillərin alqı-satqısına dair müqavilə bağlanmışdır. Belə ki, həmin vaxt İddiaçı2 həmin tikintinin təsisatçısı olan X3 (108 000 manat dəyərində olan oboy satmışdır. Qeyd edilən oboylar isə Real-2016 MTK-nın Abşeron rayonunu Digah kəndində yerləşən anbarına vurulmuşdur. Qeyd edilən mallar Fuad Bayramova təhvil verilən zaman sonuncu bildirmişdir ki, malın pulunu 10 gün ərzində Emin Səmədərovdan götürüb onlara verəcəkdir. 10 gün tamam olduqdan sonra isə o, pulu verə bilmədiyini bildirərək, bunun müqabilində 140595 manat dəyərində olan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi, 133,3 kv olan, 4 otaqdan ibarət olan 76 saylı mənzili və 1-ci blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv. metr olan 2 otaqdan ibarət 31 saylı mənzili verməyi öhdəsinə götürmüşdür. Məbləğ arasındakı fərq isə ən pis hal üçün evləri sata bilməsələr, ucuz satıb pulu ala bilməklə bağlı idi. İşlədikləri ərazidə oxşar hadisələr olmuş, Fuad Bayramov başqa şəxslərə də eyni şəkildə mənzillər verilməsini təmin etmişdir. 10 gün sonra, xx.xx.2018-ci il tarixdə Real-2016 MTK-nın ünvan 1 ünvanında yerləşən ofisinə İddiaçı2 ilə gedərək müqavilə bağlamışlar. İddiaçı2 müəyyən problemləri olduğundan sənədləşmə İddiaçı1 adına baş tutmuşdur. Onlar cavabdeh firmanın ofisində olarkən MTK-nın sədri E.Səməndərov ofisdə olmuş, Fuad Bayramov müqavilə ilə birlikdə E.Səməndərovun otağına daxil olmuş, 3-5 dəqiqə sonra sonuncunun imzaladığını bildirərək imzalanmış müqaviləni, mədaxil qəbzlərini və maliyyə arayışını onlara təqdim etmişdir. Bununla belə nəticədə onlara pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. 2019-ci ilin sonu-2020-ci ilin əvvəllərində Fuad Bayramovun tutulmasını eşitdikdə sonra müqavilə ilə onlara aid olduğu bildirilən mənzillərə baxmaq üçün gəldikdə həmin mənzillərin qapılarının qoyulduğunun və onların üzərində nömrə qoyulduğunun şahidi olmuşlar. Bundan sonra cavabdeh MTK-nın sədri olan E.Səmədərovun yanına gələrək mövcud vəziyyəti izah etmişlər, o, isə qeyd edilən müqavilələrin saxta olduğunu, imzanın ona aid olduğunu, lakin skan olunduğunu, Fuad Bayramovun onu da aldatdığını bildirmişdir. Bundan sonra onlar məcbur qalaraq qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-1647/2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi, 133,3 kv olan, 4 otaqdan ibarət olan 76 saylı mənzili və 1-ci blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv. metr olan 2 otaqdan ibarət 31 saylı mənzilin İddiaçı1 təhvil verilməsi vəzifəsinin Real-2016 MTK-ya həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli qərardadla Cavabdeh2 MTK-nın sədri E.T.Səməndərovun və İddiaçı1 barəsində yuxarıda qeyd edilən hərəkətlərlə bağlı cinayət tərkibinin olub olmamamasını yoxlamaq üçün Abşeron rayon prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1647/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsassız, qanuna zidd və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 MTK-nın qeyd edilən mənzilləri satmaq hüququnun olmaması əsas göstərilərək iddianı rədd etmişdir. Qeyd edilən müqavilə Cavabdeh2 MTK və Real-2016 MTK-nın sədri tərəfindən imzalandığından və "xxxx" MTK-nın möhürü ilə təsdiq edildiyindən cavabdeh MTK mübahisəli mənzili təhvil verməkdən boyun qaçırmaq üçün həmin müqavilədəki imza və möhürün onlara aid olmadığını iddia etmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçılar İddiaçı1 Hüseyqulu oğlu və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh2 nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini əsaslandıran sübutlar təqdim olunmadığından iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1647/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, 4 otaqdan ibarət olan 76 saylı mənzili və 1-ci blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv.m olan, 2 otaqdan ibarət olan 31 saylı mənzilin İddiaçı1 təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir.Məhkəmə bu qənaətə gələrkən ona əsaslanmışdır ki, işin materiallarından olan 05 noyabr 2018-ci il tarixli müqavilələrin surətlərindən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan, 4 otaqdan ibarət olan 76 saylı mənzil və 1-ci blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv.m olan, 2 otaqdan ibarət olan 31 saylı mənzili Cavabdeh1 MTK müvafiq olaraq 86.645 manat və 53.950 manat ödəmək müqabilində İddiaçı1 ayırmağı öhdəsinə götürüb. Həmçinin həmin tarixli maliyyə arayışlarının surətindən müəyyən edilir ki, İddiaçı1 86.645 manat və 53.950 manat ödəmişdir və MTK-ya heç bir borcu yoxdur.İşin materiallarında olan Cavabdeh2 MTK ilə Cavabdeh1 MTK arasında xx.xx.2017-ci il tarixli “Birgə təsərrüfat Fəaliyyəti haqqında”müqaviləsinin mətninə görə Cavabdeh1 MTK birinci tərəfin sifarişi əsasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən binanın 4 və 5-ci girişinin tikinti işlərini payçılardan əlavə hər kv.m-ə 100 manat ödəməklə öz vəsaiti hesabına inşa etməyi öhdəsinə götürmüşdür.Həmin müqavilənin məzmunundan göründüyü kimi Cavabdeh1 MTK iş icraçısıdır, onun Cavabdeh2 MTK-ya məxsus binadan mənzil satmaq hüququ olmamışdır.Həmçinin,iddiaçı tərəfindən mübahisəli mənzillərə dair tərəflər arasında bağlanan müqavilələrin əsli də iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı mübahisəli mənzillərə dair tərəflər arasında bağlanmış mənzil-tikintisi haqqında müqavilələrin əslini məhkəməyə təqdim etmədiyindən,habelə belə bir müqaviləni təqdim etdiyi halda belə bir cavabdeh mübahisəli mənzillərlə bağlı alqı-satqı müqaviləsi bağlamaqda səlahiyyətli olmadığından, tərəflər arasında bağlanan müqavilələr hüquqi nəticə yaratmır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1406/2021 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1647/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin hazırkı halında da görünür ki, iddiaçılardan İddiaçı2 MTK-nın nümayəndəsi kimiX3 (108 000 manat dəyərində olan oboy satmasını, oboyların isə Real-2016 MTK-nın Abşeron rayonunu Digah kəndində yerləşən anbarına vurulmasını,malların Fuad Bayramova təhvil veriləndən sonra pulu verə bilmədiyini bildirərək, bunun müqabilində 140595 manat dəyərində olan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi, 133,3 kv olan, 4 otaqdan ibarət olan 76 saylı mənzili və 1-ci blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 83 kv. metr olan 2 otaqdan ibarət 31 saylı mənzili verməyi öhdəsinə götürməsi, Fuad Bayramovun mənzillərə dair müqaviləni, mədaxil qəbzlərini və maliyyə arayışını onlara təqdim etməsinə əsaslanaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi iddiaçılar iddia pul məbləğini cavabdehlərə deyil, X5 adlı şəxsə verdiklərini aboyun dəyəri olduğunu bildirirlər.Bunun müqabilində verilmiş mənzillərə dair müqavilələrin və maliyyə arayışlarının əsilləri yoxdur.Bununla bağlı məsələnin cavabdeh MTK ilə X5 adlı şəxslə öz aralarında olan bir münasibət kimi qiymətləndirmək olar.Göründüyü kimi hazırda iddiaya cavab verməli olan şəxs əslində X5 adlı şəxsdir.O isə iddia tələbi üzrə cavabdeh olaraq qoyulmamışdır.Oboyların iddiaçılar tərəfindən cavabdehlərə məxsus anbara yerləşdirilməsi də öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yenə həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə də həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə hesab edir ki, iddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərci 30 manat dövlət rüsumundan ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil- Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiаçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar