Məhkəmə qərarları › İş №2(012)-1361/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1361/2021

22.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1361/2021 22.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Qasımov İsa Umud oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə 22 yanvar 2021-ci il tarixdə , Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Qasımov İsa Umud oğlu cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3 maddəsinə görə iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin hüquqi ünvanı qeyd edilməmişdir , vergi ödəyişilərinin məlyumatları barədə elektron portaldan çıxarışa əsasən cavabdeh Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu ərazisindədir. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Qasımov İsa Umud oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar