Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1378/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Nado mebel əşyası üçün 566.6 manat ödənilməmiş hissə, 170 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG Kondisioner, HP noutbuk, GOODRAM Flash drive, X4, Logitech Mouse, Kaspersky Antivirus, Sumdex Toploader noutbuk çantası üçün 1340 manat ödənilməmiş hissə, 420 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 770.8 manat ödənilməmiş hissə, 225 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********73268 iPhone 11 markalı telefon, Samsung Paltaryuyan, Apple qulaqlıq üçün 3843.6 manat ödənilməmiş hissə, 792 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 8128 manat borcun və 101.28 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cıı il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Nado mebel əşyası, LG Kondisioner, HP noutbuk, GOODRAM Flash drive, X4, Logitech Mouse, Kaspersky Antivirus, Sumdex Toploader noutbuk çantası, Samsung LED televizor, İMEİ Kodu **********73268 iPhone 11 markalı telefon, Samsung Paltaryuyan, Apple qulaqlıq almış və nəticədə 8128 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1620 manat (20 ay x 81 manat + 0 manat ilkin ödəniş) Nado mebel əşyası üçün ümumilikdə, 736.6 manat olmaqla ondan, 566.6 manat ödənilməmiş hissə, 170 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3600 manat (18 ay x 200 manat + 0 manat ilkin ödəniş) LG Kondisioner, İİP noutbuk, GOODRAM Flash drive, X4, Logitech Mouse, Kaspersky Antivirus, Sumdex Toploader noutbuk çantası üçün ümumilikdə, 1760 manat olmaqla ondan, 1340 manat ödənilməmiş hissə, 420 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1358 manat (18 ay x 75 manat + 8 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 995.8 manat olmaqla ondan, 770.8 manat ödənilməmiş hissə, 225 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4755.6 manat (18 ay x 264.2 manat + 0 manat ilkin ödəniş) İMF2İ Kodu **********73268 iPhone 11 markalı telefon, Samsung Paltaryuyan, Apple qulaqlıq üçün ümumilikdə 4635.6 manat olmaqla, ondan 3843.6 manat ödənilməmiş hissə, 792 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 4812.6 manat təşkil edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən dəyəri 1620 manat olan Nado mebel əşyası, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, dəyəri 3600 manat olan LG Kondisioner, HP noutbuk, GOODRAM Flash drive, X4, Logitech Mouse, Kaspersky Antivirus, Sumdex Toploader noutbuk çantası, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, dəyəri 1358 manat olan Samsung LED televizor, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, dəyəri 4755,6 manat olan İMEİ Kodu **********73268 iPhone 11 markalı telefon, Samsung Paltaryuyan, Apple qulaqlıq qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 dekabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Nado mebel əşyası üçün 566.6 manat ödənilməmiş hissə, 170 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG Kondisioner, HP noutbuk, GOODRAM Flash drive, X4, Logitech Mouse, Kaspersky Antivirus, Sumdex Toploader noutbuk çantası üçün 1340 manat ödənilməmiş hissə, 420 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 770.8 manat ödənilməmiş hissə, 225 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********73268 iPhone 11 markalı telefon, Samsung Paltaryuyan, Apple qulaqlıq üçün 3843.6 manat ödənilməmiş hissə, 792 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 8128 manat borcu vardır. İşdə olan Cavabdeh ərizəsindən görünür ki, o, iddiaçının iddia tələbini tam şəkildə qəbul edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən hesablanmış 170 manat, 420 manat, 225 manat və 792 manat cərimə məbləğləri azaldılmalı və müvafiq olaraq 2 manat, 4 manat, 2 manat və 7 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 566,6 manat ödənilməmiş borc, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 1340 manat ödənilməmiş borc, 4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 770.8 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 3843,6 manat ödənilməmiş borc, 7 manat dəbbə pulu borcu olmaqla, cəmi 6536 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 101.28 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 566,6 manat ödənilməmiş borc, 2 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 1340 manat ödənilməmiş borc, 4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 770.8 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 3843,6 manat ödənilməmiş borc, 7 manat dəbbə pulu borcu olmaqla, cəmi 6536 manat və dövlət rüsumu üçün 101.28 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1378/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1378/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver