Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1386/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********91282 olan Samsung Galaxy A50 markalı mobil telefon üçün 116 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 768 manat ödənilməmiş hissə, 231 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********15192 olan X4 10 markalı mobil telefon üçün 475 manat ödənilməmiş hissə, 142 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Trust Speaker üçün 94 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********18654 olan X4 10 Pro markalı mobil telefon üçün 1066.3 manat ödənilməmiş hissə, 319 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********85488 ola Xoami POCO F2 Pro markalı mobil telefon üçün 1433.4 manat ödənilməmiş hissə, 399 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********69516 olan Realme 6 Pro markalı mobil telefon üçün 804.1 ödənilməmiş hissə, 237.2 manat cərimə pulu olmaqla, ümumilikdə 6146 manat borc və ödənilmiş dövlət rüsumuna görə 81.46 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********91282 olan Samsung Galaxy A50 markalı mobil telefon, Samsung Led televizor, İMEİ Kodu **********15192 olan **********15192 olan X4 Note 10 Pro markalı mobil telefon, Trust Speaker, İMEİ Kodu **********18654 olan X4 10 Pro markalı mobil telefon, İMEİ Kodu **********85488 Xiaomi POCO F2 Pro markalı mobil telefon, İMEİ Kodu **********769516 Realme 6 Pro markalı mobil telefon almış, nəticədə 6146 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 696 manat olan İMEİ Kodu **********91282 olan Samsung Galaxy A50 markalı mobil telefon üçün 116 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu olmaqla cəmi 150 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1386 manat olan Samsung LED televizor üçün 768 manat ödənilməmiş hissə, 231 manat cərimə pulu olmaqla, cəmi 999 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1323.2 olan İMEİ Kodu **********15192 olan Xiaomi Mi 10 markalı mobil telefon üçün 475 manat ödənilməmiş hissə, 142 manat dəbbə pulu olmaqla, cəmi 617 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 284.4 manat olan Trust Speaker üçün 94 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu olmaqla, cəmi 121 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1599.6 manat olan İMEİ Kodu **********18654 olan X4 10 Pro markalı mobil telefon üçün 1066.3 manat ödənilməmiş hissə, 319 manat cərimə pulu olmaqla, cəmi 1385.3 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarizli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1720.8 manat olan İMEİ Kodu **********85488 olan Xiaomi POCO F2 Pro markalı mobil telefon üçün 1433.4 manat ödənilməmiş hissə, 399 manat cərimə pulu olmaqla, cəmi 1832.4 manat borcu yaranmışdır. xx.xx.2020-ci il il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 928.5 manat olan İMEİ Kodu **********69516 olan Realme 6 Pro markalı mobil telefon üçün 804.1 manat ödəilməmiş hissə, 237.2 manat cərimə pulu olmaqla cəmi 1041.3 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 3181.7 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00964985 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A50 markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01112098 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung LED televizor qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-cu il tarixli 20051762 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********15192 olan X4 10 Pro markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 20090681 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Trust Speaker qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 20293247 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********18654 olan X4 10 Pro markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 20373959 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********85488 olan Xiaomi POCO F2 Pro markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 21031712 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********69516 olan Realme 6 Pro markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 dekabr 2021-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********91282 olan Samsung Galaxy A50 markalımobil telefon üçün 116 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu olmaqla, ümumilikdə 150 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 768 manat ödənilməmiş hissə, 231 manat cərimə pulu olmaqla, ümumilikdə 999 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********15192 olan X4 10 markalı mobil telefon üçün 475 manat ödənilməmiş hissə, 142 manat cərimə pulu olmaqla, ümumilikdə 617 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Trust 38BT Tytan 2.1 Speaker üçün 94 ödənilməmiş hissə, 27 manat cərimə pulu olmaqla, ümumilikdə 121 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********18654 X4 10 Pro markalı mobil telefon üçün 1066.3 manat ödənilməmiş hissə, 319 manat cərimə pulu olmaqla, ümumilikdə 1385.3 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********85488 olan Xiaomi POCO F2 Pro markalı mobil telefon üçün 1433.4 manat ödənilməmiş hissə, 399 manat cərimə pulu olmaqla, ümumilikdə 1832.4 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********69516 olan Realme 6 Pro markalı mobil telefon üçün 804.1 manat ödənilməmiş hissə, 237.2 manat cərimə pulu olmaqla, ümumilikdə 1041.3 manat borcu vardır. Cavabdehin cəmi 6146 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 34 manat cərimə pulunun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 231 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 142 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 27 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 319 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 399 manat cərimə pulunun və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 237.2 manat cərimə pulunun məbləği azaldılmalı və müvafiq olaraq 1 manat, 23 manat, 14 manat, 2 manat, 31 manat, 39 manat və 23 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 116 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 768 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 475 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 94 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1066,3 manat ödənilməmiş hissə, 31 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1433,4 manat ödənilməmiş hissə, 39 manat cərimə pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 804,1 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu olmaqla, ümumilikdə 4889,8 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 81,46 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 116 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 768 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 475 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 94 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1066,3 manat ödənilməmiş hissə, 31 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1433,4 manat ödənilməmiş hissə, 39 manat cərimə pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 804,1 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu olmaqla, ümumilikdə 4889,8 manat və ödənilmiş dövlət rüsumu üçün 81,46 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1386/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1386/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver