Məhkəmə qərarları › İş №2(012)-1396/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1396/2021

15.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1396/2021 15.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Kreditor MMC-nin (Electrolux-2) Borclu barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Kreditor MMC (Electrolux-2) Borclu barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Borclu 1023,62 (min iyirmi üç manat altmış iki qəpik) manat əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 1043,62 (min qırx üç manat altmış iki qəpik) manat məbləğində borcun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Məhkəməyə ünvanlanmış hazırki ərizə Kreditor MMC-nin diroktoru tərəfindən imzalanmışdır. Həmin şəxsin ərizəni imza etmə səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 278.3. maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. 279.2.2.maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə əmrinin verilməsi barədə ərizə direktor tərəfindən imzalansa da imza edən şəxsin adi və soyadı imza qrafasına qeyd edilməmişdir. Eyni zamanda ərizəyə Kreditor MMC-nin direktorunun kim olduğu haqqında hər hansı sənəd əlavə edilməmişdir. Belə olan halda direktorun imza etmə səlahiyyəti qeyri müəyyənlik yaradır. Ərizəyə əlavə edilmiş sənədlərin surətləri oxunmaz şəkildə natamam çıxarılmış, ona görə də onlar sənədlər hesab edilə bilməz, hazırkı kreditor tələbini əsaslandırdığı sənədləri ərizəsinə əlavə etməmişdir. Odur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275- 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Kreditor MMC-nin (Electrolux-2) Borclu barəsində borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar