Məhkəmə qərarları › İş №2(012)-1398/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1398/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1398/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh6 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli 056L**********09 saylı uzunmüddətli kredit müqaviləsinin və 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit müqaviləsi üzrə banka 13250.29 manat kredit borcu, 3392.08 manat faiz borcu və 6596.14 manat cərimə borcu olmaqla, cəmi 23238 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi, 44.0 m2 yaşayış sahəsi, 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və borcun onun satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, həmin torpaq sahəsinə və evə tutma yönəldikdən və o, açıq hərracda satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 Fərhad qızı və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 26.11.2018-ci il tarixli, 056L**********09 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh6 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.07.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh6 götürdüyü kredit borcundan 1749.71 manat ödəmiş, onun 13250.29 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh6 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.10.2020-ci il tarixə 456 gün üçün hesablanmış faiz borcu 3392.08 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.5% məbləğində cərimə ödəməlidir. 05.10.2020ci il tarixə 456 gün üçün hesablanmış 6596.14 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X5 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh6 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan X6, borclu Cavabdeh6 və Bank arasında bağlanılmış 27.11.2018-ci il tarixli, 056M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi 44.0 m2 yaşayış sahəsi 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət reyestrində 58 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi 44.0 m2 yaşayış sahəsi 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evi Cavabdeh6 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş əmlakda qeydiyyatda olan Cavabdeh5, X5 və Həsəni X9 rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi 44.0 m2 yaşayış sahəsi 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 05.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, iş üzrə alınmış qiymətləndirmə rəyi ilə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 izahatında iddia tələbini qəbul etmədiyini, borc məbləğlərindən ödəniş etdiyini və borcu bağlamaq niyyətində olduqlarını bildirdi. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə borclu Cavabdeh6 arasında bağlanmış 26.11.2018-ci il tarixli, 056L**********09 saylı Uzunmüddətli kredit müqaviləsinə əsasən bank borcalana 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açmışdır. Müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 26.11.2018-ci il tarixli, 056L**********09 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşmasından və ödəniş planından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh6 36 ay müddətinə, aylıq dərəcəsi 2.0833% olmaqla 15000 (on beş min) manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin müvafiq qrafikə əsasında aylıq 602 manat olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndində əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 məbləğində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş 30.11.2018-ci il tarixli kreditin verilməsi üçün köçürülmədən görünür ki, 30.11.2018-ci il tarixdə Cavabdeh6 İddiaçı QSC-dən 15000 manat məbləğində vəsait götürmüşdür. İş materiallarında olan 30.11.2018-ci il tarixli 056S**********01 nömrəli və 056S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 bank ilə borclu Cavabdeh6 arasında bağlanmış 26.11.2018-ci il tarixli, 056L**********09 saylı Uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi 44.0 m2 yaşayış sahəsi 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evi 20.05.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 27.11.2018-ci il tarixli, 056M**********01 saylı ipoteka saxlayan İddiaçı QSC və ipoteka qoyan Cavabdeh1 və borclu Cavabdeh6 ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində xüsusi mülkiyyətdə olan 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi 44.0 m2 yaşayış sahəsi 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evi 26.11.2018-ci il tarixli, 056L**********09 saylı Uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 18000 (on səkkiz min) manat təşkil edir. İş materallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində yerləşən 0.01 ha torpaq sahəsi və üzərindəki 13 saylı fərdi yaşayış evi İddiaçı QSC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 58 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 29.11.2018, qeydiyyat nömrəsi **********, əsas öhdəlik 26.11.2018-ci il tarixli, 056L**********09 saylı Uzunmüddətli kredit müqaviləsi, yüklülüyün müddəti 26.11.2018-ci ildən başlayaraq 120 (bir yüz iyirmi) ay. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, 01.10 2020-ci il tarixdə cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 borcunun ödənilməsi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur.. İş materiallarında olan 14.12.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 14.12.2020-ci il tarixinə Cavabdeh6 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması üzrə 10050.29 manat məbləğində əsas borcu, 4637.16 manat faiz borcu, 11795.63 manat cərimə borcu olmaqla, cəmi 26483.08 manat borcu vardır. İş materiallarında olan 30.11.2018-21.09.2021-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh6 tərəfindən sonuncu ödəniş 30.06.2021-ci ildə olmuşdur. İş materiallarında olan 22.09.2020-ci il tarixli 21989 nömrəli bildirişin surətindən və 29.09.2020-ci il tarixli 22495 nömrəli ərizədən görünür ki, Cavabdeh1 banka olan borcunun ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur, bildiriş ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində 30.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 26.11.2018-ci il tarixdə verilmiş 17/860 nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında 23.01.2003-cü il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: Cavabdeh6, X7, X8, Cavabdeh4 Fərhad qız, Cavabdeh3, X4, Cavabdeh5. İş materiallarında olan Cavabdeh6, Cavabdeh4 Fərhad qız, Cavabdeh3, Cavabdeh5 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən müəyyən olunu ki, **********09-10301 reyestr nömrəli çıxarış əsasında Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.01 ha torpaq sahəsinin və fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş evə (fərdi yaşayış evinə) tutma yönəldikdə və o satıldıqda onu qeyd şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. İş materiallarında olan Elektron Xidmət Portalından çıxarışdan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlakın tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin ödənilməsi bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından olan "xxxx" MMC tərəfindən verilən 15 iyul 2021-ci il tarixli, 306/E №-li ekspert rəyindən müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.01 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 66.4 kv.m, 44.0 kv.m yaşayış sahəsindən və 22.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 13 nömrəli yaşayış sahəsinin likvid dəyəri 2021-ci ilin iyul ayına bazar qiymətinin dəyəri 36000 (otuz altı min) manat, bazar dəyərinə uyğun likvid dəyəri 30 500 (otuz min beş yüz) manat müəyyən edilir. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 28 oktyabr 2021-ci il tarixli, 9/6073 №-li rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 056L**********09 nömrəli Uzun müddətli Kredit Müqaviləsinə əsasən 30 noyabr 2018-ci il tarixli 056R********** nömrəli nömrəli Kredit Razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh6 maliyyə arayışı müddətinə, yəni 05.10.2020-ci il tarixinədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə — 13229,39 AZN; faiz borcu üzrə — 4426,07 AZN; Qeyd edilir ki, tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 26 noyabr 2018-ci il tarixli 056L**********09 nömrəli Uzun müddətli Kredit Müqaviləsinə əsasən 30 noyabr 2018-ci il tarixli 056R********** nömrəli nömrəli Kredit Razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh6 maliyyə arayışı müddətindən sonra ödəniş etməsi müəyyən edilir. Həmin ödənşləri nəzərə aldıqda Cavabdeh6 müqavilə müddətinə, yəni 01.12.2021ci il tarixinədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə — 10529,39 AZN; faiz borcu üzrə — 7687,00 AZN; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 26.11.2018-ci il tarixli, 056L**********09 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Borcalan Cavabdeh6 30.11.2018-ci il tarixli 056R********** saylı razılaşma ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə bank tərəfindən Cavabdeh6 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması üzrə 14.12.2021-ci il tarixə 10050.29 manat əsas, 4637.16 manat faiz, 11795.63 manat cərimə borcu, cəmi 26483.08 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən həmçinin, müəyyən edildi ki, 30.11.2018-ci il tarixli 056S**********01 nömrəli və 056S**********01 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 26.11.2018-ci il tarixli, 056L**********09 saylı Uzunmüddətli kredit müqaviləsi və bu kredit müqavilənin ayrılmaz hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 6596,14 manat cərimənin məbləği azaldılmalı, 46 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC və Cavabdeh6 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, habelə zaminlik müqavilələri əsasında onun bank qarşısında öhdəliklərinə görə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onunla birgə məsuliyyət daşıdığından, iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməli, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10050.29 manat kredit borcu, 4637,16 manat faiz borcu, 46 manat cərimə borcu olmaqla, cəmi 14733,45 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 18000 (on səkkiz min) manat müəyyən edilsə də, mütəxəsis rəyində likvid dəyəri 2021-ci ilin iyul ayına 30 500 (otuz min beş yüz) manat müəyyən edildiyindən həmin rəydə göstərilən məbləğ likvid dəyəri kimi götürülməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi, 44.0 m2 yaşayış sahəsi, 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli və hərracdan satılandan bir ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 Fərhad qızı və Cavabdeh3 həmin evdən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 Fərhad qızının və Cavabdeh3 həmin torpaq sahəsi və evə istifadə hüququnun itirilməsinə və alıcıya təhvil verilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, tələb ipoteka predmetinə yönəldildiiyindən və bu hissədə iddia təmin edildiyindən iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli 056L**********09 saylı uzunmüddətli kredit müqaviləsi və 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10050.29 manat kredit borcu, 4637,16 manat faiz borcu, 46 manat cərimə borcu olmaqla, cəmi 14733,45 manat ödənilmiş dövlət rüsumu üçün 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu üçün 10 manat, habelə 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi, 44.0 m2 yaşayış sahəsi, 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, ipoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda, borcun ödənilməyən digər hissəsi Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməli, hərracdan satılandan bir ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 Fərhad qızı və Cavabdeh3 həmin evdən çıxarılmalı və onların həmin evə istifadə hüquqları itirilməli, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri 30 500 (otuz min beş yüz) manat müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli 056L**********09 saylı uzunmüddətli kredit müqaviləsi və 30.11.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10050.29 manat kredit borcu, 4637,16 manat faiz borcu, 46 manat cərimə borcu olmaqla, cəmi 14733,45 manat ödənilmiş dövlət rüsumu üçün 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu üçün 10 manat, habelə 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi, 44.0 m2 yaşayış sahəsi, 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. İpoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 Fərhad qızının və Cavabdeh3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi, 44.0 m2 yaşayış sahəsi, 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin, həmin ev açıq hərracdan satılandan bir ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 Fərhad qızı və Cavabdeh3 həmin evdən çıxarılsın. İpoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olan 0.01 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.4 m2 ümumi sahəsi, 44.0 m2 yaşayış sahəsi, 22.4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 13 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 30 500 (otuz min beş yüz) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar