Məhkəmə qərarları › İş №2(012)-1400/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1400/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1400/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə vurulmuş 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində maddi zərər və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC- yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən Cavabdeh 2019-cu ilin yanvar ayından 2020-ci ilin aprel ayına qədər olan işlədiyi günlər ərzində (2019-cu ilin yanvarında -650 manat, fevralında -335 manat, martında -585 manat, aprel ayında -600 manat, may ayında -480 manat, iyun ayında -375 manat, iyul ayında -345 manat, avqust ayında -225 manat, sentyabr ayında -160 manat, oktyabr ayında -100 manat, noyabr ayında -295 manat, dekabr ayında -210 manat, 2020-ci ilin yanvar ayında -265 manat, fevral ayında -195 manat, mart ayinda isə 115 manat) mütəmadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 15 ay ərzində İddiaçı MMC-yə ümumilikdə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində zərər vurmuşdur. Cavabdehə dəfələrlə söhbətlər aparılaraq göstərilən məbləğlərdə pulu qaytarmaq təklif olunsa da, lakin cavabdeh həmin borcunu hissə-hissə ödəyəcəyinə söz versə də bu günədək heç bir ödəniş etməmişdir. Bu barədə iddiaçı 28.05.2020-ci il tarixdə cavabdehə rəsmi (poçt vasitəsilə) qaydada (pretenziya) məktubu ilə müraciət edilərək zərərin ödənilməsi tələb olunsa da cavabdeh zərəri ödəməkdən yayınaraq iddiaçı müəssisəyə heç bir ödəniş etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 01.04.2013-cü il tarixdə İddiaçı MMC-də sürücü vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 125 manatdır. -İddiaçı» MMC tərəfindən verilmiş 31.03.2021-ci il tarixli, 896 nömrəli maliyyə arayışından görünür ki, "İddiaçı" MMC-də işlədiyi 01.01.2019-cu il tarixdən 31.03.2020-ci il tarixə qədərki dövr ərzində təyin olunmuş gündəlik planı mütəmadi olaraq kəsirlə verilməsi səbəbindən, Cavabdeh "İddiaçı" MMC-yə ümumilikdə 4935 (dörd min doqquz yüz otuz beş) manat borcu yaranmışdır. (maddi ziyan vurmuşdur), o cümlədən: 2019-cu il üzrə 4360 manat (yanvar-650; fevral- 335; mart- 585; aprel- 600; may - 480; iyun-375; iyul-345; avqust-225; sentyabr-160; oktyabr-100; noyabr- 295; dekabr- 210), 2020-ci il üzrə 575 manat (yanvar - 265; fevral-195; mart -115). -İddiaçı MMC ilə Cavabdeh arasında 01.04.2013-cü il tarxdə bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, Cavabdeh İddiaçı MMC-yə sürücü vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 125 manat təşkil edir. -01.04.2013-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh əmək müqaviləsindən irəli gələn bir sıra vəzifələri yerinə yetirməyi öz üzərinə götürmüşdür. -Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Forma №5K ödəniş cədvəllərindən görünür ki, Cavabdeh 2019-cu il üçün 01-31 yanvar-650; 04-28 fevral- 335; 02-30 mart- 585; 01-29 aprel- 600; 01-31 may - 480; 02-28 iyun-375; 02-18 iyul-345; 03-31 avqust- 225; 02-24 sentyabr-160; 05-14 oktyabr-100; 01-27 noyabr- 295; 03-31 dekabr- 210, 2020-ci il üçün 04-28 yanvar - 265; 03-29 fevral-195; 02-22 mart -115, ümumilikdə 4935 manat borcu yaranmışdır. -Abşeron RPŞ tərəfindən 24.11.2009-cu il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Paşayev X2 rayonu, Novxanı kəndində qeydiyyatdadır. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 28.05.2020-ci il tarixli 750 nömrəli məktubdan görünür ki, ona müəssisəyə vurulmuş 4935 manat məbləğində maddi zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən Cavabdeh 2019-cu ilin yanvar ayından 2020-ci ilin aprel ayına qədər olan işlədiyi günlər ərzində (2019-cu ilin yanvarında -650 manat, fevralında -335 manat, martında -585 manat, aprel ayında -600 manat, may ayında -480 manat, iyun ayında -375 manat, iyul ayında -345 manat, avqust ayında -225 manat, sentyabr ayında -160 manat, oktyabr ayında -100 manat, noyabr ayında -295 manat, dekabr ayında -210 manat, 2020-ci ilin yanvar ayında -265 manat, fevral ayında - 195 manat, mart ayinda isə 115 manat) mütəmadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 15 ay ərzində İddiaçı MMC-yə ümumilikdə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində borcu yaranmışdır. Cavabdehə göstərilən məbləğlərdə pulu qaytarmaq təklif olunmuş və bu barədə iddiaçı 28.05.2020-ci il tarixdə cavabdehə rəsmi (poçt vasitəsilə) qaydada (pretenziya) məktubu ilə müraciət edilərək zərərin ödənilməsi tələb olunsa da cavabdeh zərəri ödəməkdən yayınaraq iddiaçı müəssisəyə heç bir ödəniş etməmişdir. Bu səbəbdən İddiaçı MMC Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə vurulmuş 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində maddi zərər və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC- yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi cavabdeh iddiaçı ilə 01.04.2013-cü il tarixdə əmək müqaviləsi bağlayaraq sürücü vəzifələrdə işləmiş və vəzifəsində işləyərkən əmək intizamı xətasına yol verərək İddiaçı MMC-nə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi a) vəzifə təyinatına müvafiq əmək funksiyalarını yerinə yetirmək. b) müdriyyət tərəfindən təyin olunmuş gündəlik plan toplayaraq xəzinədara təhvil verilməsinə görə tam maddi məsuliyyət daşımaq, sərnişinlərə mədəni xidmət göstərmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən işçi Cavabdeh əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh əmək müqaviləsinin 3.1-ci maddəsində göstərilən öhdəliklərə və tam maddi məsuliyyət haqqında müqavilədə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Cavabdehin iddiaçıya maddi zərər vurması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Forma № 5K cədvəlində sürücünün gündəlik sürücülük fəaliyyətindən gələn gəlirin (planın) təhvil verilməsi ilə öz təsdiqini tapır. Belə ki, həmin cədvəllərdən görünür ki, sürücü Cavabdeh 01.01.2019-cu il tarixdən 31.03.2020-ci il tarixə günlərin əksəriyyətində gündəlik göstərilən plan məbləğini kəsirlə təhvil vermişdir. Kəsrlə verilmiş məbləğ hesablanarkən vurulmuş ziyanın məbləğinin cəmi 4935 (dörd min doqquz yüz otuz beş) manat olduğu müəyyən edilir. Bu məbləğ iddiaçının məhkəməyə verdiyi maliyyə arayışı ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC -yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Beləliklə məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ona vurulmuş maddi zərərə görə 4935 (dörd min doqquz yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar