Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1402/2022 06.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********17246 X5 8 markalı telefon üçün 47 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, 22.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********80766 Samsung Galaxy A20s markalı telefon üçün 132,10 manat ödənilməmiş hissə, 13,90 manat dəbbə pulu, 29.08.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Led televizor üçün 504 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 17.09.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 1067,40 manat ödənilməmiş hissə, 106,60 manat dəbbə pulu olmaqla, ümumilikdə 1925 manat borc və ödənilmiş dövlət rüsumuna görə 39,25 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 03.01.2020-ci il, 22.01.2020-ci il, 29.08.2020-ci il və 17.09.2020-ci tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********17246 X5 8 markalı telefon, İMEİ Kodu **********80766 Samsung Galaxy A20s markalı telefon, Samsung Led televizor və Samsung paltaryuyan almış və 1925 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 564 manat olan İMEİ Kodu **********17246 X5 8 markalı telefon üçün 47 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, alqı-satqı qiyməti 530,40 manat olan İMEİ Kodu **********80766 Samsung Galaxy A20s markalı telefon üçün 132,10 manat ödənilməmiş hissə, 13,90 manat dəbbə pulu, alqı-satqı qiyməti 672 manat olan Samsung Led televizor üçün 504 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu və alqı-satqı qiyməti 1130,40 manat olan Samsung paltaryuyan üçün 1067,40 manat ödənilməmiş hissə, 106,60 manat dəbbə pulu olmaqla, ümumilikdə 1925 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1146,30 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, 2020-ci il tarixdə "xxxx" MMC-dən əşyalar götürmüşdür. 2021-ci ilin yanvar ayından ödənişlərə başlamışdır. Daha sonra övladı qan xərçəngi olduğundan, bütün əmlakını satmışdır. Hazırda işsizdir və borcu ödəməyə maddi imkanı yoxdur. İş materiallarında olan 03.01.2020-ci il tarixli, 20007647 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********17246 X5 8 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.01.2020-ci il tarixli, 20053332 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********80766 Samsung Galaxy A20s markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.08.2020-ci il tarixli, 21123007 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Sadıqov X3 Led televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.09.2020-ci il tarixli, 21179002 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Sadıqov X3 paltaryuyan almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında 07 dekabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********17246 X5 8 markalı telefon üçün Cavabdeh 47 manat ödənilməmiş məbləğ və 4 manat dəbbə pulu, İMEİ Kodu **********80766 Samsung Galaxy A20s markalı telefon üçün 132,10 manat ödənilməmiş hissə, 13,90 manat dəbbə pulu Samsung Led televizor üçün 504 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu və Samsung paltaryuyan üçün 1067,40 manat ödənilməmiş hissə, 106,60 manat dəbbə pulu olmaqla ümumilikdə 1925 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 03.01.2020-ci il tarixli, 20007647 saylı, 22.01.2020-ci il tarixli, 20053332 saylı, 29.08.2020-ci il tarixli, 21123007 saylı və 17.09.2020-ci il tarixli, 21179002 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 03.01.2020-ci il tarixli, 20007647 saylı, 22.01.2020-ci il tarixli, 20053332 saylı, 29.08.2020-ci il tarixli, 21123007 saylı və 17.09.2020-ci il tarixli, 21179002 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 22.01.2020-ci il tarixli, 20053332 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********80766 Samsung Galaxy A20s markalı telefon üçün hesablanmış 13,90 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 2 manat, 29.08.2020-ci il tarixli, 21123007 saylı müqaviləyə əsasən, Samsung Led televizor üçün hesablanmış 50 manat dəbbə pulu 5 manat və 17.09.2020-ci il tarixli, 21179002 saylı müqaviləyə əsasən, Samsung paltaryuyan üçün hesablanmış 106,60 manat dəbbə pulu isə 10 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 39,25 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03.01.2020-ci il tarixli, 20007647 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********17246 X5 8 markalı telefon üçün 47 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, 22.01.2020-ci il tarixli, 20053332 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********80766 Samsung Galaxy A20s markalı telefon üçün 132,10 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 29.08.2020-ci il tarixli, 21123007 saylı müqaviləyə əsasən, Samsung Led televizor üçün 504 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və 17.09.2020-ci il tarixli, 21179002 saylı müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 1067,40 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 1771,50 manat borc və dövlət rüsumu kimi ödənilmiş 39,25 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1402/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1402/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver