Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-143/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.01.2018-ci il tarixli müqaviləsinə görə, HP notebook üçün 1190 manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1220 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 23.01.2018-ci il tarixli müqaviləyə əsasən, HP notebook almış və nəticədə 1190 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1488 manat olan HP notebook üçün 1190 manat ödənilməmiş hissə olmaqla, cəmi 1190 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 298 manat təşkil edir. Cavabdeh 20.04.2021-ci il tarixdə təhvil-təslim aktı olmadan notebooku şirkətə ataraq çıxıb getmişdir.Texniki vəziyyət barədə aktdan görünür ki, notebookda maye,zədə,kənar müdaxilə yoxdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, şəhid ailəsidir və İİ qrup əlildir. Həmçinin keçmiş mətbuat işçisi olmuşdur. Övladı onun adına İddiaçı MMC-dən komputer götürmüşdür. 1 ay işlətdikdən sonra komputer işləməmişdir. Həmin komputerin qızıl zəmanəti də vardır. Notebook servisə göndərilmişdir. Servisdən ona yeni notebook gəldikdə zəng edəcəklərini bildirmişlər. Lakin ona zəng edilməmişdir. Daha sonra iddiaçı şirkət tərəfindən notebookun əzəvinə ona mebel veriləcəyi deyilmişdir. Bundan 3 il sonra İddiaçı MMC-nin Hüquq Şöbəsindən ona zəng edilərək, kredit borcunu ödəməsi tələb edilmişdir. Ona heç bir akt verilməmişdir. O, notebooku 2018-ci ildə təhvil vermişdir. İş materiallarında olan 23.01.2018-ci il tarixli, 25060 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh HP notebook almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 23.01.2018-ci il tarixli, 25060 saylı müqaviləyə əsasən HP 15-bw556ur modeli olan notebook üçün Cavabdeh 1190 manat ödənilməmiş hissə olmaqla, cəmi 1190 manat borcu vardır. İş materiallarında olan 28.01.2022-ci il tarixli,texniki vəziyyət barədə aktdan görünür ki, HP 15-bw556ur modeli olan, 23.01.2018-ci il tarixdə satılmış notebook 20/04/2021-ci il tarixdə servisə qəbul edilmiş və notebookda maye,zədə,kənar müdaxilə yoxdur,qüsur aşkar olunmamışdır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 23.01.2018-ci il tarixli, 25060 saylı müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Cavabdeh məhkəmə iclasında izahatında 1 ay işlətdikdən sonra komputerin işləməməsini, notebooku 2018-ci ildə təhvil verdiyini göstərmiş,lakin bununla bağlı sübutlar təqdim etməmiş,əksinə olaraq iş materiallarında olan 28.01.2022-ci il tarixli,texniki vəziyyət barədə aktdan görünür ki, HP 15-bw556ur modeli olan, 23.01.2018-ci il tarixdə satılmış notebook 20/04/2021-ci il tarixdə servisə qəbul edilmiş və notebookda maye,zədə,kənar müdaxilə yoxdur,qüsur aşkar olunmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 23.01.2018-ci il tarixli, 25060 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 23.01.2018-ci il tarixli, 25060 saylı müqaviləyə əsasən, HP notebook üçün 1190 manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1220 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-143/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-143/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver