Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1431/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun, o cümlədən vəkilə ödənilmiş 160 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir müddət Bakı şəhərində Yaşıl Bazarın yaxınlığında icarəyə qaraj götürüb motosikletlərin təmiri ilə məşğul olmuşdur. Cavabdeh ilə də həmin yerdə tanış olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə işlədiyi qaraja yaxınlaşaraq Tufan M50 markalı mopedlə gələrək həmin mopedi satmaq istədiyini bildirmişdir. O, mopedə baxış keçirib texniki vəziyyətinə baxaraq Cavabdeh həmin mopedi 1000 manata almağa razılığa gəlmişdir. Mopedin mühərriki kiçik olduğundan öz aralarında sənədləşmə edərək Cavabdeh şəxsiyyət vəsiqəsinin surətini götürərək sözü gedən mopedi 1000 manata almışdır. Sonradan həmin mopedə əl gəzdirərək 1200 manata Tap.az internet vasitəsi ilə Əliyev Aydın adlı şəxsə satmışdır. Lakin bir müddət sonra ona məlum olmuşdur ki, həmin moped Cavabdeh yox, digər şəxsə məxsus olmuşdur. Sonradan mopedi satdığı Aydın Əliyev adlı şəxs xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində sözü gedən mopedi Nəsimi rayonu, S.Vurğun küçəsində idarə edən zaman, iki nəfər şəxs Aydın Əliyevə yaxınlaşaraq mopedin onlara aid olmasını və həmin mopedin sənədlərini Aydın Əliyəvə təqdim edərək oğurlanmasını bildirmişlər. Bundan sonra müəyyən edilmişdir ki, həqiqətəndə həmin moped əvvələr Ramil Qasımov adlı şəxsə məxsus olmuşdur və Cavabdeh 1 il müddətinə kredit şərti ilə Ramil Qasımovdan almış, lakin pulunu verməmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-də xx.xx.2022-ci il tarixli (cinayət işi başlanmasının rədd edilməsi haqqında) qərar verilmişdir. Sonradan mülki qaydada Aydın Əliyev ona qarşı Gəncə Şəhər Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1470/2023 saylı qətnaməsi qəbul edilmişdir. Qətnamə əsasında o, Aydın Əliyevə 1282 manat məbləğində pul qaytarmışdır. Bununla bağlı Gəncə şəhər İcra İdarəsinin Qərarını iddia ərizəmə əlavə etmişdir. O, cavabdehdən aldığı mopedə görə 1000 manat zərərə düşdüyü üçün məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Aydın Əliyevin pulla aldığı mopedin ondan alınması barədə müraciəti barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəflərə, məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur. İşdə olan Gəncə Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-1470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin icra sənədinə görə borclu İddiaçı cəmi 1282 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə tələbkar X2 etibarnamə üzrə nümayəndəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktuba əsasən borc tam ödənilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-1470/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı cəmi 1282.50 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkil haqqı kimi 160 manat vəsait ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi qaraja yaxınlaşaraq Tufan M50 markalı mopedlə gələrək həmin mopedi satmaq istədiyini ona bildirmişdir, iddiaçı ondan 1000 manata mopedi almışdır. Sonradan iddiaçı mopedi 1200 manata X1. Daha sonra isə məlum olmuşdur ki, həmin moped Cavabdeh yox, digər şəxsə məxsus olmuşdur. Aydın Əliyev xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində sözü gedən mopedi Nəsimi rayonu, S.Vurğun küçəsində idarə edən zaman, iki nəfər şəxs Aydın Əliyevə yaxınlaşaraq mopedin onlara aid olmasını və həmin mopedin sənədlərini Aydın Əliyəvə təqdim edərək oğurlanmasını bildirmişlər. Bundan sonra müəyyən edilmişdir ki, həqiqətən də həmin moped əvvələr Ramil Qasımov adlı şəxsə məxsus olmuşdur və Cavabdeh 1 il müddətinə kredit şərti ilə Ramil Qasımovdan onu almış, lakin pulunu verməmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-də araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərar verilmişdir. Bundan sonra, Aydın Əliyev İddiaçı qarşı Gəncə Şəhər Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1470/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cəmi 1282.50 manat məbləğində pul vəsaitinin alınaraq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və İddiaçı tərəfindən tam icra edilmiş, icra icraatına xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun, o cümlədən vəkilə ödənilmiş 160 manat vəsairin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşdən görünür ki, Cavabdeh özünə məxsus olmayan daşınar əşyanı, yəni mopedi 1000 manata İddiaçı şifahi alqı-satqı müqaviləsi vasitəsilə satmış, iddiaçı isə bu əşyanı 1200 manata digər şəxsə satmış, lakin bu əşyanın mülkiyytəçisi başqa şəxs olduğundan onu almış Aydın Əliyev İddiaçı qarşı məhkəmədə iddia qaldırmış, İddiaçı mopedə görə 1200 manatı geri qaytararaq maddi ziyana düşmüşdür. Özünə məxsus olmayan əşyaya görə Cavabdeh 1000 manat ödənildiyindən həmin məbləğ ondan tutularaq İddiaçı qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, hazırki mübahisə üzrə iddiaçı vəkilə müraciət etmək üçün 160 manat vəsait xərcləmişdir. Onun tələbi əsaslı olduğu üçün hüququnun bərpa edilməsi məqsədilə çəkdiyi xərc də cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh cəmi 1160 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1160 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1431/2024
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1431/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver