Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1435/2022 04.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2350 manat məbləğində pulun, dəymiş maddi ziyana görə 1800 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin may ayının əvvəli Abşeron rayonu, Saray qəsəbəsinin sakini Cavabdeh 12 baş xırdabuynuzlu heyvanları ümumilikdə 2350 manata satmışdır. Onların şifahi razılaşmalarına əsasən Əkbər iddiaçıya quzuların pulunu 25 may 2021-ci il tarixdə ödəməyə söz vermişdir. Lakin, Əkbər danışdığı müddətdə pulu ona qaytarmamışdır. O, cavabdehin evini axtarıb tapmış və cavabdeh ondan pulu qaytarmaq üçün vaxt istəmişdir. Daha sonra, dəfələrlə müraciət etsə də pulu qaytarmamışdır. Cavabdeh pulunu istədikdə özünə məxsus olmayan “Ford transit markalı Az ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının yaşadığı evin həyətinə sürüb gətirərək pulunu ödədikdən sonra avtomobili götürəcəyini bildirmişdir. Həmin avtomobilin əsl sahibi Cavabdeh qanunsuz hərəkətlərindən Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron Rayon Polis İdarəsində izahatı alınan Cavabdeh ona borclu olduğunu etiraf etmişdir. Cavabdeh ona 2350 manat məbləğində borclu olduğunu etiraf etməsi 22 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda da öz əksini tapmışdır. O, Cavabdeh satdığı heyvanları faizlə götürdüyü pulla almışdır. Cavabdeh ona pulu vaxtında qaytarmadığına görə əlavə 1800 manat faiz ödəmişdir. Bundan başqa, ona kifayət qədər mənəvi ziyan dəymişdir. Onun ailə vəziyyəti kifayət qədər ağırdır. Belə ki, həyat yoldaşı ikinci qrup əlildir. Bundan başqa, himayəsində 1-ci qrup övladı və onun iki övladı və həyat yoldaşı vardır. Odur ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Qeyd etdi ki, etiraf ərizəsində iddiaçıya 2350 manat borcunun olduğunu qeyd etsə də, borcu həmin miqdarda deyil, 1820 manat borcu vardır. Borc məbləğindən 200 manatını polis idarəsində iddiaçıya vermişdir. Borcu qaytarmağa imkanı olmamışdır Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, baş polis leytenantı X3 22.12.2021-ci il tarixli qərarından müəyyən edilir ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İzahatı alınmış Cavabdeh izahatında qeyd etmişdir ki, 2021-ci ilin may ayının əvvəli o Abşeron rayonu Saray qəsəbə sakini İddiaçı 12 baş qoyunu pulunu 15 gün sonra ödəmək şərti ilə almışdır. Onun İddiaçı ümumilikdə - 2350 manat ödəməli pulu qalmışdır. Lakin o, rədd verdiyi müddət ərzində İddiaçı pulunu ödəyə bilməmiş və bu səbəbdən aralarında söz mübahisəsi yaranmışdır. Nəticədə o icarəyə X1 götürdüyü Ford transit markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili pulunu ödəyənə qədər İddiaçı həyətində saxlamış və pulunu tam ödədikdən sonra avtomobili geri götürəcəkmiş. O , bu barədə avtomobilin sahibinə xəbər verməmişdir. Onun maddi imkanı olmadığına görə İddiaçı pulunu qaytara bilməmişdir. O, yaxın vaxtlarda Xanoğlana olan borcunu ödəyəcəyinə söz vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya 2350 manat borcu olmuş, lakin həmin borcdan 200 manat ona qaytarılmış və iddiaçı özü də bunu etiraf etmişdir. Ona görə də , iddia tələbi əsas borc tələbinə dair hissədə qismən təmin edilməli cavabdehdən iddiaçının xeyrinə 2150 manat məbləğində pul tutulmalıdır. İddia tələbinin 1800 manat maddi ziyan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı əsas borcun yaranma əsasını faizə götürdüyü borcdan yaranmasını bu qədər faiz ödəməsi ilə ziyana düşməsi kimi əsaslandırır. İş materiallarından göründüyü kimi cavabdeh borclu olduğu 2350 manatı 2021-ci ilin may ayından özündə saxlamaqla iddiaçı isə hazırkı iddia ilə 2022-ci ilin 19 yanvar tarixində məhkəməyə müraciət etdiyindən 08 ay özündə saxlamaqla illik 5% faizlə iddiaçıya cəmisi 78,32 manat məbləğində maddi ziyan vurmuşdur ki, həmin məbləğ də cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 1000 manat məbləğində mənəvi zərərə görə təzminatın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa Məhkəməsinin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməsə də, iddianın əsas tələb hissəsində sübut olunması, 2021-ci ilin may ayından cavabdehin iddiaçıya borclu olduğu 2350 manat məbləğində pulu ona müxtəlif bəhanələrlə qaytarmaması faktı tərəflər arasında yaranan mübahisə nəticəsində iddiaçının mənəvi zərər çəkməsi qaçılmazdır. Ona görə də, məhkəmə bunu əsas götürərək hesab edir ki, iddiaçıya cavabdehin təqsirli hərəkəti nəticəsində dəyən mənəvi zərərin ağlabatan məbləği 100 manat məbləğində müəyyən edilməli, bu hissədə iddia qismən təmin edilməli, Cavabdeh 100 manat mənəvi zərərə görə pul tutulub iddiaçıya verilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2150 (iki min yüz əlli) manat məbləğində əsas borc, 78,32 manat maddi ziyan və 100 (yüz) manat mənəvi zərərə görə pul 2.328,32 (iki min üç yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habələ Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə cavabdeh iddianın təmin edilən 2.328,32 (iki min üç yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat hissəsinə mütənasib olaraq 43.28 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2150 (iki min yüz əlli) manat məbləğində əsas borc, 78,32 manat maddi ziyan və 100 (yüz) manat mənəvi zərərə görə pul 2.328,32 (iki min üç yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 43.28 manat dövlət rüsumuna görə pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt ApelLyasiya Məhkəməsinə apeLlyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1435/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1435/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver