Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1435/2024 06.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan nisyə götürdüyü 3731 (üç min yeddi yüz otuz bir) manat dəyərində siyahıda adları qeyd olunmuş malları, olmadığı təqdirdə isə həmin mallara görə ona borclu olduğu 3341 (üç min üç yüz qırx bir) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin oktyabr, noyabr aylarında atası X2 ankoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlı, onun müalicəsi üçün pul tapmaqda çətinlik çəkdiyinə görə o, özünə məxsus cehiz əşyalarının və istifadə etmədiyi 3731 (üç min yeddi yüz otuz bir) manat dəyərində aşağıda qeyd olunan (20 ədəd 45 manatlıq taxt üçün pasteli 900 manat dəyərində, 17 ədəd 32 manatlıq tək adamlıq pastel dəsti 544 manat dəyərində, 2 ədəd 60 manatlıq 120 manat dəyərində sokçəkən maşın, 2 boşqab dəsti 120 manat dəyərində, koftalar 4 ədəd 12 manatlıq 48 manat dəyərində, 7 manat dəyərində 1 ədəd şalvar, 1 ədəd 6 manat dəyərində qadın alt paltarı, 6 ədəd 25 manatlıq 150 manat dəyərində taxt prosdinası və yastıq üzü, 1 ədəd 1 manatlıq qadın corabı, 8 ədəd 7 manatlıq şalvar 56 manat dəyərində, 1 ədəd spartivni dəsti 30 manat dəyərində, 2 ədəd odeyal 40 manatlıq cəmi 80 manat dəyərində, versalnı boşqab dəsti 40 manat dəyərində 1 dəst, 1 ədəd 40 manatlıq taxt üstü odeyal, kofta və uşaq pijaması 4 ədəd 13 manatlıq 52 manat dəyərində, 4 dəst alt paltarlar 5 manatlıq 20 manat dəyərində, 2 ədəd mayka 3 manatlıq 6 manat dəyərində, 4 ədəd qadın maykası 4 manatlıq 16 manat dəyərində, 12 ədəd 14 manatlıq tək adamlıq prostina 168 manat dəyərində, 56 manatlıq 1 ədəd süfrə, 18 manatlıq 3 ədəd boşqab 54 manat dəyərində, 9 manatlıq 5 ədəd peyama 45 manat dəyərində, 12 manatlıq 2 ədəd çay dəsmalı 24 manat dəyərində, Qara kasa 3 ədəd 36 manatlıq 108 manat dəyərində, 1 ədəd 16 manatlıq əl-üz dəsmalı, 10 ədəd 10 manatlıq 100 manat dəyərində yastıq üzləri, 1 ədəd 52 manat dəyərində süfrə, 1 ədəd 188 manat dəyərində taxt üstü pokraval ədəd 70 manat dəyərində bagema vaza, 5 ədəd 10 manatlıq yastıq üzləri 50 manat dəyərində, 5 cüt 15 manatlıq qadın tapıçkası 75 manat dəyərində, 3 ədəd 17 manatlıq aş qarası boşqabı 51 manat dəyərində, 2 ədəd 48 manatlıq Türkiyə boşqabları 96 manat dəyərində, 1 ədəd 95 manat dəyərində xalça, 1 ədəd 90 manat dəyərində xalça, 1 ədəd 11 manatlıq qadın şalvarı, 1 ədəd 26 manatlıq qaşıq dəsti və 6 ədəd 20 manatlıq təkadamlıq prostina və yastıq üzü 120 manat dəyərində) malları qonşumuz Zenfiranın vasitəçiliyi ilə tanış olduğu paltar alış-verişi ilə məşğul olan və bu səbəbdən tanış olduğu əslən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (tel: ***-***- **-**) vermişdir ki, qısa müddətdə həmin əşyaların pullarını ondan alıb atasının davadərmanına versin. Sevinc həmin malların pullarını 1-2 aya qaytaracağına söz vermişdi. Lakin artıq 1 ildən artıq müddət keçməsinə baxmayaraq Sevinc həmin pulları ona qaytarmır. Hər dəfə bir bəhanə gətirərək nə verdiyi əşyaların pulunu nə əşyaları ona qaytarmır. Gah deyir ki, kartın nömrəsini ona göndərsə pullarını köçürsün, gah da başqa formada ona vədlər verərək aldadır. Onun ona borclu olduğunu onunla telefon danışığı, səs yazıları və SMS-lər də təsdiq edir. (İş materialına əlavə edilir) Ötən müddət ərzində həmin puldan ona cəmisi 390 manat pul qaytarıb. 3341 (üç min üç yüz qırx bir) manat borcu isə qaytarmayıb. Son zamanlar Sevinc telefon zənglərinə də cavab vermir, ona görə də o məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciıt edərək, Cavabdeh ondan nisyə götürdüyü 3731 (üç min yeddi yüz otuz bir) manat dəyərində siyahıda adları qeyd olunmuş malları, olmadığı təqdirdə isə həmin mallara görə ona borclu olduğu 3303 (üç min üç yüz üç) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə tez –tez əlaqə saxlayır və cavabdeh ona 05 mart 2024cü il tarixdə 30 manat, 11 mart 2024-cü il tarixdə isə 8 manat ödəniş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. Cavabdeh ona yataq dəsti almaq istədiyini bildirdikdə, o, İlhamədə olduğunu bildirirərək, cavabdehi ona yönləndirmişdir. Sonradan cavabdehin İlhamədən mal aldığını bildim. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçının eltisidir. Onlar iddiaçı il bir evdə yaşayırlar. Cavabdeh 2-3 ay ərzində evə gəlib mal aparıb. Malların dəyəri 3000-4000 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Daxılı İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İlhamə Vəliyevadan 3000 manat dəyərində yataq dəsti alan şəxsin xx.xx.1968-cı il təvəllüdlü Cavabdeh olması müəyyən edilmişdir. İlhamə Vəliyeva ilə Cavabdeh arasında olan məsələnin mülki xarakterli olduğundan aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında tapşırıq ilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan ona aid olan malları satmaq üçün almış, lakin verilən tapşırığı lazımi qaydada yerinə yetirmədiyi üçün ümumilikdə 3303 manat iddiaçıya zərər vurmuşdur. Cavabdeh tapşırığı qısa müddətə yerinə yetirilməsinə dair öhdəlik götürsə də, lakin onu icra etməmişdir. Buna görə də hazırda iddiaçı cavabdehə satmaq üçün verdiyi malların qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir 779–cu maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 20 ədəd 45 manatlıq taxt üçün yataq dəsti 900 manat dəyərində, 17 ədəd 32 manatlıq tək adamlıq yataq dəsti 544 manat dəyərində, 2 ədəd 60 manatlıq 120 manat dəyərində sokçəkən maşın, 2 boşqab dəsti 120 manat dəyərində, koftalar 4 ədəd 12 manatlıq 48 manat dəyərində, 7 manat dəyərində 1 ədəd şalvar, 1 ədəd 6 manat dəyərində qadın alt paltarı, 6 ədəd 25 manatlıq 150 manat dəyərində taxt mələfəsi və yastıq üzü, 1 ədəd 1 manatlıq qadın corabı, 8 ədəd 7 manatlıq şalvar 56 manat dəyərində, 1 ədəd sport dəsti 30 manat dəyərində, 2 ədəd odeyal 40 manatlıq cəmi 80 manat dəyərində, versal boşqab dəsti 40 manat dəyərində 1 dəst, 1 ədəd 40 manatlıq taxt üstü odeyal, kofta və uşaq pijaması 4 ədəd 13 manatlıq 52 manat dəyərində, 4 dəst alt paltarlar 5 manatlıq 20 manat dəyərində, 2 ədəd mayka 3 manatlıq 6 manat dəyərində, 4 ədəd qadın maykası 4 manatlıq 16 manat dəyərində, 12 ədəd 14 manatlıq tək adamlıq prostina 168 manat dəyərində, 56 manatlıq 1 ədəd süfrə, 18 manatlıq 3 ədəd boşqab 54 manat dəyərində, 9 manatlıq 5 ədəd peyama 45 manat dəyərində, 12 manatlıq 2 ədəd çay dəsmalı 24 manat dəyərində, Qara kasa 3 ədəd 36 manatlıq 108 manat dəyərində, 1 ədəd 16 manatlıq əl-üz dəsmalı, 10 ədəd 10 manatlıq 100 manat dəyərində yastıq üzləri, 1 ədəd 52 manat dəyərində süfrə, 1 ədəd 188 manat dəyərində taxt üstü yataq örtüyü, 1ədəd 70 manat dəyərində bagema vaza, 5 ədəd 10 manatlıq yastıq üzləri 50 manat dəyərində, 5 cüt 15 manatlıq qadın başmağı 75 manat dəyərində, 3 ədəd 17 manatlıq aş qarası boşqabı 51 manat dəyərində, 2 ədəd 48 manatlıq Türkiyə boşqabları 96 manat dəyərində, 1 ədəd 95 manat dəyərində xalça, 1 ədəd 90 manat dəyərində xalça, 1 ədəd 11 manatlıq qadın şalvarı, 1 ədəd 26 manatlıq qaşıq dəsti və 6 ədəd 20 manatlıq təkadamlıq mələfə və yastıq üzü 120 manat dəyərində mallar həmin mallar olmadıqda 3303 pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 ədəd 45 manatlıq taxt üçün yataq dəsti 900 manat dəyərində, 17 ədəd 32 manatlıq tək adamlıq yataq dəsti 544 manat dəyərində, 2 ədəd 60 manatlıq 120 manat dəyərində sokçəkən maşın, 2 boşqab dəsti 120 manat dəyərində, koftalar 4 ədəd 12 manatlıq 48 manat dəyərində, 7 manat dəyərində 1 ədəd şalvar, 1 ədəd 6 manat dəyərində qadın alt paltarı, 6 ədəd 25 manatlıq 150 manat dəyərində taxt mələfəsi və yastıq üzü, 1 ədəd 1 manatlıq qadın corabı, 8 ədəd 7 manatlıq şalvar 56 manat dəyərində, 1 ədəd sport dəsti 30 manat dəyərində, 2 ədəd odeyal 40 manatlıq cəmi 80 manat dəyərində, versal boşqab dəsti 40 manat dəyərində 1 dəst, 1 ədəd 40 manatlıq taxt üstü odeyal, kofta və uşaq pijaması 4 ədəd 13 manatlıq 52 manat dəyərində, 4 dəst alt paltarlar 5 manatlıq 20 manat dəyərində, 2 ədəd mayka 3 manatlıq 6 manat dəyərində, 4 ədəd qadın maykası 4 manatlıq 16 manat dəyərində, 12 ədəd 14 manatlıq tək adamlıq prostina 168 manat dəyərində, 56 manatlıq 1 ədəd süfrə, 18 manatlıq 3 ədəd boşqab 54 manat dəyərində, 9 manatlıq 5 ədəd peyama 45 manat dəyərində, 12 manatlıq 2 ədəd çay dəsmalı 24 manat dəyərində, qara kasa 3 ədəd 36 manatlıq 108 manat dəyərində, 1 ədəd 16 manatlıq əl-üz dəsmalı, 10 ədəd 10 manatlıq 100 manat dəyərində yastıq üzləri, 1 ədəd 52 manat dəyərində süfrə, 1 ədəd 188 manat dəyərində taxt üstü yataq örtüyü, 1ədəd 70 manat dəyərində bagema vaza, 5 ədəd 10 manatlıq yastıq üzləri 50 manat dəyərində, 5 cüt 15 manatlıq qadın başmağı 75 manat dəyərində, 3 ədəd 17 manatlıq aş qarası boşqabı 51 manat dəyərində, 2 ədəd 48 manatlıq Türkiyə boşqabları 96 manat dəyərində, 1 ədəd 95 manat dəyərində xalça, 1 ədəd 90 manat dəyərində xalça, 1 ədəd 11 manatlıq qadın şalvarı, 1 ədəd 26 manatlıq qaşıq dəsti və 6 ədəd 20 manatlıq təkadamlıq mələfə və yastıq üzü 120 manat dəyərində mallar, həmin mallar olmadıqda 3303 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1435/2024
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1435/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver