Məhkəmə qərarları › İş №2(012)-144/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-144/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-144/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1515,41 manat əsas, 933,42 manat faiz borcu, 1188,27 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,09 manat faiz borcu olmaqla, cəmi 3853,19 manat borcun və 30 manat dövlət rüsumuna görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 904613 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 39 ay müddətinə 2963,16 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği tərəflərin razılığı ilə 1853,66 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit müqaviləsinə əsasən 1515,41 manat əsas borc, 933,42 manat faiz borcu, 1188,27 manat cərimə olmaqla, cəmi 3853,19 manat borcu, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 216,09 manat faiz borcu yaranmışdır. Bu borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borc onun tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirdi və borcunun iddia ərizəsində göstərilən məbləğdə olmadığını göstərdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1521/14 saylı, 904613 hesab nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı həmin müqavilə əsasında 12 ay müddətinə, ilik 31 % tətbiq edilməklə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli, 1521/14 saylı, 904613 hesab nömrəli kredit müqaviləsi üzrə borcun 2963,16 manat təşkil etməsi və kreditin qaytarılma vaxtının xx.xx.2016-cı ilədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli, 1521/14 saylı, 904613 hesab nömrəli kredit müqaviləsi üzrə borcun 1853,66 manat təşkil etməsi və kreditin qaytarılma vaxtının xx.xx.2018-ci ilədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********029 saylı arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli, 904613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 1515,41 manat əsas borc, 933,42 manat faiz borcu, 1188,27 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 216,09 manat faiz borcu olmaqla, cəmi 3853,19 manat borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/627 saylı rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 1521/14 saylı, 904613 hesab nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 1135,02 manat əsas borc, 205,56 manat faiz borcu, xx.xx.2020ci il tarixinə isə 1135,02 manat əsas borc, 205,56 manat faiz borcu, 160,01 manat illik 5 faiz hesablanmaqla faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 1188,27 manat cərimənin məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 216,09 manat faiz borcu tələb etmiş, aparılmış ekspertiza tədqiqatı nəticəsində bu borcun 160,01 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddia bu hissədə ekspertiza rəyi nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, 1521/14 saylı, 904613 hesab nömrəli kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 160,01 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, 1521/14 saylı, 904613 hesab nömrəli kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1135,02 manat əsas borc, 205,56 manat faiz borcu, 20 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 160,01 manat faiz borcuna görə, cəmi 1520,59 manat pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa, keçirilmiş ekspertizanın dəyəri 50 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub ləğv prosesində olan İddiaçı ASC-yə və 50 manat ekspertiza xərci Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 1135,02 manat əsas borc, 205,56 manat faiz borcu, 20 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 160,01 manat faiz borcu, cəmi 1520,59 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertizanın xərci kimi 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar