Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1446/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı oglunun, onun vəkili-nümayəndəsi Vəkil1, nümayəndəsi X6 oglunun, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1, Cavabdeh3 Agarza oglunun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 Agarza ogluna qarşı «müqavilələrin etibarsız hesab edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək „Hayan-E“ MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK ilə 2-ci Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə dair baglanmış xx.xx.2016-cı il tarixli müqavilənin, həmçinin həmin mənzilə dair „Hayan-E“ MMC ilə Cavabdeh3 Agarza oglu arasında baglanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh2 ailə üzvləri ilə birgə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını, saxtakarlıq və etibardan sui-istifadə etməklə əmlakın mənimsənilməsi ilə əlaqədar Cavabdeh1 MTK-in rəhbərliyi barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2007-ci il tarixdə „Hayan-E“ MMC ilə ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzilə dair müqavilə baglamışlar. Həmin müqavilənin şərtlərinə görə „Hayan-E“ MMC qeyd olunan ünvandakı mənzili tikib ona təhvil verməyi, o isə hər kv.m-nə 450 ABŞ dolları olmaqla cavabdehə 43.200 ABŞ dollarının manat ekvivalenti ilə 37.584 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Həmin mənzilə görə 05 may 2014-cü il tarixədək vaxtaşırı onun tərəfindən mənzilin tam dəyəri olan 37.584 manat pulu ödəmişdir. Ona ödəniş barədə 05 may 2014-cü il tarixli müvafiq maliyyə arayışı da verilmişdir. Maliyyə arayışı verıliən 1 ədəd 1000 manatlıq ödəniş qəbzi üstündə olmadıgından həmin məbləg də əlavə olunaraq maliyyə arayışında ödənişin 38.584 manaq olması qeyd edilməmişdir. O, hətta Cavabdeh1 MTK-nın tikintinin aparılması məqsədilə payçıların ümumi yığıncağının protokoluna əsasən hər kvadrat metrə görə 100 manat hesabı iıə könüllü ödənilməsi tələb olunan 3000 manat əlavə pay haqqı da ödəmişdir. Beləliklə, o, mənzilin dəyərindən 4.000 manat artıq ödəyərək ümumilikdə 41.584 manat pul ödəmişdir. O, aldıgı mənzil yerləşən binanın təhvil verilməsini gözləmiş, vaxtaşırı gedib mənzilə baxmış, mənzilə dəmir qapı qoymuşdur. xx.xx.2021-ci il tarixdə növbəti dəfə mənzilə baxış keçirəndə ona məlum olmuşdur ki, Cavabdeh1 MTK-nın yeni direktoru Emil Səməndərov ona məxsus mənzili Cavabdeh2 qeyriqanuni satmış və mənzilin giriş qapısı çıxarılaraq başqası qoyulmuş, mənzilin giriş qapısının açarı dəyişdirilmiş, təmir işləri aparılır. O, Cavabdeh2, həmçinin MTK-nın direktoru Emil Səməndərova xəbərdarlıq edərək niyə onun mənzilinin başqasına verdiyini, mənzilinin niyə zəbt olunduguna şərait yaratdıgını bildirmiş, dərhal mənzildəki təmir işlərini dayandırmagı və mənzildən çıxmagı tələb etmişdir. Emil Səməndərov ona bildirmişdir ki, mənzili onlar da almışlar, təmirə o, icazə vermişdir, şikayət etməsin, məsələni sülh yolu ilə həll edəcəkdir, ya mənzilin dəyərini, ya da ona mənzil verəcəkdir. Hər dəfə E.Səməndərov onu müxtəlif bəhanələrlə aldadaraq mənzilini digər cavabdehlərin vasitəsi ilə mənimsənilməsinə nail olmuş, rəsmi sorgulara cavab verməmiş və beləliklə rəsmi məlumat almaq mümkün olmamışdır. Məhkəməyə müraciət edəndən sonra isə ona qarşı çox aqressiv davranılmışdır. Cavabdeh2 tərəfdən ona bildirmişlər ki, guya onlar mənzili 2008-ci ildə almışlar. O isə cavabında mənzili xx.xx.2007-ci ildə aldıgını bildirəndən sonra cavabdehlər cinayət əlaqəsinə girərərək, guya Cavabdeh3 Agarza oglunun başqa ünvandakı mənzilinə dair müqaviləni açıq-aydın görünən formada saxtalaşdıraraq guya onun qeyd olunan mənzilini ondan 27 gün əvvəl, yəni xx.xx.2007-ci il tarixdə MMC-nin ilk sədri olmuş Elman Tagıyev tərəfindən Cavabdeh3, xx.xx.2016-cı il tarixdə isə Cavabdeh3 razılıgı ilə MMC-nin sonrakı rəhbəri Rafiq Nəsirov tərəfindən digər Cavabdeh2 satılmışdır. Onun məhkəməyə müraciət edəcəyini bilən kimi E.Səməndərov təcili olaraq Cavabdeh2 bu mənzilə yerləşdirmişdir. Halbuki, bina hələ təhvil verilməmişdir, hazır olmayan binaya vətəndaşlar köçürülə bilməzdi. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 MTK mənzili ona təhvil vermir. Ona görə məhkəmədən iddianın təmin olunaraq mənzilin ona təhvil verilməsini, Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən edilən saxtakarlıq və ona məxsus əmlakının mənimsənilməsi ilə əlaqədar barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi-vəkili Vəkil1 oglu iddianı müdafiə etdi, İddiaçı izahatına uygun eyni məzmunlu izahat verərək əlavə etdi ki, iş məhkəməyə veriləndən sonra apardılmış araşdırma zamanı onlara məlum olmuşdur ki, Cavabdeh3 mənzili başqa ünvanda olmuşdur. Belə ki, xx.xx.2007-ci ildə Hayan-E“ MMC ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 83,7 kvadrat metr olan, 2 otaqdan ibarət 21 nömrəli mənzilə dair müqavilə baglanmışdır. Sonradan Cavabdeh3 2 otaga görə ödəməli oldugu 34.953 manat pulu tam ödəyə bilmədiyi üçün xx.xx.2018-ci ildə müqaviləsi 1 otaqli, sahəsi 53,02 kv.m. olan başqa mənzilə dəyişdirilmişdir. Cavabdeh2 adı isə təhvil-təslim Aktında və Auditdə, ümumiyyətlə heç bir ünvanda olmamışdır. İddiaşıya məxsus mənzili Cavabdeh1 MTK-nın yeni rəhbəri E.Səməndərov saxtalaşdırdıgı müqavilə ilə Cavabdeh2 adına keçirmişdir. xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən payçı olaraq aldıgı mənzilə görə Cavabdeh1 MTK-ya tam olaraq haqq ödənilmiş və iddiaçının mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Hesab edir ki, Cavabdeh1 MTK ilə digər cavabdelər arasındakı müqavilələr saxtadır, heç bir hüquqi əhəmiyyətə malik ola və hüquqi nəticələr doğura bilməz. İddiaçı ilə baglanmış müqavilə ləgv olunmamış, etibarsız hesab olunmamışdır. Bu səbəbdən də hesab edir ki, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Ona görə məhkəmədən iddianın təmin olunmasını, mənzillin iddiaçıya verilməsini, həmçinin Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən edilən saxtakarlıq və etibardan sui-istifadə etməklə iddiaçıya məxsus mənzilin mənimsənilməsi ilə əlaqədar onlar barəsində tədbir görülməsi üçün xüsusu qərardad çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi X6 oglu da İddiaçı və nümayəndə-Vəkil1 izahatına uygun eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını, Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən edilən saxtakarlıq və onlara məxsus əmlakının mənimsənilməsi ilə əlaqədar barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 MTK-nın nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 Agarza oğlu arasında 01 yanvar 2007-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə "xxxx" MMC-nin direktoru Elman Tagıyev tərəfindən imzalanmışdır. Müqavilədəki düzəlişləri saxta hesab etmir. xx.xx.2016-cı ildə Cavabdeh3 həmin mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etirazının olmaması barədə ərizəsi nəzərə alınıb xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında həmin mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilə Cavabdeh1 MTK-nın o vaxtkı direktoru Rafiq Nəsirov tərəfindən imzalanmışdır. Hazırda Cavabdeh1 MTK-nin direktoru Emil Səməndərov olsa da, həmin müqavilələrdəki imzalar Emil Səməndərova məxsus deyildir. Əvvəlki rəhbərlik tərəfindən müqavilələrdə saxtakarlıq olubsa da onların hazırkı rəhbərliyə aidiyyatı yoxdur, məsuliyyət daşımır. Qeyd olunan ünvandakı mənzil iddiçı İddiaçı məxsus deyildir, onun mənzili haradadır, bilmir. Cavabdeh1 MTK-nın hazırkı direktoru Emil Səməndərovun razılıgı ilə Cavabdeh2ya qeyd olunan mənzilin təmirinə və ailəsi ilə birgə köçüb orada yaşamasına icazə verilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 Agarza oglunun nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etmədi və göstərdi ki, mübahisəli mənzilə dair müqavilə iddiaçı ilə baglanan müqavilədən əvvəl, yəni 01 yanvar 2007-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh3 Agarza oğlu arasında bağlanmışdır. xx.xx.2016-cı ildə Cavabdeh3 həmin mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etirazının olmaması barədə ərizə yazmış, həmin ərizəyə əsasən həmin tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında yeni müqavilə baglanmışdır. Ona görə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 dəfələrlə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05 may 2014-cü il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə görə MMC-yə 37.584 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş, notarial qaydada təsdiq olunmuş 28 ədəd müxtəlif tarixli kassa mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzil üçün xx.xx.2007-сi ildə 1740 manat, xx.xx.2008-сi ildə 1000 manat, xx.xx.2008-сi ildə 1000 manat, xx.xx.2008-сi ildə 1000 manat, xx.xx.2009-cu ildə 1500 manat, xx.xx.2009-cu ildə 1000 manat, xx.xx.2009-сu ildə 1000 manat, xx.xx.2009-сu ildə 1000 manat, xx.xx.2009-сu ildə 1000 manat, xx.xx.2009-сu ildə 1000 manat, xx.xx.2009-сu ildə 1000 manat, xx.xx.2009-сu ildə 1000 manat, xx.xx.2009-сu ildə 1000 manat, xx.xx.2010-сu ildə 1000 manat, 20.02..2010-сu ildə 1000 manat, xx.xx.2010-cu ildə 1000 manat, xx.xx.2010-сu ildə 1000 manat, xx.xx.2010-сu ildə 1000 manat, xx.xx.2010-cu ildə 1000 manat, xx.xx.2011-сi ildə 1000 manat, xx.xx.2011-сi ildə 1000 manat, xx.xx.2011-cu ildə 1000 manat, xx.xx.2012-сi ildə 1000 manat, xx.xx.2012-сi ildə 1000 manat, xx.xx.2012-сi ildə 2000 manat, xx.xx.2012-сi ildə 1000 manat, xx.xx.2014-cü ildə 5124 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzil üçün əlavə pay haqqı olaraq hər kvadrata görə 100 manat olmaqla, 3000 manat məbləğində əlavə pul ödəmişdir. İş materiallarında olan adi gözünən görünən, aydın şəkildə tarixində, ayında, müqavilənin nömrəsində, mərtəbəsində, kvadrat metrində, otaqların sayında, mənzilin nömrəsində düzəlişlər olunan xx.xx.2007-ci il tarixli müqavilənin cavabdeh "xxxx" MTK tərəfindən təsdiq olunmuş surətindən görünür ki, icraçı "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzili payçı Cavabdeh3 Agarza oğluna verməyi, payçı Cavabdeh3 Agarza oğlu isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müqavilənin cavabdeh "xxxx" MTK tərəfindən təsdiq olunmuş surətindən görünür ki, icraçı "xxxx" MTK ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzili payçı Cavabdeh2 verməyi, payçı Cavabdeh2 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. „Hayan-E“ MMC-nin (sonradan Cavabdeh1 MTK-nin) direktoru olmuş X7 oglu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Hayan-E“ MMC-nin adından çıxış edən əvvəlki direktor X4 oglu ilə payçı İddiaçı arasında baglanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzili „Hayan-E“ MMC (hüquqi varis Progress-2016” MTK) hər kv.m-nə 450 ABŞ dolları olmaqla, cəmi 43.200 ABŞ dollarına (milli pul vahidi ilə 37.584 manat olmaqla) tikib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. O, „Hayan-E“ MMC-nin direktoru işləyən vaxt İddiaçı tərəfindən həmin mənzilin tam dəyəri ödənilib qurtarmış, ona xx.xx.2014-cü ildə MMC-yə heç bir borcunun olmaması barədə Maliyyə arayışı verilmişdir. Onunla Cavabdeh1 MTK-nin rəhbəri olan Emil Səməndərov arasında təhvil-təslim işləri aparılanda müvafiq Akt tərtib olunmuş, həmin Təhvil-təslim Aktında ancaq İddiaçı adı olmuş, Cavabdeh3 və ya Cavabdeh2 adı olmamışdır. Həmin kitabın bir surəti də Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. xx.xx.2016-cı il tarixdə onunla Cavabdeh2 qeyd olunan mənzilə dair heç bir müqavilə baglanmamışdır. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən cavabdeh təşkilat ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzil tikib pay kimi payçıya, yəni İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, payçı isə öz nöbəsində müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödəməklə mənzili təhvil almaq öhdəliyi götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmiş, əksinə başqa adamlara satılaraq qeyri-qanuni müqavilələr baglanmışdır. Azərbaycan Respublikası Mülki Məcələsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəlləsinin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili boşaldılıb iddiaçıya təhvil verməli oldugu halda, bunu etməmiş, əksinə tikintisi başa çatmamış binanın qeyd olunan mənzilinə digər cavabdehi yerləşdirmişdir. Cavabdeh1 MTK-nın nümayəndəsi X1 İddiaçı ilə „Hayan-E“ MMC arasında xx.xx.2007-ci il tarixdə, ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 otaqdan ibarət 11 nömrəli mənzilə dair bağlanmış müqavilədən əvvəl, həmin mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 Agarza oğlu arasında 01 yanvar 2007-ci il tarixli müqavilənin mövcud olduğu,bu əsasla iddianın rədd edilməsi barədə izahatına, 01 yanvar 2007-ci il tarixli müqavilədə açıq-aşkar pozuntular aparıldığından,həmin pozuntuları aradan qaldıran digər sübutlar məhkəmədə müəyyən edilmədiyindən məhkəmə Cavabdeh1 MTK-nın nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. Bundan başqa iddia ərizəsində göstərilən saxtakarlıq və etibardan sui-istifadə etməklə əmlakın mənimsənilməsi ilə əlaqədar Cavabdeh1 MTK-in rəhbərliyi barəsində xüsusi qərardad qəbul edilməsi barədə iddiaçının tələbi,məhkəmə tərəfindən vəsatət kimi qəbul edildiyindən və həmin hala protokol qaydasında qiymət verildiyindən,qətnamədə yenidən qiymət verilməsinə zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 1.Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə dair baglanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilsin.
2. „Hayan-E“ MMC ilə Cavabdeh3 Agarza oglu arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə dair baglanmış xx.xx.2007-ci il tarixli müqavilə etibarsız hesab edilsin.
3. Cavabdeh2 ailə üzvləri ilə birgə ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzildən çıxarılsın və mənzil İddiaçı ogluna təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov