Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2394/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1446/2022 nömrəli qərardadından Cavabdeh1 MTK tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadratmetr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadratmetr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birgə ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3- cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadratmetr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 MTK qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh1 MTK-nın direktoru X1 Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(012)-1446/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh1 MTK qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1446/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması, Cavabdeh1 MTK-nın direktoru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1446/2022 saylı qərardadından xx.xx.2022-ci il tarixində verdiyi verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK ilə 2-ci Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kvadrat metr olan, 3 (üç) otaqdan ibarət 11 nömrəli mənzilə dair baglanmış xx.xx.2016-cı il tarixli müqavilənin, həmçinin həmin mənzilə dair "xxxx" MMC ilə Cavabdeh3 Agarza oglu arasında baglanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh2 ailə üzvləri ilə birgə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını, saxtakarlıq və etibardan sui-istifadə etməklə əmlakın mənimsənilməsi ilə əlaqədar Cavabdeh1 MTK-in rəhbərliyi barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 MTK Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və prosessual müddətin bərpası barədə ərizəni təmin edərək verilmiş apellyasiya şikayətini baxılması üçün aidiyyəti qaydada göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, prosessual müddətin bərpası üçün məhkəməyə müraciət edərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli ərizəsində də qeyd edildiyi kimi 2(012)-1446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ona çatmamışdır və bu səbəbdən də vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum olmuşdur. Dəfələrlə qətnamə ilə maraqlananda hər dəfəsində hələ hazır deyil deyildiyindən qətnamənin rəsmi qaydada verilməsini gözləmişlər. Hüquqlarını pozan qətnaməni vaxtında əldə edə bilmədiyindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti buraxmış, lakin bu müddəti buraxma onun təqsiri üzündən baş vermədiyindən, yəni qəsdən buraxılmadığından şikayət vermə müddətinin üzürlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün aidiyyəti qaydada göndərilməsi zəruridir. Lakin məhkəmə iş üzrə hallara, ərizəyə obyektiv baxmayaraq əsaslı ərizəsini təmin etməmiş və müddətin bərpa edilməməsi barədə qərardad qəbul etmişdir. Hüquqlarının müdafiəsi, ədalətin bərqərar olması üçün sözügedən qərardadın ləğv edilməsi, müddətin bərpa edilərək apellyasiya şikayətinin aidiyyəti qaydada göndərilməsi zəruridir. Mülki işin materiallarına və qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən bildirir ki, birinci instansiya məhkəməsində iş üzrə kifayət qədər qanuni araşdırma aparılmayıb. Abşeron Rayon Məhkəməsi prosessual müddətin bərpa edilməməsi ilə bağlı nəticəyə gələrkən tərəfindən təqdim edilmiş sənədləri tədqiq etməmiş, düzgün araşdırma aparmayaraq, obyektiv və əsaslı nəticəyə gəlməmişdir. Abşeron Rayon Məhkəməsi qanunvericiliyin müddəalarını, işin hallarını nəzərə almamış, bir sözlə diqqətəlayiq hallara münasibət bildirməmişdir. Məhkəmə irəli sürülmüş hallara, sübutlara qanuni hüquqi qiymət verməmişdir. İşin hallarına, qanunvericiliyin tələblərinə əsasən prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi zəruridir. Əks yanaşma mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini apellyasiya şikayətini vermək üçün prosesual müddətin üzrlü səbəbdən ötürülməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 MTK-nın şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli və onunla bağlı 10 oktyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2394/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2394/2022
16.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Sair işlər - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver