Məhkəmə qərarları › İş №2(102)-2958/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2958/2023

27.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Sair işlər - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2958/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(105)-565/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin hallar ı Tərəflər arasındakı hazırki mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 96,0 kv.metr olan 11 saylı mənzildən barədədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) ilə İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış 27 yanvar 2007-ci il tarixli müqavilənin şərtlərinə görə, MMC sözügedən mənzili iddiaçıya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyəri olan 43.200 ABŞ dolları pul vəsaitini MMC ödəməyi öhdəsinə götürüb. MMC tərəfindən iddiaçının adına verilmiş 05 may 2014-cü il tarixli maliyyə arayışına əsasən sözügedən mənzil MMC məxsusdur və həmin mənzilin pay haqqı 37.584 manat olmaqla iddiaçı tərəfindən tam məbləğdə ödənilib və sonuncunun MMC heç bir borcu yoxur. 05 oktyabr 2017-ci il tarixdə iddiaçı tərəfindən MMC hüquqi varisi Cavabdeh1 MTKnə (bundan sonra MTK) 3.000 manat əlavə pul vəsaiti ödənilib. MMC ilə Cavabdeh2 (bundan sonra Cavabdeh2) arasında bağlanmış 01 yanvar 2007-ci il tarixli 50 saylı müqavilənin şərtlərinə görə, MMC Abşeron rayonu Xırdalan qəsəbəsi M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 96,0 kv.metr olan 11 saylı mənzili Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyəri olan 40.176 ABŞ ABŞ dolları pul vəsaitini MMC ödəməyi öhdəsinə götürüb. (Müqavilənin tarixində, nömrəsində, o cümlədən müqavilənin 1.1-ci bəndində binanın mərtəbəsi, mənzilin sahəsi, mənzilin nömrəs i və otaq sayı, həmçinin müqavilənin 3.1-ci bəndində mənzilin sahəsinə ağardılaraq əl yazısı yolu ilə düzəlişlər edilib). 15 oktyabr 2016-cı il tarixdə Cavabdeh2 MTK adına ərizə yazaraq payçısı olduğu Abşeron rayonu Xırdalan qəsəbəsi M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 96,0 kv.metr olan 11 saylı mənzilə dair bağlanmış 01 yanvar 2007-ci il tarixli müqavilənin ləğv edilməsinə və həmin mənzilin Cavabdeh3 (bundan sonra Cavabdeh3) adına rəsmiləşdirilməsinə heç bir etirazının olmadığını bildirib. MTK ilə Cavabdeh3 arasında MTK hüquqi varisi olduğu MMC ilə əvvəllər bağlanmış 01 yanvar 2007-ci il tarixli, 50 saylı müqavilənin əsasında yeni şərtlərlə 15 avqust 2016-cı il tarixli müqavilə bağlanı b və MTK əvvəlki müqaviləyə uyğun olaraq ünvan 3 ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin İİ blok 3-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 96,0 kv.metr olan 11 saylı mənzili Cavabdeh3 ayırmağı, sonuncu isə mənzili qəbul edib cəmi dəyəri 34.944 manat olan pul vəsaitini, habelə 9.600 manat əlavə ödənişi MTK ödəməyi öhədəsinə götürüb. MTK ilə Cavabdeh3 arasında bağlanmış 15 avqust 2016-cı il tarixli müqavilə əsasında yeni şərtlərlə 14 oktyabr 2021-ci il tarixli müqavilə bağlanıb və MTK əvvəlki müqaviləyə uyğun olaraq ünvan 3 ünvanda inşa edilən 16 mərtəbəli yaşayış evinin İİ blok 4-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 102,2 kv.metr olan 11 saylı mənzili Cavabdeh3 ayırmağı, sonuncu isə mənzili qəbul edib cəmi dəyəri 34.000 manat olan pul vəsaitini MTK ödəməyi öhədəsi nə götürüb. Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, MMC ilə əvvəllər bağlanmış müqavilələrdə mənzillərin nömrələri hər blokda olan qeyri-yaşayış sahəsi yerləşən mərtəbədən sonrakı mərtəbədə ardıcıl olaraq soldan-sağa sayılmaqla qeyd edilib. Hazırki müqavilədə yaşayış binasının 1-3-cü blokun 1-ci mərtəbəsi, 45-ci blokda isə 1-ci və 2-ci mərtəbəsi qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur. Yeni qayda ilə müqavilədə mərtəbələrin say ardıcıllığı 1-ci mərtəbədən başlayaraq hesablanır. 1-3-cü blokda mənzillərin nömrələri saxlanılmaqla bir mərtəbə yuxarı qeyd olunub. MTK tərəfindən Cavabdeh3 adına verilmiş 14 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa edilən 5-bloklu, 16 mərtəbəli yaşayış binası MMC-nin hüquqi vasirisi MTK məxsusdur və bu binanın İİ blo k, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 102,2 kv.metr olan 11 saylı mənzilinin dəyəri payçı Cavabdeh3 tərəfindən ödənilib və onun MTK borcu yoxdur. MTK nümayəndəsinin izahatına görə ünvan 3 ünvanda inşa edilən 16 mərtəbəli yaşayış evinin İİ blok 4-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 102,2 kv.metr olan 11 saylı mənzil Cavabdeh3 təhvil verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə Cavabdeh3 arasında bağlanmış 15 avqust 2016-cı il tarixli müqavilənin, həmçinin MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 yanvar 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birgə mübahisəli mənzildən çıxarılmaları barədə qətnam ə qəbul edilməsini, habelə saxtakarlıq, etibardan sui-istifadə etmə, əmlakın mənimsənilməsi ilə bağı MTK rəhbərliyi barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, mübahisəli mənzilə görə 05 may 2014-cü il tarixədək vaxtaşırı mənzilin tam dəyəri olan 37.584 manat pulu ödəyib və ona ödəniş barədə 05 may 2014-cü il tarixli müvafiq maliyyə arayışı da verilib. Maliyyə arayışı verilərkən 1 ədəd 1.000 manatlıq ödəniş qəbzi üstündə olmadığından həmin məbləğ də əlavə olunaraq maliyyə arayışında ödənişin 38.584 manat olması qeyd edilməyib. Hətta, MTK payçıların ümumi yığıncağının protokoluna əsasən tikintinin aparılması məqsədilə hər kvadrat metrə görə 100 manat hesabı ilə könüllü ödənilməsi tələb olunan 3.000 manat əlavə pay haqqını da ödəyib. Beləli klə, mənzilin dəyərindən 4.000 manat artıq ödəyərək, ümumilikdə 41.584 manat pul ödəyib. Mənzilin yerləşdiyi binanın təhvil verilməsini gözləyib, vaxtaşırı gedib mənzilə baxıb, mənzilə dəmir qapı qoyub. 17 oktyabr 2021-ci il tarixdə növbəti dəfə mənzilə baxış keçirəndə ona məlum olub ki, MTK ona məxsus mənzili Cavabdeh3 qeyri-qanuni satıb və mənzilin giriş qapısı çıxarılaraq başqası qoyulub, həmçinin mənzilin giriş qapısının açarı dəyişdirilib və mənzildə təmir işləri aparılır. Cavabdeh3, habelə MTK xəbərdarlıq edərək, mənzilin başqasına verildiyini, mənzilin zəbt olunmasına şərait yaradıldığını bildirib və dərhal mənzildə təmir işlərinin dayandırılmasını və mənzildən çıxmasını tələb edib. Lakin MTK yeni rəhbəri X ona bildirib ki, mənzili Cavabdeh3 alıb və mənzilin təmirinə o, icazə verib, ya məsələni sülh yolu ilə həll edəcək, ya da ki, mənzilin dəyərini və ya ona yeni mənzil verəcək. X hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadıb və mənzilin Cavabdeh3 tərəfindən mənimsənilməsinə nail olub, rəsmi sorğulara cavab verməyib və beləliklə də ondan rəsmi məlumat almaq mümkün olmayib. Cavabdeh3 isə ona bildirib ki, mənzili guya 2008-ci ildə alıb. O, mənzili 27 yanvar 2007-ci ildə aldığını bildirəndən sonra cavabdehlər cinayət əlaqəsinə girərək, guya Cavabdeh2 başqa ünvanda olan mənzilinə dair müqaviləni açıq-aydın gözlə görünən formada saxtalaşdıraraq, qeyd ediblər ki, mənzil ondan 27 gün əvvəl, yəni 01 yanvar 2007-ci il tarixdə MMC sədri olmuş X tərəfindən Cavabdeh2, 15 avqust 2016-cı il tarixdə isə sonuncunun razılığı ilə MTK sonrakı rəhbəri X tərəfindən Cavabdeh3 satılı b. Onun məhkəməyə müraciət edəcəyini bilən kimi X4 x təcili mənzilə yerləşdirib. Halbuki, bina hələ təhvil verilməmişdi və hazır olmayan binaya heç kəs köçürülə bilməzdi. Uzun müddət keçməsinə baxmayaraq MTK mənzili ona təhvil vermir. MTK nümayəndəsi X1 məhkəmə iclasında iddiaya etiraz edərək göstərib ki, mübahisəli mənzilə dair MMC ilə Cavabdeh2 arasında 01 yanvar 2007-ci il tarixli müqavilə bağlanıb, həmin müqavilə MMC-nin direktoru X tərəfindən imzalanıb və müqavilədəki düzəlişləri saxta hesab etmir. 15 oktyabr 2016-cı il tarixdə Cavabdeh2 yazılı ərizə verərək həmin mənzilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirib və həmin ərizə nəzərə alınaraq mənzilə dair MTK ilə Cavabdeh3 arasında 15 avqust 2016-cı il tarixli müqavilə bağlanıb. Həmin müqaviləni MTK o, vaxtkı di rektoru Rafiq Nəsirov imzalayıb. Hazırda, MTK direktoru x və müqavilələrdəki imzalar ona məxsus deyil. Əvvəlki rəhbərlik tərəfindən müqavilələrdə saxtakarlıq edilibsə də, onların hazırki rəhbərliyə aidiyyəti yoxdur və məsuliyyət daşımır. Qeyd olunan ünvandakı mənzil iddiaçıya məxsus deyil və sonuncu mənzilin harada olduğunu bilmir. MTK hazırkı direktoru x razılığı ilə Cavabdeh3 qeyd olunan mənzilin təmirinə başlayıb və ailə üzvləri ilə birgə köçüb mənzildə yaşamasına icazə verib. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək göstərib ki, mübahisəli mənzilə dair Cavabdeh2lə MMC arasında müqavilə iddiaçıdan əvvəl, yəni 01 yanvar 2007-ci il tarixdə bağlanıb. 15 oktyabr 2016-cı il tarixdə Cavabdeh2 yazılı ərizə verərək mənzilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirib və həmin ərizəyə əsasən mənzilə dair MTK ilə Cavabdeh3 arasında yeni müqavilə bağlanıb. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(012)-1446/2022 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilərək, ünvan 4 ünvanda inşa edilmiş 15 martəbəli yaşayış binasının 2-ci blok 3-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 96,0 kv.metr olan 11 saylı mənzilə dair MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 yanvar 2007-ci il, habelə həmin mənzilə dair MTK ilə Cavabdeh3 arasında bağlanmış 15 avqust 2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi, sonuncunun ailə üzvləri ilə birgə həmin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzilə dair id diaçı ilə 27 yanvar 2007-ci il tarixli müqavilə bağlanmasına və mənzilin pay haqqı iddiaçı tərəfindən tam məbləğdə ödənilməsinə baxmayaraq, MTK tərəfindən müqavilənin şərtləri pozulub və mənzil iddiaçıya təhvil verilməyib. Əksinə, mənzilə dair əvvəl Cavabdeh2lə 01 yanvar 2007-ci il tarixli saxta müqavilə bağlanıb və sonradan sonuncunun yazılı razılıq ərizəsinə əsasən mənzil qeyri-qanuni müqavilə bağlanmaqla Cavabdeh3 satılıb. Məhkəmə qeyd edib ki, mübahisəli mənzilin yerləşdiyi binanın tikintisi tam başa çatmadığı və bina istismara qəbul edilmədiyi halda MTK mənzili Cavabdeh3 təhvil verib və sonuncunu həmin mənzildə yerləşdirib. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilə dair MMC ilə Cavabdeh2 arasında 01 yanvar 2007-ci il tarixli müqavilə bağlansa da, həmin müqavilədə açıq-aşka r adi gözlə görünən pozuntular aparıldığından, həmin pozuntuları aradan qaldıran digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdehlərin iddiaya dair etirazlarının dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 178.8-ci maddəsinin 01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının, 337.1-337.4, 385.1, 389.1, 390.1, 425.1, 425.2, 442, 752.1, 755-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslanlırıb ki, mübahisəli mənzili 14 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən əldə edib və həmin müqavilə onunla MTK sədri Emil Səməndərov tərəfindən imzalanıb. Həmin müqavilədə göstərilən mənzilin dəyəri olan 34.000 manat pul vəsaitini tam məbləğdə ödəyib və bu barədə onun adına MTK tərəfindən maliyyə arayışı və kassa mədaxil orderi verilib. Həmin mənzili təmir edərək köçüb ailəsi ilə birgə orada yaşamağa başlayıb. Mənzildə elektrik enerjisindən istifadə üçün quraşdırılmış sayğac onun adınadır. Həmin sayğacın quraşdırılması üçün MTK 1.560 manat pul ödəyib. Mənzili satın alarkən qapısı, pəncərəsi olmayıb və mənzilin mübahisəli olduğunu bilməyib. Onlar arasında bağlanmış müqaviləyə podrat münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. 14 oktyabr 2021-ci il tarixli müqavilə üzrə hər iki tərəf öz öhdəliklərini icra edib, mənzil ona təhvil verilib və mənzilin pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib. Mənzilə dair onunla bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız sayılmayıb. Belə olan halda, onun mənzildən çıxarılmasına dair məhkəmənin gəldiyi nəticə düzgün olmayıb. Mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqları qanunla qorunduğu halda, birinci instansiya məhkəməsi ona məlumat vermədən məhkəmə iclasları keçirib və iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(105)-565/2023 saylı qətnaməsi ilə (hakimlər L.Rəhimli sədrlik edən, məruzəçi, L.Məmmədova və A.Mahmudov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni q ətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, işin yuxarıda qeyd olunan hallarına görə, mübahisəsi gedən mənzilə dair Cavabdeh3 ilə MTK arasında müqavilə bağlanarkən iddiaçı ilə bağlanmış müqavilə olsa da, mənzil məhz Cavabdeh3 təhvil verilib. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunub ki, mübahisəli mənzil təmir edilməsi üçün MTK tərəfindən Cavabdeh3 təhvil verilib və sonuncu mənzili təmir edib. Cavabdeh3 mənzilə sahiblik və istifadə hüququnu həyata keçirərək, həmin mənzildə yaşamağa başlayıb. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC hüquqi varisi olan MTK mübahisəli mənzili həm iddiaçıya, həm də Cavabdeh3 təhvil vermək barədə öhdəlik götürüb. Mülki Məcəllənin 452-ci maddəsində fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilib. Həmin maddənin tələblərinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, mənzilə mülkiyyət hüququnu əmlaka da ir hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil Cavabdeh3 sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin Cavabdeh3 sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Bu halda MTK ilə Cavabdeh3 arasında mübahisə li mənzilə dair baglanmış 15 avqust 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birgə həmin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə gəlinən nəticə də əsassızdır. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşıb qeyd etmişdir ki, mübahisəli mənzil artıq Cavabdeh3 təhvil verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə iddiaçının hazırkı tələbi təmin oluna bilməzdi. Bununla belə iddianın bu şəkildə təmin olunmaması mübahisəli mənzil üçün iddiaçı tərəfindən MMC (hüquqi varisi olan MTK) ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Şərh olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişd ir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandıpılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 425.1, 442, 452.1, 567-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə görə pulu tam məbləğdə MMC ödəyib öhdəliyini yerinə yetirməsinə baxmayaraq, sonuncunun hüquqi varisi MTK ona məxsus olan mənzili təhvil vermədiyi üçün borclu kimi ondan mənzilini tələb etmək hüququ vardır. Məhkəmə, Mülki Məcəllənin 01 iyul 2018-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərini onun xeyrinə tətbiq etmək əvəzinə, həmin normanı Cavabdeh3 xeyrinə təfsir etmişdir. Bundan başqa, MTK ilə bağlanmış müqavilələr Mülki Məcəllənin 144-1.4-cü maddəsinə əsasən notarial qaydada təsdiq olunmalı, 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalı idi. Lakin həmin müqavilələr notariat qaydasında təsdiq olunmamışdır. Tikintisi başa çatmamış və damı belə örtülməyən binanın mənzilinə dair MTK sədri X2 X arasında müqavilənin bağlanması, habelə mənzilin təmir edilməsi və Cavabdeh3 ora köçürülməsinə icazə verilməsi necə qanuni ola bilərdi. Məhkəmə, həmçinin MTK sədri x saxta yolla arxa tarixə, yəni 01 yanvar 2007-ci il tarixdə ona məxsus mənzilə dair Cavabdeh2lə saxtalığı açıqaşkar görünən müqavilə bağlamasına heç bir hüquqi qiymət verməyib. Guya mübahisəli mənzilə dair MMC o, vaxtkı direktoru X5 X arasında müqavilə bağlanıb. Məhkəmənin Cavabdeh2lə bağlanan 01 yanvar 2007-ci il tarixli müqaviləyə hüquqi qiymət verməməsi başa düşülən deyil. Halbuki, MTK-nın sədri x 01 yanvar 2007-ci il tarixdə mənzilə dair Cavabdeh2lə bağlanmış 50 saylı müqavilə əsasında 15 avqust 2016-cı il tarixdə Cavabdeh3 ilə yeni şərtlərlə digər saxta müqavilə tərtib edib və bu müqavilə guya MTK onda n əvvəlki sədri olmuş Xa bağlanıb. X 01 aprel 2022-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, MMC direktoru işləyən vaxtı iddiaçı tərəfindən həmin mənzilin tam dəyəri ödənilib qurtarıb və ona 05 may 2014-cü il tarixdə MMC heç bir borcunun olmamasına dair maliyyə arayışı verilib. Onunla MTK yeni rəhbəri olan X arasında təhvil-təslim işləri aparılanda müvafiq akt tərtib olunub, həmin təhvil-təslim aktında ancaq iddiaçının adı olub, Cavabdeh2 və Cavabdeh3 adları olmayıb. 15 avqust 2016-cı il tarixdə onunla Cavabdeh3 arasında qeyd olunan mənzilə dair heç bir müqavilə bağlanmayıb. Bundan başqa, bina istismara təhvil verilmədiyindən mənzil iddiaçının mülkiyyətinə və ya əvəzli istifadəsinə faktiki verilməyib. İddiaçı binanın təhvil verilib mülkiyyət sənədini gözlədiyi halda, MTK onun mülkiyyəti hesab olunan mənzili qeyriqanuni mənimsəyərək X satıb. Mülki Məcəllənin 452.1-ci maddəsinin 2-ci hissəsinə görə, bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Mübahisəli mənzil Cavabdeh3 mülkiyyət hüququ ilə verilməyib və onun həmin mənzil üzərində mülkiyyət hüququ əmələ gəlməyib. Belə olan halda mülkiyyət hüququndan söhbət gedə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh3 (vəkili Vəkil3) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz ərizəsi apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı kassasiya şikayətində qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin ikinci cümləsinə əsasən bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Mənzil cavabdehə mülkiyyət hüququ ilə verilməmiş və hüquqlar daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınaraq ona çıxarış verilməmişdir. İddiaçının qeyd etdiyi dəlilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 9-cu səhifəsində münasibət bildirilmişdir. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil Cavabdeh3 sahibliyinə və ist ifadəsinə verildiyinə görə iddiaçının həmin mənzili tələb etmək hüququ aradan qalxmışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.8. (01 iyul 2018-ci il tarixədək qüvvədə omuş redaksiya) Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlü kdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.Maddə752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifari şçiyə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkə məsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, MTK hüquqi varisi MMC tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 96,0 kv.metr olan 11 saylı mənzilinə dair 01 yanvar 2007-ci il tarixdə Cavabdeh2lə 50 saylı; iddiaçı ilə 27 yanvar 2007-ci il tarixdə nömrəsiz müqavilə bağlanıb və sonuncunun adına MMC tərəfindən mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair 05 may 2014-cü il tarixli maliyyə arayışı verilib. 15 oktyabr 2016-cı il tarixdə Cavabdeh2 MTK adına ərizə yazaraq sözügedən mənzilə dair onunla bağlanmış 01 yanvar 2007-ci il tarixli müqavilənin ləğv edilməsini və həmin mənzilin Cavabdeh3 adına rəsmiləşdirilməsini xahiş edib. Bundan sonra Cavabdeh2lə bağlanmış 01 yanvar 2007-ci il tarixli müqavilə əsasında qeyd olunan mənzilə dair Cavabdeh3 ilə yeni şərtlərlə 15 avqust 2016-cı il tarixli nömrəsiz müqavilə bağlanıb. Eyni zamanda 15 avqust 2016-cı il tarixli müqavilə əsasında ünvan 6 ünvanda inşa edilən 16 mərtəbəli yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 102,2 kv.metr olan 11 saylı mənzilə dair MTK ilə Cavabdeh3 arasında 14 oktyabr 2021-ci il tarixli nömrəsiz müqavilə bağlanıb. 14 oktyabr 2021-ci il tarixdə MTK tərəfindən sözügedən mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair Cavabdeh3 adına maliyyə arayışı verilib. Hazırda iddiaçı, sözügedən müqavilə üzrə öhdəliyini (mənzilin dəyərini) tam məbləğdə icra etdiyini, lakin MTK öhdəliyini pozaraq, mənzili ona təhvil vermədiyini, eyni mənzilə dair cavabdehlərlə arxa tarixlə saxta müqavilələr bağladığını göstərib, həmin müqavilələrin etibarsız hesab edilməsini, Cavabdeh3 ailə üzvləri ilə birgə mənzildən çıxarılmasını iddia edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırıb ki, iddiaçı tərəfindən 27 yanvar 2007-ci il tarixli müqavilə üzrə mənzilin dəyəri tam məbləğdə ödənilməsinə baxmayaraq, MTK tərəfindən mənzil iddiaçıya təhvil verilməyib, əksinə başqa şəxslərə satılaraq qeyri-qanuni müqavilələr bağlanıb, tikintisi başa çatmamış binanın qeyd olunan mənzilinə Cavabdeh3 yerləşdirilib. MTK hüquqi varisi olduğu MMC ilə Cavabdeh2 ara sında bağlanmış 01 yanvar 2007-ci il tarixli müqavilədə isə açıq-aşkar pozuntular aparılıb, həmin pozuntuları aradan qaldıran digər sübutlar isə işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edərkən, Mülki Məcəllənin 452-ci maddəsinə istinadla qeyd edib ki, mənzil Cavabdeh3 sahibliyinə və istifadəsinə verildiyindən, iddiaçının həmin mənzili tələb etmək hüququ aradan qalxmış olur. Bu halda MTK ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair bağlanmış 15 avqust 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun ailə üzvləri ilə birgə həmin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə gəlinən nəticə də əsassızdır. Əvvəla, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım ki mi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Hazırki işdən görünür ki, iddia tələbi mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı olmaqla, iddiaçının gətirdiyi dəlillər (Cavabdeh2lə bağlanmış 01 yanvar 2007-ci il tarixli müqavilənin arxa tarixlə tərtib ediməklə saxta olması və sair) də bu yöndədir. Bu halda işə baxan məhkəmə tərəfində n ilk növbədə mülki qanunvericiliyin əqdin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməli, əqdin etibarlılığına dair şərtlərin ödənilib-ödənilmədiyi yoxlanılmalı, yalnız eyni əşyaya dair bağlanmış bütün əqdlərin etibarlı (hüquqi müstəvidə keçərli) olduğu halda, mübahisə Mülki Məcəllənin 452-ci maddəsinin tələblərinə müvafiq olaraq həll edilməli idi. Əqdə əsaslanan iddialar üzrə əqdin etibarlı olub-olmadığının yoxlanılması iddia tələbindən asılı olmayaraq, həm də məhkəmənin xidməti vəzifəsidir. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəli mənzilə dair müqavilələrin hüquqi etibarlı olub-olmadığını araşdırmadan, yalnız mübahisəli mənzilin Cavabdeh3 təhvil verilməsinə istinad edərək, Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq etməklə mənzilə dair onun üstünlük hüququnu tanıyıb. Halbuki, Cavabdeh3 ilə bağlanmış müqavilənin etibarsız olması (məhkəmə araşdırması nəticəsində müəyyən edildiyi halda) ona münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqini mümkünsüz edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 452-ci maddəsinin təfsirində səhvə yol verib. Belə ki, sözügedən normada nəzərdə tutulan fərdi-müəyyən əşya dedikdə- başqa əşyalardan yalnız özlərinə xas olan əlamətlərə görə ayrılan əvəzedilməz əşyalar anlaşılır. Məhz belə bir əşyanı əldə etmək üçün müqavilə bağlamış kreditor həmin əşyanın ona verilməsində maraqlıdır. Müqavilənin predmeti fərdi-müəyyən əşya olduqda, borclu bir qayda olaraq kreditora həmin əşyanı verməlidir. Buna görə də şərh olunan maddədə birmənalı nəzərdə tutulmuşdu r ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borcludan geri alınmasını və öhdəlikdə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb edə bilər. Bu halda əşyanın borcludan məcburi qaydada geri alınması məhkəmə qaydasında həyata keçirilməlidir. Lakin ola bilər ki, kreditor bu hüququnu həyata keçirərkən əşya artıq üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmiş olsun. Bu halda kreditorun həmin əşyanın ona verilməsini tələb etmək hüququ aradan qalxmış olur. Fərdi-müəyyən əşyanın üçüncü şəxsin mülkiyyətinə verilməsi mahiyyətcə həll edilmişsə, məsələn: müqavilə bağlanmışsa, ancaq əşya faktiki olaraq ona verilməmişsə, 1) bu halda öhdəlik kreditorlardan hansının xeyrinə daha əvvəl əmələ gəlmişsə, fərdi-müəyyən əşya ona verilməlidir; 2) öhdəliyin kreditorlardan hansının xeyrinə daha əvvəl əmələ gəlməsini müəyyən etmək mümkün olmadıqda əşya daha əvvəl iddia irəli sürmüş kreditora verilməlidir. Göründüyü kimi, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda, yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmasa da, bu qaydanın tətbiqi həmin müqavilələrin əqdin etibarlılığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olduğu hallarda mümkündür. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə, apellyasiya instansiya məhkəməsi işdə olan sübutların mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv qiymətləndirilməsi nəticəsində eyni əşyaya (mübahisəli mənzilə) dair həm iddiaçı, həm də cavabdehlərlə etibarlı müqavilələr bağlandığını müəyyən edərsə, mübahisəni Mülki Məcəllənin 452.1-ci maddəsinə müəyyən edilmiş qaydaları tətbiq etməklə həll etməlidir. Bu zaman iddiaçının mübahisəli mənzilə dair MTK hüquqi varisi olduğu MMC ilə Cavabdeh2 arasında tərtib edilmiş 01 yanvar 2007-ci il tarixli müqavilənin açıq-aşkar saxtalığına (müqavilənin tarixi və nömrəsində, o cümlədən müqavilənin 1.1-ci bəndində binanın mərtəbəsi, mənzilin sahəsi, mənzilin nömrəsi və otaq sayı, həmçinin müqavilənin 3.1-ci bəndində mənzilin sahəsi ağardılaraq əl yazısı yolu ilə düzəlişlər edildiyi müşahidə olunur), habelə 15 avqust 2016-cı il tarixli müqavilədə göstərilən mənzillə, həmin müqavilə əsasında Cavabdeh3 ilə bağlanmış 14 oktyabr 2021-ci il tarixli mü qavilədə göstərilən mənzilin ünvanına; binanın, o cümlədən mənzilin mərtəbələrinin sayına; mənzillərin ümumi sahələrinə dair dəlilləri xüsusi araşdırılmalı, lazım gələrsə bu sahədə xüsusi biliyə malik olan şəxslərin (ekspertlərin) rəyi alınmaqla məsələyə tam, hərtərəfli, obyektiv hüquqi qiymət verilməlidir. Bundan başqa işdən görünür ki, 01 yanvar 2007-ci il tarixli, 50 saylı müqavilənin əsasında Cavabdeh3 ilə mübahisəli mənzilə dair müqavilə 15 avqust 2016-cı il tarixdə bağlandığı halda, Cavabdeh2 yazılı razılıq ərizəsi 15 oktyabr 2016-cı il tarixdə, yəni müqavilənin bağlanmasından 2 ay sonra alınıb. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qeyd olan hallara diqqət yetirməyib, cavabdehlərlə hər üç müqavilənin açıq-aşkar geri tarixlə bağlandığını, Cavabdeh3 ilə bağlanmış həm 15 avq ust 2016-cı il, həm də 14 oktyabr 2021-ci il tarixli müqavilələr üzrə tərəf kimi məhz MTK iştirak etdiyini, mənzilin mülkiyyət hüququ üzrə Cavabdeh3 verilmədiyini nəzərə almayıb, başqa sözlə işin faktiki hallarının Mülki Məcəllənin 452-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmadığını lazimi şəkildə araşdırmadan, iddiaçının mübahisəli mənzili Cavabdeh3 geri almaq və həmin mənzilin sözügedən müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsinə tələb etmək hüququnun aradan qalxmasına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, sözügedən normanın mənasına görə, iddiaçı mübahisəli mənzilin Cavabdeh3 geri alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə həmin mənzilin ona verilməsini o, halda tələb edə bilməz ki, mənzil məhz mülkiyyət hüququ üzrə Cavabdeh3 verilmiş olsun. Hazırki işdə isə qeyd olunan hallar istisna olunur. Azərbaycan Respublikası MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirməaparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Beləliklə, kassasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(105)-565/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar