Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1448/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.400 (dörd min dörd yüz) manatın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 4.430 (dörd min dörd yüz otuz) manatın tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin avqust ayında sosial şəbəkələr vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Söhbət əsnasında cavabdeh iddiaçıya onun köməyi ilə işə düzəlməyi təklif etmiş və 4.400 (dörd min dörd yüz) manat ona ödəsə, iddiaçıya xarici ölkəyə getməyə kömək edəcəyini və həmin ölkədə işlə təmin ediləcəyini bildirmişdir. Cavabdehlə razılaşandan sonra “Azərbaycan Beynəlxalq Bank”ın Binəqədi filialı vasitəsi ilə iddiaçı cavabdehin hesabına 4.400 (dörd min dörd yüz) manat pul ödəmişdir. Bir neçə ay keçendən sonra iddiaçı cavabdehə müraciət etmiş və işin nə vaxt görülməsini soruşmuşdur. Cavabdeh öz növbəsində sabah, sonra deyərək hər dəfə işi uzatmışdır. Bir müddət keçəndən sonra cavabdehin artıq Azərbaycana gəldiyi və ümumiyyətlə vəd verdiyi öhdəliyi icra etmək fikrində olmadığı məlum olmuşdur. Bundan sonra, iddiaçı cavabdehə bir neçə dəfə müraciət edərək, ödədiyi pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh müraciətlərə məhəl qoymamışdır. İddiaçı Polis İdarəsinə müraciət etmişdir. Araşdırmanı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsi tərəfindən aparmışdır. Araşdırma zamanı cavabdeh polis şöbəsinə dəvət olunaraq ondan izahat alınmışdır. Həmin izahatda cavabdeh həqiqətən də iddiaçıdan 4.400 (dörd min dörd yüz) manat ödəniş almasını və geri qaytarmamasını etiraf etmişdir. Cavabdeh etiraf etsə də, hərəkətlərində dələduzluq müəyyən olunmamış və cinayət işin rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı bu günə kimi dəfələrlə pulun qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, həmin pulu cavabdeh qaytarmamışdır. Araşdırma zamanı Polis şöbəsinin inzibati binasında cavabdeh aqresiya göstərərək iddiaçının həyat yoldaşına hücum edərək bədən xəsarətləri yetirmiş və bununl bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə cəzalandırılmışdır. Cavabdehin iddiaçının həyat yoldaşına bədən xəsarətləri yetirməyi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı tərəfindən araşdırma aparmış və həmin araşdırma zamanı da təkrərən cavabdeh həqiqətən də iddiaçıdan 4.400 (dörd min dörd yüz) manat ödəniş almasını və geri qaytarmamasını etiraf etmişdir. Artıq cavabdehdən sülh yolu ilə ödədiyi pulu almaq mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərərk hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilmiş 15.08.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 4.400 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh İddiaçı işə düzəltmək adı ilə 4.400 manat pul aldığını etiraf etmiş, həmin məbləği qaytarmadığını bildirmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında Cavabdeh tərəfindən 4.400 manat müqabilində İddiaçı xarici ölkədən işlə təmin edilməsi barədə razılaşma olmuşdur. Razılaşmaya əsasən İddiaçı 15 avqust 2019-cu il tarixdə razılaşdıqları 4.400 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Binəqədi filialında Cavabdeh hesabına köçürmüşdür. Lakin, xarici ölkədə işlə təmin edilmə alınmamış, tələb etməsinə baxmayaraq, Cavabdeh bu günə kimi aldığı 4.400 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmamışdır. Cavabdehin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsində verdiyi izahatdan göründüyü kimi Cavabdeh İddiaçı onun xarici ölkədə işlə təmin etmək üçün 4.400 manat pul aldığını və bu günə kimi aldığı pul məbləğini geri qaytarmadığını etiraf etmişdir. Göründüyü kimi cavabdeh xarici ölkədə işlə təmin etmək adı ilə iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmamış və özündə saxlamaşdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin tələblərinə görə əsassız varlanan şəxs o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələri). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (Mülki Məcəllənin 1093.1-ci maddəsi). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçıya məxsus və əsassız olaraq onda saxlanılan 4.400 (dörd min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.400 manat və iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 4.430 (dörd min dörd yüz otuz) məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1448/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1448/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver