Məhkəmə qərarları › İş №2(012)-1450/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1450/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1450/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı qızının Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi və həmin azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxx 2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulması, azyaşlı anasının himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Hazırda azyaşlının maddi ehtiyacları artmaqdadır. Cavabdeh isə təyin edilmiş alimenti vaxtı-vaxtında ödəmir və övladı ilə ümumiyyətlə maraqlanmır. Bu səbəbdən də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən zaman İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirdi ki, hazırda özü işləyir və 400 manat əmək haqqı alır. Cavabdeh isə 250 manat əmək haqqı alır və hazırda ailəlidir. Əvvəlki alimentdən də 200 manata yaxın borcu var. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və alimentin artırılmasına etiraz edərək maddi vəziyyətinin aşağı olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib mülki iş materialları ilə birgə tədqiq edərək, işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materiallarından olan arayışdan müəyyən edilir ki, Cavabdeh həqiqətən də, xx.xx.2020-ci il tarixdən MM ət və ət məhsulları istehsalı müəssisəsində fəhlə olaraq işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-460/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşin materiallarından olan arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən də, fəhlə olaraq işləyir və aylıq əməkhaqqısı 250 manat təşkil edir. İddiaçı isə izahatında bildirmişdir ki, özü hazırda işləyir və əməkhaqqısı 400 manat təşkil edir.Cavabdeh hazırda ailəlidir, ikinci nikahdan iki uşağı vardır.Cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması barədə iş materiallarında hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunandan sonra cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması sübut olunmadğından İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar