Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1455/2020 04.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X6 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının xeyrinə cavabdehdən xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, “KUNC SİLVİA” modelli mebel üçün 970 manat ödənilməmiş hissə, 298 manat dəbbə olmaqla 1268 manat, “HOFFMANN LED” markalı televizor üçün 205 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu olmaqla 273 manat, ümumilikdə 1541 manat borc, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1571 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “KUNC SİLVİA” modelli mebel və “HOFFMANN LED” markalı televizor almış və nəticədə 1541 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə həmin müqaviləyə əsasən, alqı-satqı qiyməti 1704 manat (yəni 24 ay x 71 manat + 0 manat ilkin ödəniş) olan “KUNC SİLVİA” modelli mebel üçün ümumilikdə 1268 manat olmaqla, ondan 970 manat ödənilməmiş hissə, 298 manat dəbbə pulu, alqı-satqı qiyməti 567 manat (yəni 12 ay x 45 manat + 27 manat ilkin ödəniş) olan “HOFFMANN LED” markalı televizor üçün ümumilikdə 273 manat olmaqla, ondan 205 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1096 manat təşkil edir. Odur ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, “KUNC SİLVİA” modelli mebel üçün 970 manat ödənilməmiş hissə, 298 manat dəbbə olmaqla 1268 manat, “HOFFMANN LED” markalı televizor üçün 205 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu olmaqla 273 manat, ümumilikdə 1541 manat borc, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1571 manat məbləğində pulun Cavabdeh iddiaçı “xxxxxxxxxxx” X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə baxışında çıxış edən Cavabdeh iddianı qəbul etdiyini, lakin, dəbbə pulunun çox olduğu üçün aşağı salınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan “xxxxxxxxxxx” X6 ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il il tarixdə bağlanmış 030338 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC “KUNC SİLVİA” modelli mebel və “HOFFMANN LED” markalı televizoru cavabdehin istifadəsinə verməyi, cavabdeh isə əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödənilməsi şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən yalnız bütün ödənişləri tam yerinə yetirdiyi təqdirdə “Mal”-a tam sahiblik hüququ “Müştəri”-yə keçir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixində «xxxxxxxxxxx» MMC-dən götürmüş olduğu alqı-satqı qiyməti 1704 manat olan “KUNC SİLVİA” modelli mebelin və alqı-satqı qiyməti 567 manat olan “HOFFMANN LED” markalı televizorun müqabilində ümumi 1096 manat ödəniş etmiş, hazırda cavabdehin 1175 manatı ödənilməmiş məbləğ, 366 manatı dəbbə olmaqla, cəmi 1541 manat borcu mövcuddur. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubdan görünür ki, Cavabdeh müqavilə şərtlərini kobud surətdə pozduğu, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədikləri ilə əlaqədar bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə 3 gün müddətində məhkəmədə iddia qaldırılması barədə xəbərdar edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh “xxxxxxxxxxx” X1 “KUNC SİLVİA” modelli mebel və “HOFFMANN LED” markalı televizoru icarəyə götürmüş və icarə obyektini götürən zaman imzaladığı icarə müqaviləsinə əsasən icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh iddiaçı “xxxxxxxxxxx” X3rşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, “xxxxxxxxxxx” X6 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və 1541 manat borcunun qalması sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli müqavilə üzrə 970 manat əsas borcu üzrə 298 manat dəbbə pulu və 205 manat əsas borcu üzrə 68 manat dəbbə pulu olan pul vəsaitinin hesablaması ədalətli deyildir. Bu səbəblə məhkəmə, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 298 manat manat məbləğində hesablanmış dəbbə pulunun 5 manat həcmində və 68 manat məbləğində hesablanmış dəbbə pulunun 5 manat həcmində müəyyən edilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “xxxxxxxxxxx” X6 ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanarkən, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən “KUNC SİLVİA” modelli mebel üçün 970 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 975 manat, “HOFFMANN LED” markalı televizor üçün 205 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 210 manat olmaqla, ümumilikdə 1185 manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin 15 manat hissəsinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh “KUNC SİLVİA” modelli mebel üçün 970 (doqquz yüz yetmiş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, cəmi 975 (doqquz yüz yetmiş beş) manat, “HOFFMANN LED” markalı televizor üçün 205 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla 210 manat, cəmi 1185 (min yüz səksən beş) manat pul məbləği və iş üzrə ödənilmiş dövlət rüsumdan 15 (on beş) manat hissəsinin əvəzi tutularaq, “xxxxxxxxxxx” X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1455/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1455/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver